Haram mallar da satılan mağazada belə malların satışı ilə bilavasitə məşğul olmamaq şərti ilə işləmək olarmı?

İslam dini halal qazanc üzərində çox təkid edir. Hədislərdə haram qazancın fəsadları geniş şərh edilmişdir. Ona görə də dinimiz haram qazanc əldə etməyi qəti surətdə qadağan edir. Lakin bu qəti qadağan haram qazancın bilavasitə bağlı olduğu sahələrə aiddir. Əgər mağazada halal mallarla yanaşı haram mallar da satılırsa, yaxud bankda şəriət baxımından halal xidmət göstərilməsi ilə yanaşı haram xidmət növləri də varsa, insan həmin haram sahəyə bilavasitə daxil olmadan o müəssisədə işləyə bilər. Məsələn, mağazada arağın daşınması və satılması ilə məşğul olmamaq şərti ilə halal ərzağı sata bilər. Əlbəttə, yenə daha yaxşı olar ki, tam halal iş yeri varsa, insan orada işləsin və haramla ünsiyyətdən ümumiyyətlə uzaq olsun.

Islam.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.