Hilal (Ay) İslamın rəmzi sayılırmı?

Qədim mədəniyyətlərdə Ay simvolu geniş yayılmış olsa da, İslamın ilk dövrlərində dini rəmzlər arasında Ay (hilal) görüntüsünə rast gəlmirik. Nə Peyğəmbərin (s), nə imamların (ə) yazı və şəxsi əşyalarında, nə də xilafətin simvollarında Ay fiquru görünmür. Nəzərimizcə, İslam tarixində ilk dəfə Ay (hilal) fiqurundan Osmanlı dövlətində istifadə edilmişdir. Osmanlı dövlətinin banisi Osman Qazı yuxuda görür ki, ustadı Şeyx Ədəbalının sinəsindən hilal çıxıb səmaya qalxır, sonra Osman Qazının sinəsinə daxil olur (yuxu bir qədər genişdir). Bundan sonra Osmanlı dövlətinin bayrağına Ay (hilal) rəsmi həkk edilir.

Bəzi nəzəriyyələrə görə, Ay Bizans imperiyasının paytaxtı Konstantinopolun simvolu idi. Türklər 1453-cü ildə bu şəhəri fəth etdikdən sonra həmin simvolu da mənimsədilər. Hər halda, hilal simvolu orta əsrlərdən sonra İslam mənbələrində görünməyə başlayıb. Qeyd edək ki, İslam Peyğəmbərinin ən məşhur möcüzələrindən biri (şəqqül-qəmər) Ayla bağlıdır.

İslam.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.