Qüsl və onun alınma qaydası

İslam dinində olan vacib qüsllər:
İslam dinində olan vacib qüsllər aşağıdakı tərtiblədir:
1-ci: Cənabət qüslü: (Həm qadın, həm də kişi üçün)
Cənabət qüslü iki səbəbə görə alınır:
1. İnsandan məni (sperma) xaric olmaqla. (Bu istər yuxuda, istərsə də ayıq halda, istər az, istərsə də çox, istər şəhvətlə, istərsə də şəhvətsiz, istər ixtiyar üzündən, istərsə də ixtiyarsız halda)
2. Cinsi əlaqədə olmaqla.
2-ci: Heyz qüslü: (Qadınlar üçün)
Heyz elə bir halətə (qana) deyilir ki, adətən qadınlar doqquz yaşından sonra onu görürlər. Heyz qanı üç gündən az və on gündən çox ola bilməz. Heyz qüslü qan qurtardıqdan sonra verilir.
3-cü: İstihazə qüslü: (Qadınlar üçün)
Qadınlara məxsus olan qanlardan biridə istihazə qanıdır. Bu halət çox, az və ortabab hissələrə bölünür ki, bu haqda dini hökmlərə (tovzihül-məsail) kitablarına baxa bilərsiniz. Bu qüsl də qan qurtardıqdan sonra verilir, amma az istihazə üçün qüsl yoxdur.
4-cü: Nifas qüslü: (Qadınlar üçün)
Bu halət qadınlarda uşaq doğuşundan sonra baş verir və nifas qanı uşaq doğulandan sonra on günədək gəlir. Bu qan qurtardıqdan sonra da nifas qüslü verilməlidir.
5-ci: Meyyit qüslü: (Həm qadın, həm də kişi üçün)
Dünyadan getmiş hər bir müsəlmana meyyit qüslü verilməlidir. Bu qüsl üç növ (sidr, kafur və xalis) sularla verilir.
6-cı: Məssi meyyit qüslü: (Həm qadın, həm də kişi üçün)
İnsan öz bədəninin hər hansı yerini bədəni soyumuş və hələ qüsl verilməmiş meyyitə vurarsa, məssi meyyit qüslü verməlidir.
7-ci: Nəzr və ya and qüslü: (Həm qadın, həm də kişi üçün)
İnsanın özü ilə Allah arasında nəzri və ya andı olarsa, (məsələn: bir işin həyata keçməsi üçün qüsl etməyini nəzr edərsə) istəyi həyata keçdikdən sonra bu qüslü etmək vacibdir.
Bunu qeyd etmək lazımdır ki, yuxarıda adı çəkilmiş qüsllər üçün başqa lazımlı məsələlər vardır ki, bu barədə hər bir müsəlman təqlid etdiyi müctəhidinin risaləsinə nəzər yetirə bilər.
Qüslün alınma qaydası
Namaz və sair vacibi əməllərdən qabaq boynunda cənabət, məssi-meyyit, heyz (ay başı), istihazə və nifas qüslü olan şəxslərə qüsl etmək vacibdir. Müctəhidlərin nəzərlərinə əsasən namaz qılmaqdan ötrü qüsldən əlavə olaraq dəstəmaz da alınmalıdır. Lakin cənabət qüslü, dəstəmazı əvəz edir və onunla namaz və sair vacibi əməlləri yerinə yetirmək olar.
1-ci Niyyət: “Filan qüsli edirəm qürbətən iləllah” sözlərini qəlbdən keçirtmək.
2-ci Bədənin baş və boyun hissəsini yumaq.
3-cü Bədənin sağ tərəfini yumaq. (Sağ çiyindən sağ ayağın barmaqlarına qədər.)
4-cü Bədənin sol tərəfini yumaq. (Sol çiyindən sol ayağın barmaqlarına qədər).
Bu növ qüslə “tərtibi” qüsl deyilir ki, yuxarıda qeyd etdiyimiz tərtiblə alınmalıdır. Qüslün ikinci növü “irtimasi” qüsldür, yəni niyyət etdikdən sonra bədənin hər yeri bir anda suyun altına salınır.
Hər iki qaydada alınan qüsl, şəriət baxımından düzgün sayılır. Qeyd etmək lazımdır ki, (qabaqkı səhifədə saydığımız yeddi) vacib və müstəhəb qüsllərin hamısı dediyimiz iki (tərtibi və irtimasi) qayda ilə alına bilər.
Qeyd: Müstəhəbdir ki, insan, məni gələndən sonra bovl etsin. Әgər bovl etməsə və qüsldən sonra məni və ya başqa bir şey olmasını bilmədiyi bir rütubət görsə, məni hökmündədir.
Müəllif:(adı qeyd edilməyib)
Tərcüməçi:Rüstəm Badkubeyi
Administrator -Bismillah- (Sayta istinad vacibdir)

5 thoughts on “Qüsl və onun alınma qaydası

  1. salam.her defe cimende alinan qusl varmi?yeni qeyd etdiyiniz 7 qusldan basqa yeni sadece cimende allah yolunda hansi qusl alinmalidir?ne ay basi olmasa ne cinsi elaqe olmasa temiz olsam ama cimende qusl almaq istesem bele bir qusl varmi?etrafli mumkunse ve qaydalari.indiden allah razi olsun.

    1. Bismillah…
      Əleykum salam və rəhmətullah.
      Rəca niyyətilə, yəni savab məqsədi ilə qüsul almaq olar. Qaydası isə
      bütün qüsullarda olduğu kimidir.
      Allah nəzərində olasınız.

      1. Salam aleykum.. Qüsl və dəstəmazın səhih olma şərtlərindən biri də budur ki, suyun dəstəmaz və qüsl üzvlərinə (dəriyə) çatmasına mane olan heç bir şey olmasın.[Xomeyni, Seyid Ruhullah Musəvi, “Tovzihul-məsail”, tədqiq və təshih: Bəni Haşimi Xomeyni, Seyid Məhəmməd Hüseyn, 1-ci cild, səh. 176 və 222, məsələ 377, “İslami” nəşriyyatı, Qum, 8-ci çap, 1424-cü qəməri il]
        Bu şərtə riayət olunmasında qüsl ilə dəstəmaz arasında heç bir fərq yoxdur. Deməli, əgər bu üzvlərdə suyun bədənə çatmasına mane olan bir şey vardırsa, əvvəlcə onu aradan qaldırmaq lazımdır. Onun aradan qaldırılmasına yəqin etməzdən qabaq qüsl alarsa, qüslü batildir. Mərcəyi-təqlidlərə verilən suala (istiftaya) əsasən lak suyun bədənə çatmasına maneə hesab olunur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.