Üzümüzü Kəbəyə tutub namaz qılmağımızı əmr etmiş Allahın bizim ibadətimizə ehtiyacı varmı?

Cavab: Hamı evini üzügünəşə tiksə, günəşin işığı artmaz və əksinə, hamı evini arxası günəşə tiksə, onun işığı azalmaz. Günəşin insanlara heç bir ehtiyacı yoxdur. Amma insanlar günəşin işıq və istiliyinə ehtiyaclı olduqlarından evlərini üzü günəşə tikirlər.

Namazı əmr etmiş Allahın bizim ibadətimizə heç bir ehtiyacı yoxdur. Amma insanlar Allaha üz tutmaqla onun lütfündən faydalanır və inkişaf edirlər. Qur`anın “İbrahim” surəsinin 8-ci ayəsində buyurulur: «Əgər bütün insanlar kafir olsalar, Allaha zərrəcə tə`sir etməz. Çünki, O bütün insanlardan ehtiyacsızdır.»

Müəllif: Möhsin Qəraəti
Tərcümə: Məhəmməd Azəri

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.