Axirət nemətlərinin dünya nemətlərindən üstünlüyü

Əlbəttə ki, bütün ne᾽mətlər, ruzilər Allahdandır. Amma daha üstün şərafətə, dəyərə malik olan şeyləri Allah özünə aid bildirir. Məsələn, yer üzündə olan bütün evlər (məscidlər) Allahındır. Amma Kə᾽bə evi xüsusilə ona aid edilir. Bu xüsusiyyət «izafeyi-təşrifi», yə´ni «şərafət əlavəsi» adlanır. Başqa bir misal: Bütün canlıların malik olduqları ruh Allahın ətasıdır. Amma Allah-təala yalnız insandakı ruhu öz ruhu adlandırır: «Mən ona surət verib ruhumdan üfürdüyüm zaman, siz ona səcdə edin»[8].

Bütün dünya ne᾽mətləri insanın imtahanı üçün bir vasitədir. Allah yalnız axirət ne᾽mətlərini nəzərdə tutduğundan, dünya ne᾽mətlərini Allah ruzisi adlandıra bilmərik. «Ənfal» surəsinin 67-ci ayəsində buyurulur: «Siz puç dünya malını istəyirsiniz. Allah isə axirəti qazanmağınızı istəyir». Tövbə surəsinin 55-ci ayəsində oxuyuruq: «Münafiqlərin nə malları, nə də övladları səni təəccübləndirməsin. Allah onlarla ancaq münafiqlərə dünya əzabı vermək, kafir olduqları halda canlarını almaq istər». Allah-təala həzrət Peyğəmbərə (s) buyurur ki, dünyapərəstlər üçün birinci əzab var-dövlət toplamaq, sonra isə onu qorumaqdır. Buna görə də həyatın şirinliyini dadmazlar. Öləndə də min bir zəhmətlə toplanmış var-dövlətin əldən çıxdığını görüb iztirab çəkərlər!

Dünyapərəstlər bir ömür zəhmətlə, başqalarına zülm-sitəmlə, insanların haqqına təcavüz etməklə qəpik-qəpik yığdıqları pulu bir dəfəlik əldən verərlər. Allah-təala onların dözülməz narahatçılıqla kafir olaraq öləcəklərini bəyan edir. Belə bir ölüm həmin imtahanın dəhşətli nəticəsidir. Allah bu tə᾽birlərlə insanı dünyaya vurğunluqdan çəkindirmək istəyir.

Aydın oldu ki, ayə və rəvayətlər insanı dünya bər-bəzəyinə göz dikməməyə çağırır. İnsan fitrətində dünyaya meylin mövcudluğunun səbəbi barədə sonra danışacağıq.

Müəllif: Doktor Misbah Yəzdi

Tərcümə: Məhəmməd Azəri

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.