İslamda qan düşmənçiliyi adlı qanun varmı?

İslam sülh və əmin-amanlığı təbliğ edən, insanlarası münasibətləri yaxşılaşdırmağa çalışan dindir. Bu dində kin-küdurətə, ədavətə yer yoxdur. Bununla belə, dinimiz ədaləti qoruyur. İslam şəriətində hər bir cinayətə görə uyğun cəza nəzərdə tutulur. Zərərçəkmiş tərəfin öz haqqını tələb etmə hüququ vardır, lakin bağışlamaq daha yaxşı yol kimi təklif edilir. Məsələn, qətl cinayəti zamanı zərərçəkmiş tərəf (yəni öldürülənin yaxın qohumları) ya qisas kimi qatilin edam olunmasını tələb edə bilər, ya qətlin əvəzində ondan qanbahası almağa razı olar, ya da təmənnasız şəkildə onu bağışlayar. Quranda bu hökmlər ətraflı şəkildə izah olunur: Bəqərə, 178-179; Şura, 40; İsra, 33 və s.

Cəza zamanı həddi aşmaq, cinayətkara layiq olduğundan artıq cəza vermək, ona işgəncə vermək, cinayətkarın yaxınlarını təqib etmək, qətl əvəzinə cinayətkardan başqa kimisə edam etmək dinimizdə qəti qadağandır. Hər hansı cinayətə görə qan düşmənçiliyi saxlamaq, nəsillər arasında ədavəti davam etdirmək yolverilməzdir.

İslam.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.