Söyüşə söyüşlə cavab vermək düzgündürmü? Bir adamı söysələr nə etməlidir?

Söyüş dinimizin ən çox bəyənmədiyi bir əməldir və dillə edilən günahlardan biridir. Söyüşə heç bir zaman icazə verilmir. Müqəddəslərimiz heç vaxt dillərinə söyüş almamış, onları söyənlərə söyüşlə cavab verməmiş, öz tərəfdarlarını da söyüşdən çəkindirmişlər. Söyüş elə qorxunc bəladır ki, insanda adətə çevrilir və cəmiyyət içində onu tərbiyəsiz bir şəxs kimi tanıtdırır. Əsl mömin hətta söyülsə və təhqir olunsa belə, eyni cavabı verməməli, özünü əxlaqla müdafiə etməli, bu da mümkün deyilsə, sadəcə olaraq susub mübahisədən kənara çəkilməlidir. Quranda buyurulur: “Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları zaman salam deyərlər” (Fürqan, 63). Yəni qarşı tərəfə salamatlıq arzu edərək kənara çəkilmək Quran əxlaqına uyğun olan bir davranışdır.

Islam.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.