Yoxsul və fəqirlikdə oruc tut, infaq et, sədəqə ver…

İslamda ehsan və infaq barəsində buyurulan mühüm rəvayətlərindən biri məhz yoxsul və fəqirlik vaxtı bəndələrə infaq etməkdir.

İmam Kazimın(ə) bir dostu rəvayət edir ki, mən fəqirlikdən və yoxsulluqdan şikayət edib dedim: Paltarsızlıqdan o qədər əziyyət çəkirəm ki, filankəs öz geydiyi iki libasını mənə geyindirdi. İmam (ə) buyurdu: “Oruc tut və sədəqə ver!”. Dedim: Din qardaşlarımın mənə verdikləri sədəqədən ehsan edimmi? Hətta az olsa belə?

İmam (ə) buyurdu: “Allahın sənə ruzi verdiyi şeylərdən, hətta öz haqqından keçməli olsan belə, sədəqə ver”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.