İtirilmiş vəhdət…

Bismillahir-Rəhmanir-Rəhim

Son zamanlar yaranan hicabın “ləğv” olma qadağası vətənimiz Azərbaycanda mühüm problemlərdən birinə çevrilmişdir. Bu faciəvi qərara bir çox Azərbaycan müsəlmanları öz etirazlarını bildirmişlər. Bu təbii bir haldır. Çünki Azərbaycan xalqı qeyrətsiz bir xalq deyil. Hicabın ləğvi yəni xanımların namusunu ayaq alta almaq deməkdir. Bu mənfur qadağanın müqabilində susmaq sənində bu qeyrətsizliyi qəbul etməyin deməkdir. Necə deyərlər “susmaq razılıq əlamətidir”.

Mən əminəmki bizim möminlər və möminələr bu qeyrətsizliyi qəbul etməyəcəklər.

Hicabın ləğvinə etiraz bildirmək, yəni anana, bacına, yoldaşına olan qeyrət hissinin ölmədiyini bildirmək deməkdir. Yəni biz hələ qeyrət, namus hissimizi itirməmişik və inşaallah itirmərikdə və biz bu qeyrət hissini Allaha olan imandan bəhrələndiyini çox yaxşı bilirik, necə ki, Allahın Rəsulu İslam Peyğəmbəri (s) buyurur: “Qeyrətli olmaq imandandır”.

Mövlamız Əli (ə) nələrə dözdü? Kimə görə dözdü? Niyə dözdü? Heç özümüzə sual vermişik?!

Peyğəmbər (s.v.v.)-ın cigərin bir parası və gözünün nuru olan Zəhrasının (ə) Əhli-beyt düşmənləri tərəfindən döyüldüyü günə, qapısının yandırıldığı günə dözdü. Mövla bu günlərə dözdü, səbr etdi. Səbr etdi ki, sənin ana-bacin iffətli və ismətli olsun. Dözdü ki, bu hicab, bu iffət-ismət gəlib bizlərə çatsın. Amma biz nə edirik?! Zəhra (s)- ın tək əmanətini qoruyuruqmu?! Həzrəti Zəhra (s) Allahın əmanətinin müdafiəsinin imtahanından başı uca çıxdı, amma görəsən biz necə bu İlahi imtahandan çıxacağıq?

Gün həmişə bulud altda qalmayacaq…Əgər bugün hicabımızı qoruya bilməsək,sabah Zəhra balası, İmam Zaman (ə.c) ağanın qarşısında nə üzlə duracağıq və nə cavab verəcəyik. Deyəcəyik ki, ananın tək yadigarı və tək əmanəti olan hicabı qoruya bilmədik. Deyəcəksən ki, qorxdum mən də məhbusların sırasına keçərəm. Deyəcəksən balalarım başsız qalar deyə qorxdum amma düşünmədimki onları məndəndə yaxşı hifz edə biləcək Allah var, yadından nə tez çıxartdın ki, Allah özü ən yaxşı hifz edib qoruyandı və ya Allah insana şah damarından da yaxındı. Deyəcəksən ki, qorxdum vəzifədən düşərəm, halbuki sənin sahib olduğun hər bir şeyi verməyə və almağa fəqət Allah qadirdir. Deyəcəksən ki, fikirləşdim cavanam qabağda görməli günlərim var, halbuki sabah səni nə gözləyir Allahdan başqa heçkəs bilmir. Ya deyəcəksən ki, yoldaşımı, qardaşımı, və atamı cihada ruhlandırmağa ürək etmədim halbuki bu sənin vəzifən idi… O zaman bu bəhanələrin hər biri mənasız olacaq. Nə qədər gec deyil bu haqqda düşünməliyik…

Hicaba görə canımızdan keçərik amma canımıza görə hicabımızdan keçmərik. Bu Biz möminlərin tək dildəki şüarı deyil həmdə ürəkdəki vədəsidir. Bir vədə ki, gec-tez yerinə yetəcək. Nəyin bahasına olursa olsun. Biz “ya Zəhra” zikri ilə yolumuza davam edəcəyik, həqiqi iman sahibləri yalnız Allahdan qorxarlar, Amma siz…

Əziz mömin və möminələr sizlərin və bizlərin indiki şəraitdə ən mühüm vəzifələrimizdən biri olan möminlərin vəhdətini bərpa etməkdir, aranızda olan itirilmiş vəhdəti ələ gətirməyə və onu hifz etməyə çalışın.Əgər aranızda vəhdət olsa

kimliyindən asılı olmayaraq heç kəs dinimizə və dinimizin milli mentalitetlərinə xətər yetirə bilməz.Yox əgər vəhdətimiz olmasa onda görülən heç bir işin nəticəsi olmayacaq. Allah özü Qurani-Kərimdə bəndələrini vəhdətə dəvət edərək öz ibadətlərini cəmliklə yerinə yetirməyə çağırır.

Məgər demirlərmi Azərbaycan demokratik və müstəqil bir ölkədir.Müstəqillik yəni hərkəs öz haqqını tələb edə bilər, hər kəs öz fikrini deyə bilər.Bəs nə üçün biz haqqımızı tələb edə bilməyək.Təhsil almaq bizim haqqımızdır.Amma bəziləri müxtəlifcür əndamsız bəhanələrlə bizim haqqımızı bizdən almaq istəyirlər.Biz bununla ayaqlaşmayacağıq.Bir meyvəni yetişməmiş kal-kal dərsən ondan heç bir fayda görmərsən və nəticədə o istifadəyə yararsız olar.Bizidə bu günə qoymaq istəyirlər.Buna razılaşmayacağıq!

Biz xanım Zəhra (ə) və xanım Zeynəb (ə) ardıcıllarıyıq.Öz haqqımızdan keçərik amma onların haqqından əsla keçmərik!Unutmayın İslam Peyğəmbərinin buyurduğu hədisə əsasən Quran və Əhli-beyt (ə) bizlərə əmanət verilmiş və ən əsası bu iki ağır əmanətin İslami hicaba əmr etdiyinin şahidiyik, bəs hicabda onların bizə tapşırdığı İlahi əmanətdir.Biz əmanətə xəyanət etmərik.!!!YA ZƏHRA!

Yəhyayeva F.

Şərh yazmaq üçün

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>