İnsanın danışıq və rəftarının başqalarına təsiri

Şəksiz ki, ictimai həyatda insanlar müxtəlif şəkildə bir-birlərinə qarşılıqlı tə᾽sir göstərirlər. Ən böyük tə᾽sir danışığın göstərdiyi tə’sirdir. Bu məsələ psixologiyanın əsas mövzularından olduğu üçün bir neçə cümlə ilə kifayətlənmək qeyri-mümkündür. Amma bir neçə nöqtəni qeyd etmək zəruridir. Danışıq elm və təhsil sahəsində müstəsna rol oynayır. Danışıq müəllim və tələbə arasında rabitə yaradır. Təhsilin əhatə dairəsi olduqca genişdir. Tə᾽limin müxtəlif formaları vardır və onlardan biri də təbliğdir. Təbliğ mexanizminin insana tə᾽siri digər tə᾽lim mexanizmlərinin tə᾽sirindən az deyildir. Bə᾽zən insan haradan tə᾽sirləndiyini hiss etmir. Rəftarında yaranmış dəyişikliklərin öz istəyinə əsasən baş verdiyini təsəvvür edən insan əslində başqa birinin tə᾽sirinə mə᾽ruz qalmışdır.

Cəmiyyətdəki ictimai firqələrin insana tə᾽siri olduqca böyükdür. Adi bir tələbə də bir sinif üçün tə᾽sirlidir. Amma hər hansı bir ictimai firqə ilə müqayisədə bu tə᾽sir olduqca kiçikdir. Cazibəli danışıq qabiliyyətinə malik olan tələbə az qala bütöv bir sinifi öz tə᾽siri altına ala bilir. Onun düşüncə tərzi, rəftarı, geyimi, oturuşu və digər xüsusiyyətləri ətrafındakıların marağına səbəb olur. Geyiminə xüsusi fikir verən tələbə başqalarının da öz geyiminə diqqətli olmasına səbəb olur. Ətrafdakılar geyim məsələsində həmin tələbəni təqlid etməyə başlayır.

Bə᾽zən dinləyici danışanın gətirdiyi dəlillərin tə᾽siri altına düşür. Bə᾽zən isə gözəl danışıq dəlillərin tutarsızlığını ört-basdır edir. Danışanın tə᾽siri 50 faiz onun şəxsiyyətindən asılıdır. Beləliklə, rəftar və danışığın tə᾽sirini nəzərə alaraq İslam dini də᾽vət və təbliğə böyük əhəmiyyət verir.

Müəllif: Doktor Misbah Yəzdi

Tərcümə: Məhəmməd Azəri

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.