Var-dövlət faydalı ola bilərmi?

Dünya malı təkcə kafirlər üçün nəzərdə tutulmayıb. Bə᾽zi övliyaların da böyük var-dövləti olub ki, bu səviyyə başqaları üçün əlçatmazdır. Cinlər və insanlar, heyvanlar və quşlar da onun ixtiyarında olub. Demək varlı olmaq pis adam olmaq üçün dəlil deyil. Əslində, dünya ne᾽məti imtahan vasitəsidir. Bu imtahandan bə᾽ziləri alnıaçıq, bə᾽ziləri isə başıaşağı çıxır. Allahı unutmayıb var-dövlətdən Onun razılığı üçün istifadə edənlər nicat tapır, nəfsinə uyub şər᾽i çərçivədən çıxanlar isə zəlalətə düşürlər. Ona görə də axirət yolunda istifadə etmək üçün Allahdan var-dövlət istəməyin heç bir eybi yoxdur. Varlı mö᾽minlərə din yolunda pul xərclədikləri üçün qibtə etmək nöqsan sayılmır. Həzrəti Xədicənin (ə) İslam yolunda xərclədiyi böyük var-dövlətinə baxıb həsrət çəkmək olduqca çirkin bir işdir.

Allah-təala Qur᾽ani-Kərimdə zalım varlıların aqibətini işıqlandırır. «Qəsəs» surəsinin 76-cı ayəsində buyurulur: «Həqiqətən Qarun Musa qövmündən idi. O, İsrail oğullarına qarşı həddini aşmışdı. Biz ona açarlarını bir dəstə güclü adamın zorla daşıya biləcəyi xəzinələr vermişdik». Həmin surənin 79-82-ci ayələrində oxuyuruq: «Qarun öz zinət və ehtişamı içində öz qövmünün qarşısına çıxdı. Dünyaya həris olanlar dedilər: Kaş Qaruna verilən bizə də veriləydi…». Elm verilmiş kəslər isə belə dedilər: «…İman gətirib yaxşı əməl edənlər üçün Allahın mükafatı daha yaxşıdır…». Nəhayət, Qarunu sarayı ilə birlikdə yerə batırdıq… Dünən Qarunun yerində olmaq istəyənlər səhəri gün belə deyirdilər: «…Sən demə, kafirlər nicat tapmayacaqlarmış».

Allah-təala bu hədisləri buyurmaqla var-dövlətə vurulmağın mənfi nəticələrini biz insanların nəzərinə çatdırır. Bəli, halal yolla qazanıb Allah yolunda sərf etmək yaxşı işdir. Amma dünya malına könül verməyə heç bir əsas yoxdur. Dünya malı imtahan səhnəsindəki imtahan vərəqindən başqa heç bir şey deyildir. Əsas məsələ bu vərəqin necəliyi yox, bu vərəqdəki suallara necə cavab verilməkdir.

Müəllif: Doktor Misbah Yəzdi

Tərcümə: Məhəmməd Azəri

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.