Asqırmağın uğurlu ya uğursuz olmasına inanmaq düzgündürmü?

Allah

Təbiətdə baş verən hər bir hadisə Allahın hikməti əsasında, müəyyən qanunauyğunluqların nəticəsində baş verir. Hadisələrin gedişatını və nəticəsini qabaqcadan bilmək asan iş deyil. Bu, peyğəmbərlərə və bəzi övliyalara qismət olan xüsusiyyətdir. İnsan hər hansı gülünc əlamət əsasında gələcəkdən xəbər verdiyini iddia edirsə, özünün dini cəhətdən savadsızlığını göstərmiş olur. Asqırmağı sınamaq, tək səbiri uğursuz, cüt səbiri uğurlu saymaq (və ya əksinə) tamamilə mənasızdır. Asqırmaq bioloji bir hadisədir. Bunu dinlə əlaqələndirmək, uğurlu olub-olmadığını söyləmək mövhumatdır. Bu cür düşüncənin İslamla heç bir əlaqəsi yoxdur.

Islam.az

Şərh yazmaq üçün

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>