4 rükətli namazda təşəhhüd oxumağı unudan və ayağa qalxan şəxs nə etməlidir?

Namaz əməllərindən hər hansı birini unudan şəxs ondan sonrakı rükn sayılan əmələ başlamayıbsa, unudulmuş əməli yerinə yetirməılidir. Rükn o əməllərdir ki, onların sayını istər qəsdən, istərsə də səhvən azaldıb-artırmaq, eləcə də, yerinə yetirməmək namazı batil edər. Hər rükətin ilk rüknü rüku sayılır. Əgər adam məsələn, zöhr namazını qılan zaman ikinci rükətin axırında təşəhhüdü söyləməyi unudub ayağa qalxsa, üçüncü rükətin rükusundan qabaq bunu yadına salsa, gərək otursun, təşəhhüdü desin və qalxıb üçüncü rükəti qılmağa başlasın. Əgər üçüncü rükətin rükusundan sonra yadına düşsə, gərək namazı qılmağa davam etsin, namazı bitirəndən sonra iki səhv səcdəsi etsin.

Islam.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.