İman dərəcəsində səadət

İslamda da müxtəlif firqələr vardır. Təəssüf ki, doğru yolu tapmaq istəyən insanlar bə᾽zən buna müvəffəq olmur. Xüsusi ilə mə᾽sum imamların dövründə zalım hökumətlərin yaratdığı çətinliklər səbəbindən həqiqi İslamı tanımaq çətin olmuşdur. Əgər insan öz mə᾽lumatsızlığında günahkar deyilsə də bildiyi qədər vəzifəlidir. İnsanların məhrum edildikləri həqiqətlərdə onlar üçün nəzərdə tutulmuş kamilliklər vardır. Başqalarının təqsiri ucbatından əsl həqiqəti tapa bilməmiş insanlar çatdıqları məqama uyğun mükafatlandırılacaqlar: «Biz yaxşı iş görənlərin mükafatını zay etmərik»[19].

Amma həqiqi yolu tanıdıqdan sonra bu yolda tər tökənlər üçün bildiklərinə əməl etdiklərinə görə də mərtəbələr vardır. Əhli-beyt yolunu gedən insanlar arasında da fərqlər mövcuddur. Bə᾽ziləri bu yolun incəliklərindən xəbərsiz də qala bilər. Yolu kamil tanıyanlar üçün nəticələr də yüksəkdir.

İslam dinində Əhli-beyt yolunu tutanların həqiqəti tanımaqda heç bir problemi yoxdur. Qalır əməl etmək! Bütün bəşəriyyət bu doğru yolu tutarsa Allah hər bir insanı öz ne᾽mətlərində qərq etmək qüdrətindədir: «Bir şeyi istədiyi zaman Allah yalnız «ol» buyurar»[20]. Dünyaya aid olan məhdudiyyətlər axirətə aid deyildir.

Məqsədi düzlükdə bilib ona çatmaq üçün bütün gücünü səfərbər edənlər Əhli-beyt yolunu düzgün tanımış müsəlmanlardır.

Müəllif: Doktor Misbah Yəzdi

Tərcümə: Məhəmməd Azəri

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.