Xanım Məsumənin ailə qurmama səbəbi…

Bildiyimiz kimi, Həz. Məsumə (ə ) Imam Musa Kazımın (ə) qızlarından biridir.  Həz. Məsumə təqva, pəhrizkarlıq və elmdə elə bir məqama nail olmuşdur ki, o atası tərəfindən “atası ona fəda olsun” iftixar medalına layiq görülmüşdür. Bu onu göstrir ki, o xanım imam yanında olduqca yüksək bir mənəvi məqama malik idi.
Əldə olan tarixi faktlara sasən, Imam Musa Kazimin (ə) Həz. Məsumədən başqa qızları da ailə qurmayıblar.
Burada belə bir sual meydana çıxa bilər ki, İslam dinində ailə həyatı qurmağa verilən  bu qədər tövsiyə və sifarişləri nəzərə  aldıqda, görəsən, bu hadisənin-izdivac etməmənin səbəbi nə idi?
Biz burada yalnız Həz. Məsumənin (ə) izdivac etməməsi fenomenini araşdıracağıq.
Bu hadisə barədə İslam tarixi tədqiqatçıları arasında  bir çox nəzəriyyələr mövcuddur. Biz aşağıda yalnız üç nəzəriyyə ilə kifayətlənmək istəyirik:
A) “Vəsiyyət” nəzəriyyəsi
B) “Tayın olmaması” nəzəriyyəsi
C) “Boğucu mühit” nəzəriyyəsi
İndi isə gəlin yuxarıda qeyd etdiyimiz hər üç nəzəriyyəni aşağıda obyektiv bir baxış ilə tədqiq edək:

“Vəsiyyət” nəzəriyyəsi
Bu nəzəriyyənin tərəfdarları belə hesab edirlər ki, İmam Musa Kazim (ə) öz qızlarına o cümlədən Həz. Məsuməyə öz vəfatından sonra izdivac etməmələri haqda vəsiyyət etmişdir. İbn Vazih əl-Yəqubi bu nəzəriyyənin tərəfdarlarından biridir. Onlar öz nzəriyyələrini əsaslandırmada bir sıra tarixi faktlara istinad edirlər. (1)
Nəzəriyyənin tənqidi
“Vəsiyyət” nəzəriyyəsi bir sıra dəlillərə əsasən məqbul hesab edilə bilməz.
Əvvəla, tarixi sənədlərdə belə bir vəsiyyətin mövcud olması (əgər bu fərz düz olarsa) o deməkdir ki, imam tərəfindən atılan bu addım peyğəmbərin izdivac sünnəsinə əks bir addımdir. Halbuki, imamın məsum olmasını nəzərə aldıqda, belə bir işin ondan baş verməsi sual altına gedəcəkdir. Digər bir tərəfdən isə, bu vəsiyyət insanın fitri-hüquqi prinsiplər ilə ziddiyyətlik təşkil edir. Çünki ailə həyatı qurmaq hər bir qadının fitri və bəşəri haqqıdır və kimsə də onu bu haqqından məhrum edə bilməz. Əks təqdirdə, bu zülm hesab ediləcəkdir. Bildiyimiz kimi də imam heç bir zaman zülmü rəva bilməz. (2)
İkincisi, əldə olan tarixi faktlara nəzər saldıqda şahidi oluruq ki, “vəsiyyət” nəzəriyyəsinin tərəfdarlarının iddia etdikləri vəsiyyət saxtalaşdırılmiş bir məsələdirAufblasbare Spiel. Çünki imamdan əlimizdə olan vəsiyyətdə həqiqət tam başqa bir şəkildə izah olunur. Belə ki, imam öz vəsiyyətində qızlarının evlilik məsələsini bilavasitə özündən sonrakı imamın yəni oğlu İmam Rizanın (ə) nəzarti altında həyata keçməsini əmr etmişdir. Çünki İmam Rza (ə) izdivac məsələsində hamıdan daha agah idi. (3)

“Tayın olmaması” nəzəriyyəsi
Bu nəzəriyyənin tərəfdarları hesab edirlər ki, Həz. Məsumə (ə) elmi və mənəvi kamal nökteyi-nəzərindən elə bir məqamda idi ki, ona layiq və tay ola biləcək bir həyat yoldaşı yox idi. Bildiyimiz kimi də, izdivac məsələsində diqqətə alınması gərəkən prinsiplərdən biri də ər-arvadın bir-birlərinə “tay” olması prinsipidir.

Nəzəriyyənin tənqidi
Bu nəzəriyyə də öncəki nəzəriyyə kimi iradlıdır.
Əvvəla, imamların həyat tərzinə nəzər saldıqda, belə bir ənənənin olmamasının şahidi oluruq. İmamların həyat tərzində izdivac məsələsində ər-arvadın söz və əməldə dindar olmaları kifayət edirdi.
İkincisi, Həz. Məsumnin (ə) zamanında ona layiq və tay olan həyat yoldaşının olmaması fərzi heç də inadırıcı deyil. Belə bir fərzi tarix baxımından isbat etmək qeyri-mümkündür. (4)

“Boğucu mühit” nəzəriyyəsi

“Boğucu mühit” nəzəriyyəsini önə çəkənlər öz fikirlərini belə əsaslandırırlar ki, həm Harunun, həm də oğlu Məmunun hakimiyyəti zamanında siyasi atmasfer elə bir durumda idi ki, Imam Musa Kazım (ə) ilə təmas qurmaq istəyənlər mövcud iqtidar trəfindən nəzarətə alınır və onlara əzab-əziyyət verilirdi. Siyasi durum o həddə idi ki, insanlar heç öz şəri suallarını soruşmaq üçün belə imama yaxınlaşa bilmirdilər. Belə bir atmasferdə necə onun qızları ilə evliliyə cürət oluna bilərdi?!
İmam Musa Kazımın (ə) zindanda olması hadisəsini də göz önünə aldıqda, məsələnin bir o qədər çətin olmasının şahidi olacağıq. Burada Imam Rizanın (ə) da Məmunun hakimiyyəti zamanında ona edilən təziqlərini əlavə etdikdə, Həz. Məsumənin (ə) evlilik məsələsi daha da bizim üçün aydınlaşacaqdır. 

Nəticə:
Beləliklə, qısa bir araşdırma ilə şahidi olduq ki, Həz.Məsumənin (ə) izdivac etməməsinin səbəbi nə “vəsiyyət” nəzəriyyəsində, nə də “tayın olmaması” nəzəriyyəsində öz həllini düzgün bir şəkildə tapa bilmədi. Bu iki nəzəriyyə qarşısında adı keçən məsələni nisbətən obyektiv şəkildə hell edə biləcək üçüncü bir alternativ nəzəriyyə “boğucu mühit” nəzəriyyəsi dayanır. (5)
Qeydlər:
1-İbn Vazih əl-Yəqubi, Ət-tarix əl-Yəqubi,c. 2, səh. 421
2-Bu dəlil “analitik teoloji dəlil” adlanır.
3-Əllamə Muhəmməd Baqir, Bihar əl-ənvar, c. 48, səh. 276-280
4-Bu dəlil absurd fərzin məqbulsuzluğu prinsipi üzərində dayanır. Bu prinsip qeyd olunan tarixi hadisənin baş verməməsinin simptomudur.
5-Məqalədə qeyd olunan bəzi faktlar tarixi aksiomlar hesab olunduğundan onların qaynaqları burada qeyd etməmişik.

Şərh yazmaq üçün

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>