Bəs deyilmi?!

 Allahın adı  ilə
  Azərbaycan – dünyada  şiələrin  çoxluq  təşkil  etdiyi, “demokratik” ölkə  kimi  tanınan vətənimiz. Bu  ölkənin  başı  bəlalı  milləti  70  illik  əsarətdən  sonra, şəhidlərinin  qanı  bahasına  öz  müstəqilliyini  əldə  etdi.
  Azadlığını  əldə  etdiyini  düşünən  Azərbaycan  xalqı  günümüzdə  heç  də  kommunistin  dövründə  olduğundan  az  basqılar altında  qalmır. Bəs  onda  azadlıq  hərəkatının  mahiyyəti  nədən  ibarət  idi?!
Günü-gündən  gözəlləşib  inkişafa  doğru  gedən  ölkəmizdəki   vəziyyət  heç  də   göründüyü  qədər  ürəkaçan  deyil.
Müasirliyə  doğru  atılan  hər  bir  addımımız   zaman  keçdikcə  mənəviyyatımızdan  böyuk  qurbanlar  alır: uca  səsli azanımız, məscidlərimiz, ismət  nümunəsi  olan hicabımız  və  sırada  olan  kim  bilir  daha  nələr və nələr…
İnkişaf  kamilliyə  doğru  olmalıdır. Din   və   mənəviyyatı  aradan  aparan  hər bir  addımı  yalnız  faciə  adlandırmaq olar.
Bütün  bunlar   az  imiş  kimi, yenicə  geridə  qoyduğumuz  2011-də  ölkə  məmurları  tərəfindən  məhərrəm  məclislərinə heç  bir  qanun  çərçivəsinə  sığmayan  “qanun” adı  altında  qadağalar  qoyuldu.
Paytaxt  Bakıda  və Gəncə  şəhərində  bu  qadağaların  aşkar  nümunələri  oldu. Çox  təəssüf  ki, yerli telekanallarda da  bu  məsələylə  bağlı  heç  bir  məlumat  verilmədi.
  Hər  il  olduğu   kimi,  1400  il  əvvəl  məhərrəm  ayında , din  uğrunda   qiyam  edib  ailəsilə birgə, zalımlar  tərəfindən şəhid  edilən  İmam  Hüseynə (ə) əza saxlayan  Azərbaycan   xalqı  ötən  il,  nəinki  İmama, hətta məhərrəm  ayının  Azərbaycandakı  məzlumiyyətinə  ağlamalı  oldu.
  2011 -ci  il  dekabr  ayında  Rusiya Federasiyasının   telekanallarının  birində  Azərbaycanın  ölkə  başçısına   yönəldilən  hicabla  bağlı  suala  cavab  olaraq , bizdə  din və  geyim azadlığının  olduğunun  iddia  edilməsi , ölkə  daxilində   baş  verənlərlə  ziddiyyət  təşkil  etdiyinin  şahidi  oluruq. Deməli, heç   bir  azadlıq  və   demokratiyadan  söz gedə bilməz.
  Bu  gün  “Aşuraya”  və  “Məhərrəm  əzasına” qarşı   çıxıb   düşmənçilik   edənlər,  tarixə  diqqətlə  nəzər  salıb, düşmən  tərəfin  pis  aqibətindən  ibrət  göturməli  və  öz  çirkin  əməllərindən  əl  çəkməlidirlər!        
   Allaha   and  olsun  ki, həqiqi  rəhbər  Allahın  kitabıyla  əməl  edən , ədalətə  sarılan, haqqa boyun  əyən  və  yalnız  Allaha  təvəkkül  edən  şəxsdir.
                                       “İmam  Hüseyn(ə)”

Şərh yazmaq üçün

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>