“Möhkəm” və “mütəşabih” (1-ci hissə)

“Sələfizm və ilahi sifətlərin semantik problemi” adlı yazımda oxuculara söz verdiyim kimi bu yazımı “möhkəm və mütəşabih” bəhsinə həsr edirəm. Quran elimləri ilə bağlı qaynaqlarda bu haqda gediş elmi tədqiqatlar aparılmışdır.

Qurana müraciət etdikdə iki qrup ayələrlə raslaşırıq:

1-Birinci qrupda (1)söhbət Quran ayələrinin nəzminin ən mükəmməl şəkildə möhkəm olmasından (2) ve eyni zamanda o ayələrin məzmun baxımından bir-birinə bənzəmsindən gedir. (3)

2-İkinci qrupda (4) söhbət Quran ayələrinin bir qisminin dəlalət və siqnifikasiya baxımından möhkəm, digər qisminin isə bu nöqteyi-nəzərdən mütəşabih yəni oxşar olmasından gedir. (5)

Bura kimi şahidi olduq ki, Quran ayələrinin bu iki şəkildə bölgüsü müxtəlif prizmalardan qaynaqlanır. Belə ki, hər bir qrupda olan bölgünün obyekti digərində olan bölgünün obyektindən tam fərqlidir.

İndi isə gəlin ikinci qrup ayələr barədə bir qədər təfsilatla bəhs edək. Yuxarıda qeyd etdiyim kimi, möhkəm və mütəşabih sifətləri Quran ayələrinin daşıdığı dəlalət yönünə aid bir həqiqətdirlər. Burada “möhkəm ayə” dedikdə elə bir ayə nəzərdə tutulur ki, dəlalət baxımından yalnız bir məna ifadə edir və ikinci bir mənadan heç bir zaman söhbət gedə bilməz. O ayənin dəlaləti günəş kimi aydındır. “Mütəşabih ayə”yə gəldikdə isə, o elə bir ayədir ki, sabit bir dəlalət daşımır. Əksinə, dəlaləti elə bir formadadır ki, onda bir neçə məna ehtimal olunur. Halbu ki, onlardan yalnız biri ayənin həqiqi məqsədini təşkil edir.Hüpfburg Midi Bauernhof

Müddəamızı (yəni-möhkəm və mütəşabihin ayələrin dəlalətinin sifəti olması) sübut etmək üçün aşağıdakı faktlara nəzər salmağımız kifayət edər:

a) Ali-İmran surəsinin 7-ci ayəsinin bir hissəsində Allah taala ürəklərində əyrilik olan insanların mütəşabih ayələrə uyduqlarını (tabe olduqlarını) vurğulayır. Bu da iki səbəbdən birinə görədir:

1-toplumda fitnə-fəsad salaraq insanları azdırmaq;

2- istədikləri kimi məna vermək məqsədilə mütəşabih ayələrə uymaq.

Beləliklə, onlar möhkəm ayələrə tabe olmaq əvəzinə, yuxarıda qeyd olunan iki məqsədə nail olmaq üçün mütəşabih ayələrə uyurlar. Bu da o deməkdir ki, ayənin daşıdığı mütəşabihlik məhz ayənin dəlalətinə aiddir. Elə bu səbəbdən də, onlar ayənin daşıdığı bir neçə ehtimaldan məhz öz hədəflərini həyata keçirə bilcək ehtimalı əxz edirlər.east Inflatables

b) Yuxarıda qeyd olunan ayə “möhkəm ayə”ləri Quranın əslini, əsasını təşkil edən kimi vəsf edir. Bu da mütəşabih olan ayənin əsl, əsas hesab olunan möhkəm ayəyə qaytarmaq deməkdir. Beləliklə, əsl, əsas hesab olunan ayə dəlalət baxımından aydın olmalıdır ki, mütəşabih ayə onun vasitəsi ilə təfsir olan bilsin.

c) Həmin ayədə söhbət “mütəşabih ayə”nin təvilindən (yozum) gedir. Ayədəki “təvil” də ayəni onun özündə və onun mövzusi ilə əlaqədar sair ayələrdə düşünməklə onu nəzərdə tutulan mənaya qaytarmaq anlamındadır. Bu da Quran ayəlrinin möhkəm və mütəşabih kimi vəsf olunmasındakı mehvərin məhz ayənin dəlalət yönü olması ilə mütənasibdir. Beləliklə, Quran ayələri məqsədi ifadə etmək üçün dəlalətdə eyni dərəcəyə malik olmadıqlarından “möhkəm” və “mütəşabih”ə bölünürlər. (6)

Bura qədər deyilənlərdən belə bir nəticə əldə edirik ki, “möhkəm ayə” yalnız bir məna ifadə edən ayə, “mütəşabih ayə” isə bir neçə məna ehtimalını ifadə edən ayədir. Belə ki, onların bəzisi fitnə-fəsad salmaq xarakterinə malikdir. Ayədə keçən “təvil” isə ayəni onun özündə və onun mövzusi ilə əlaqədar olan sair ayələrdə düşünməklə onu nəzərdə tutulan mənaya qaytarmaq anlamındadır.

 

Qeydlər:

1. Hud surəsi, 1-ci ayə:”Əlif, Lam, Ra! Bu, ayələri hikmət sahibi, agah olan Allah tərəfindən möhkəmləşdirilmiş, sonra da müfəssəl izah edilmiş bir Kitabdır” və Zumər surəsi, 23-cü ayə:”Allah sözün ən gözəlini (Quranı) bir-birinə bənzər, təkrarlanan bir kitab şəklində nazil etdi…”

2. Quran ayələrinin nəzmi elə bir şəkildədir ki, fəsahət və bəlağətdə ezackar xarakter daşıyır.

3. Quran ayələrinin məzmun baxımından bir-birinə bənzəməsi o ayələrin bir-birini təsdiq etməsi kimi başa düşülməlidir.

4. Ali-İmran, 7-ci ayə: “Sənə Kitabı (Quranı) nazil edən Odur. Onun (Kitabın) bir hissəsi Quranın əslini, əsasını təşkil edən möhkəm, digər qismi isə mütəşabih ayələrdir. Ürəklərində əyrilik olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədilə mütəşabih ayələrə uyarlar (tabe olarlar). Halbuki onların təvilini (yozumunu) Allahdan və elmdə qüvvətli olanlardan başqa heç kəs bilməz. Onlar: “ Biz onlara iman gətirdik, onların hamısı Rəbbimizin dərgahındandır”, – deyərlər. Bunları ancaq ağıllı adamlar dərk edərlər”

5. İkinci qrupda bəhsimiz tam semantik xarakter daşıyır.

6. Yuxarıda qeyd olunan faktlar müasir İslam mütəfəkkiri C. Sübhaninin “Quran elmlərinə dair təfsir metodları”adlı əsərdindən qeyd olunmuşdur.

Məqalənin ardı var…

Müəllif: Məsumə İmanlı

Şərh yazmaq üçün

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>