Evdə tək olan adam namaz qılarkən qapı döyülsə, namazı kəsib qapını açmaq olarmı?

ibadet

Namazı qeyri-ciddi və qeyri-zəruri səbəblər üzündən kəsmək günahdır. Namaz bəndənin Allahla söhbətidir, Allahın hüzurunda durduğu məqamdır. Bu məqamdan üzürsüz ayrılmaq ədəbsizlik sayılar. Yalnız zəruri hallarda namazı yarımçıq kəsməyə icazə verilir. Həyat üçün təhlükəli hal yaransa (güclü zəlzələ baş versə, evdə yanğın başlasa, körpə uşaq oda, bıçağa, elektrik cərəyanına sarı əl uzatsa və s.) namazı kəsmək və təhlükəni aradan qaldırandan sonra yenidən qılmaq olar. Qapının döyülməsi namazı kəsməyə səbəb yaratmaz. Bu halla üzləşən adam namazını sürətlə qılıb bitirməlidir. Mümkün olsa, namazı pozmayacaq tərzdə səsi ilə (təkbirləri ucadan söyləməklə) namaz qıldığını xəbər verə də bilər. Əgər qapını gec açmaq hər hansı fəlakətə və ciddi ziyana səbəb olacaqsa, o halda namazı kəsmək icazəlidir.

Islam.az

Şərh yazmaq üçün

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>