Nəcasətə bulaşmış paltarı yumadan günün qabağında saxlayıb qurutmaqla pak olarmı?

Nəcasəti pak edən vasitələrdən biri həqiqətən Günəşdir. Amma bu, bəzi şərtlər daxilində baş verməlidir. Günəş şüası hər şeyi pak etməz. Risalələrdə bunun şərtləri ətraflı izah edilib. Qısaca bunu qeyd edək ki, divar, yer səthi kimi iri və hərəkətsiz obyektlər Günəş şüası ilə nəcasətdən pak ola bilər. Hətta bunun da bəzi incə şərtləri vardır ki, əgər o şərtlər həyata keçməsə, divar və yer səthi pak sayılmaz. Paltar, qab və sairə bu kimi kiçik, hərəkət etdirilə bilən əşyaları Günəş şüası ilə pak etmək olmaz. Paltar su ilə təmiz yuyulandan sonra iki dəfə suya çəkilməklə və hər dəfə sıxılıb suyu alınmaqla pak olar.

Islam.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.