Xəbərimiz varmı?

Allahın adı ilə
Zaman dəyişdikcə dəyişir çox şeylər bu dünyada. Dəyişir baxış, dəyişir düşüncə, dəyişir həyat tərzi…
İnsanın təkamülü istiqamətində bütün dəyişikliklər bəyənilməlidir. Əlbəttə belə “dəyişiklər”-in öz norması və prinsipləri olmalıdır. Mütəfəkkirlərinsə, irticaya məhkum olmamaqdan ötrü hər dəyişikliyi “modernizm” adlandırıb müsbət dəyərləndirmələri düzgün deyil. Bildiyimiz kimi həmişə “dəyişikliklər” insanın xoşbəxtliyinə xidmət etmir və çox zaman mədəniyyətlər arası hücumlar zamanı əlverişli bir alət kimi istifadə olunur.
İslam kimi dərin köklərə və yüksək cəzbetmə xüsusiyyətinə malik bir mədəniyyəti sarsıtmaq üçün yalnız onun mahiyyətini dəyişmək fikrinə düşmüşlər onun rəqibləri. Daxildən vurulan zərbəni daha təsirli saymışlar onlar. (Andolos (İspaniya) təcrübəsi).
Seçilmiş mövzulardan da biri hicabdır. Dövrümüzdə hər cür geyim tərzi cəmiyyət tərəfindən qəbul olunsa da, hicablı xanımların geyimi və rəftarı xüsusi diqqət mərkəzindədir. Axı hicab dedikdə həmişə ağıla gələn ilk sözlər mətanət, etika, həya, iffət və iman olur. Hicablı dedikdə isə gözümüzün önündə nəzakətli və mədəni dindar xanım canlanır.
Arada mənim də diqqətimi bəzi örpəkli xanımların ifrat dərəcədə dar və cəlbedici geyimləri və kobud rəftarları özünə cəlb edir. İstər-istəməz suallar yaranır: Hicabsızlığın mənasını başa düşürük, hicablılığın da müqəddəs dinimizdə normalarını bilirik, görəsən bəs bu hansı növ hicablılıqdır? Hansı təfəkkürün təzahürüdür bunlar?!
Mən bir-iki il bundan qabaq mətbuatda bir materiala rast gəlmişdim ki, deyilirdi:
- İslamın qatı düşməni işğalçı İsrail rejiminin təhlükəsizlik orqanları tərəfindən İran İslam hökuməti və xalqına qarşı öz hədəfləri naminə Azərbaycan müsəlmanında bədbinlik yaratmaq məqsədilə elə həmin ölkədən “küçə qadınları” Bakıya dəvət olunurlar. Yüksək məvacib və özəl imkanlar müqabilində o qadınların işi çadra geyərək şəhərimizin küçələrində fəsadla məşğul olmaq idi.
Doğrusu mənfur rejimin mahiyyətini tanıdığım üçün özlüyümdə o yazını inkar etmədim. Amma şahidi olmadığım üçün bu dərəcə düşmənçiliyi təsəvvür etmək mənim üçün çətin idi. Ta ki, günlərin birində oxşar bir hadisə ilə üzləşdim.
Deməli, sahil metrosunda idik. Dostlardan biri də mənimlə idi. Hamı kimi qatarın gəlməsini gözləyir və söhbət edirdik. Ətrafdakı insanların diqqətinin bir xanımda olduğunu gördüm. Həqiqətən bu xanımın geyimi diqqətə layiq idi: Başda hicablılara xas formada örpək, heç yox imiş kimi əynindəki “libas” bütün əzaları əks etdirirdi. Qollar açıq, ayaqlar isə dizə qədər çöldə… Cavan xanımın əxlaqsızlara xas olan duruşu və davranışı geyimindən daha çox utandırıcı idi.
Mənzərənin şahidi həqiqi hicablı bir xanım, onun hərəkətlərinə tab gətirməyib etiraz məqsədilə ona yaxınlaşaraq “bağışlayın siz hicablısınız?” deyə kinayə ilə soruşdu.
- Xeyir, mən hicablı deyiləm, özüm qəsdən bu gün hicab taxmışam, istəyirəm sizinlə belə mübarizə aparım… sizi biabır edim… yaxşı edirəm… özüm bilərəm… sən kimsən?, deyə orta yaşlı möminə xanımı bir neçə söyüşə qonaq etdi.
Stansiyadakıların çoxu sanki öz cavablarını almış kimi “hicablıya bir baxın!” ifadələrinə görə peşmançılıq hissi keçirirdilər.
Allahın lütfü idi ki, üzdəniraq bu hicablı qadının məqsədi aşkar oldu. Ancaq görəsən neçə-neçə belələri vardır ki, milli və dini dəyərlərimizi daxildən baltalayır və heç kəsin xəbəri yoxdur.
Elmi müstəvidə atılan bu qəbil addımlara nümunə kimi iyulun 15-də Yeni Musavat qəzetinin internet səhifəsində gedən Kənanın “HİCAB QURANIN TƏLƏBİDİR” adlı araşdırmasında və həmin ayın 26-sı Azadlıq radiosunun sualını cavablandıran N. Qasımoğlunun sərgilədiyi absurd fikirləri göstərmək olar ki, yalnız birbaşa dinin daxilində dəyişiklik cəhdi kimi qiymətləndirilməlidir.
Hicabın qanunsuz qadağası ilə mübarizə aparmaq və hicab məhbuslarının azadlığı uğrunda çalışmaqla bərabər digərlərindən fərqli alim və ruhanilərimizin başqa bir məsuliyyəti də “hicabın mahiyyəti və fəlsəfəsinə” tuşlanmış zəhərli oxları öz qələmləri və sözləri ilə sındırmaq, dini təhrif edib hökmlərini dəyişmək cəhdlərini iflasa uğratmaqdır.
(Ey Rəsulum!) Pak bir müvəhhid (xalis təkallahlı) olaraq üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (islama) tərəf tut. Allahın dinini (Onun yaratdığı tövhid dini olan islamı) heç vəchlə dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların əksəriyyəti bilməz. (Rum surəsi, ayə: 30).

Şərh yazmaq üçün

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>