Qadın heyvanın başını kəsə bilərmi? Qadının kəsdiyi heyvanı yemək olarmı?

Dinimizdə heyvanı və ya ev quşunu kəsən şəxsin cinsi barədə qəti hökm yoxdur. Yəni heyvanı kəsən şəxsin mütləq kişi olması şərt deyil. Onun müsəlman olması, yetkinlik yaşına çatması və heyvanı kəsmək qaydalarını bilməsi, buna riayət etməsi kifayətdir. Bu şərtlər daxilində qadının da kəsdiyi heyvanın ətini yemək olar. Lakin bütün hökmlərdə olduğu kimi, burada da nüanslar var. İslam dini qadına zərif, qayğıya ehtiyaclı varlıq kimi baxır. Hətta qadının cihadda iştirak etməsi də tələb olunmur. Çünki qadın qan-qadadan uzaq, sakit həyata alışmış varlıqdır. Ona görə də qadının heyvan kəsməsi icazəli olsa da, bəyənilən hal deyil. Qadının psixologiyası bu zaman zədələnə bilər. Yaxşı olar ki, bu işi qan və ölüm hallarına qarşı daha dözümlü olan kişilər yerinə yetirsinlər.

İslam.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.