Həqqünnasla İbadət…

Bismillahir rəhmanir rəhim.

İblis dedi: İzzətinə and olsun ki, insanların hamısını aldadıb doğru yoldan çıxaracağam .Onların arasından sənin xalis və seçilmiş bəndələrin istisna olmaqla. (“Sad” surəsi, ayə 83, 84)

Peyğəmbər (s) buyurur: Ramazan ayında şeytan zəncirlənər. Bu bir şərhə ehtiyacı olmayan hədisdir və hər kəs tərəfindən başa düşülür.

Bəli, əziz oxucular! Artıq bu ayda, şeytan bizi vəsvəsə edir deyə bir bəhanə yerimiz və həqiqətən də iman zəifliyindən şeytanın vəsvəsəsinə uymuşuq deyə, bir yolumuz qalmır. İndi biz özümüzük, vəsvəsəsiz, filansız. “Muminun” surəsi, ayə 60-da buyurulur: Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar, tezliklə zillət və xarlıqla Cəhənnəmə girəcəklər. Şükürlər olsun Allaha ki, bizə Ramazan ayı kimi bir nemət verib və biz də bu nemətin şükrü olaraq, verilən fürsətlərdən istifadə edərək, elə bu aydan başlayaraq, boynumuzda olan haqqı, ilk öncə Allahın haqqını və daha sonra insanların haqqını ödəməyə başlayaq. “Nəhl” surəsi, ayə 19-da buyurulur: Pərvərdigara ! Mənim özümə və ata və anama ehsan buyurduğun nemətə şükr etmək üçün tövfiq ver. Hamıya məlumdur ki, həqqün-nasla (xalqın haqqı) olunan ibadətlər nə dərəcədə Allah dərgahında qəbul olunur. Hətta rəvayətlərdə qeyd olunur ki, şəhid olanlar belə, həqqünnasla (xalqın haqqı boyunlarında olsa) cənnətə daxil ola bilməzlər. Əziz oxucular, görəsən hər hansı birimiz düşünmüşükmü ki, kimlərin boynumuzda haqqı var? Düşünmüşükmü ki, ana bacılarımızın başından açdırılan hicab üçün canlarını fəda edən, bizim haqqımızı tələb edən, hal hazırda bu müqəddəs ayda zindanlarda olan müsəlman qardaşlarımızın müdafiəsinə qalxmaqla, onların zindandan azad olunmasını tələb etməklə və bu yolda sona qədər mübarizə aparmaqla, boynumuzda olan haqqlarının bir qisimini ödəyəkbouncy castles?

Və həm də bununla, Allahın biz insanların bədən üzvlərimiz üçün təyin etdiyi haqqı; haqq tələb etməklə dilimizin haqqı, bu yolda addım atmaqla ayağımızın haqqını ödəyək. Bizlərə rəvadırmı ki, azadlıqda olarkən onların dini və dünyəvi elmlərindən faydalanaq, amma onlar zindana atılarkən susmağımızla, onların zindanda qalmasına razı olaq? Bəs boynumuzdakı ustad haqqıyla dünyadan köçsək, halımız necə olacaq?

Əziz oxucular! İnsanı kamilliyə doğru aparan İslam dini və ümumiyyətlə, peyğəmbərlər məktəbində, haqq və hüquq məsələrinin özunəməxsus yeri vardır və bizə bu yolda, İmam Səccadın (ə) hüquq risaləsi adlı kitabı böyük yardımçı olardı. İmam Səccad (ə) buyurur: Bu əlli bir ədəd haqq (hüquq), sənin bütün vücudunu əhatə etmişdir. Həyatın heç bir sahəsində bu hüquqlardan boyun qaçıra bilməzsən. Bunlara əməl və riayət etmək sənə vacibdir. Bu hüquqları yerınə yetirməkdə Allahdan kömək və qüdrət istəməlisən. Allahın diqqət və nəzəri olmasa, heç bir güc və qüvvə yoxdur. Aləmlərin Rəbbi olan Allaha həmd və səna olsun!

Şərh yazmaq üçün

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>