Bir insan özü üçün sağlığında kəfən alıb qoyursa, bunun günahı varmı?

Dinimizdə çox təkid edilən əməllərdən biri də ölümü tez-tez yad etməkdir. Buna görə dəfn mərasimlərinə qatılmaq, məzarları tez-tez ziyarət etmək müstəhəb sayılır. Ölümü xatırlamaq insanın məsuliyyətini artırır, onu günahdan uzaqlaşdırır.

İnsanın sağlığında özü üçün kəfən alıb hazır qoyması nəinki günah deyil, hətta müstəhəbdir. Bu kəfəni halal qazancdan almaq lazımdır.

Öz qəbrini sağlığında qazdırmağa gəlincə, bunun da heç bir qəbahəti yoxdur. İslam tarixində bir çox övliyalar öz qəbirlərini qazdırmış, hətta gündə bir neçə dəqiqə həmin qəbrin içində uzanaraq Quran oxumuş, ölümü göz önünə gətirmişlər.

Bu cür əməlləri “düşər-düşməzi olar” deyə rədd etməyin heç bir əsası yoxdur.

Islam.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.