Məsciddə dərs alan qadın heyz günlərində dərsə gedə bilərmi?

İslam dinində məscidin bəzi hökmləri vardır ki, bu hökmlərin bir qismi vacib, bir qismi isə müstəhəbdir (bəyəniləndir). Məscidin vacib hökmlərindən biri budur ki, boynunda cənabət qüslü olan adam və heyzli qadın məscidə girə bilməz. Hətta bu halda məscidin içinə nə isə qoymaq və içəridən nə isə götürmək də bəyənilmir. Qeyd edək ki, bu hökm məscidin binasına aiddir. Məscidin həyətində yerləşən, amma məssiddən sayılmayan binalar bura daxil deyil. Əgər dini dərs məscidin bilavasitə içində keçirilirsə, heyzli qadın o dərsdə iştirak edə biulməz. Amma əgər dərs məscidin həyətindəki köməkçi binada və ya mədrəsədə keçirilirsə, ora daxil olmağın günahı yoxdur.

Islam.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.