Tehran konfransı və Biz…

Bismillahir rəhmanir rəhim. Hamınız bir yerdə Allahın ipindən (Islam və Qurandan ) möhkəm yapışın, bir birinizdən ayrılmayın! Allahın sizə verdiyi neməti xatırlayın ki, siz bir-birinizə düşmən ikən O sizin qəlblərinizi (İslam ilə) birləşdirdi və onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. “Ali-Imran” surəsi, 105-ci ayə.

Hamıya məlumdur ki, müsəlmanların vacibatlarından və vəzifələrindən ən mühümü, onlara yaşayış proqramı olaraq göndərilmiş Quran ayələrini təkcə dillə deməklə, yazı kimi camaata çatdırmaqla yox, həmdə əməli şəkildə həyata keçirməkdir. Allaha şükürlər olsun ki, bizə bu tövfiqi verdi və müsəlmanların sevincinə səbəb olan daha bir hadisə yaşandı. Bəli, bu, duşməni qorxudan və musəlmanları bir araya gətirən Tehran şəhərində təşkil oiunmuş “İslami oyanış və Qadınlar” konfransı idi. Bu konfransda müsəlman qadınların iştirak etməsi bir daha onu da sübut etdi ki, İslam dini qadınlara da ictimai və siyasi məsələlərdə iştirak etmək hüququ verir. İmam Baqir (ə) buyurur: Hər bir işin kilidi var, imanın da kilidi həmkarlıqdır. Konfrans iştirakçısı olmuş bir insan kimi orda yaşanan xoş anları qələmə almaya bilməzdim. Dünyanın 85 ölkəsindən cəm olunmuş xanımların bir-biriylə necə səmimi və mehriban münasibətdə olması, öz ölkələrinin ictimai və siyasi vəziyyəti barədə məlumat verib, sonra da bir-birlərinin dərdlərinə və sevinclərinə şərik olmaları həqiqətən böyük bir irəliləyiş idi. Təbii ki, konfransda iştirak edən xanımlar məndən də mənsub olduğum olkənin ictimai, siyasi vəziyyəti barədə soruşmaya bilməzdilər… Sual: Eşitmişik Azərbaycanda əhalinin çox hissəsi müsəlmandır. Sizin ölkənin müsəlmanlarının hansısa çətinlikləri var?

Cənab Prezident, siz də mənim kimi bir ölkə vətəndaşı olsaydız, bu yerdə necə cavab verərdiz dunya ictimaiyətinə? ……………………Mən Azərbaycan müsəlmanlarının hazırkı vəziyyətini onlara anlatdım; 20 ilə yaxındır ki, Azəbaycan və Ermənistan arasında atəşkəs adı altında müharibə davam edir-dedim onlara. Hər gün əsgərlərimiz müxtəlif xəsarətlər alır və şəhid olur. Hal-hazırda yəhudilər öz milli geyimlərində dərslərdə iştirak etdikləri halda, Azərbaycan orta məktəblərində müsəlmanlar hicabla təhsil ala bilmirlər. Hicab qadağasına etiraz etdiyi üçün onlarla ruhanilərimiz, din xadimlərimiz zindana salınıb. İki Məscidimizair sealed tent yerlə yeksan olunub.

Sual: Sizin olkə başçınız müsəlman deyil ?

Bu yerdə Maidə surəsinin 44-cü ayəsini tilavət etmək yerinə düşərdi…

Şərh yazmaq üçün

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>