Dini göstərişlər bir-birlərinə bağlıdırlarmı?

Dunya, Allah

Cavab: Ayə və rəvayətlərdən mə`lum olur ki, bütün dini göstərişlər bir-birlərinə bağlıdırlar. İyirmidən çox ayədə “namaz” və “zəkat” sözləri yanaşı işlədilir. Rəvayətdə buyurulur ki, zəkatsız namaz qəbul deyil.

Bəli, Allahla rabitə (namaz) və xalqla rabitə (zəkat) qoşa qanad kimidir. Mə`nəvi təkamül üçün qoşa qanad zəruridir.

Peyğəmbər (s) namaz qılanların zəkat ödəməsinə çox diqqət verərdi. Bir çox dini göstərişlər yalnız tam halda qəbul olur. Məsələn, həcc əməlləri yalnız başa çatmaqla qəbul olur.[70] İftar vaxtından bir dəqiqə qabaq açılan oruc da məqbul deyil.

Müəllif: Möhsin Qəraəti
Tərcümə: Məhəmməd Azəri

Şərh yazmaq üçün

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>