Qadın üç dəfə ərdə olubsa, hər dəfə əri rəhmətə gedib və ya onu boşayıbsa, yenidən ərə gedə bilərmi?

aile

İslam dininə görə, qadın öz ərindən talaq aldıqdan sonra və ya əri dünyasını dəyişdikdən sonra iddə müddətini qoruyub saxlamaq şərti ilə istədiyi zaman yenidən ailə qura bilər. Bunun heç bir günahı yoxdur. Yetər ki, talağı şəriətdə buyurulan tərzdə düzgün verilsin və iddə müddətini tam qorusun.

Xüsusilə, keçmiş zamanlarda, qadının təkbaşına dolana bilməsi çətin olduğu vaxtlarda ərini itirmiş və boşanmış qadının tez ərə getməsi nəinki məzəmmət olunmurdu, hətta tamamilə xoş qarşılanırdı. Çünki bu yolla qadın harama düşmək təhlükəsindən xilas olur və lazımi himayəni əldə edird. Ona görə İslamın ilk dövrlərində əri həlak olmuş və ya talaq almış qadınlar iddə müddəti bitən kimi təzədən ərə gedirdilər.

Islam.az

Şərh yazmaq üçün

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>