Mәn bu әziyyәtә dözmәyә hazıram, ona görә ki… İbrətli hekayə

Hicablı bir xanım avtobusa daxil olarkәn sürücü bilmәdәn avtobusun qapısını bir az tez bağladı vә bunun nәticәsindә xanımın çadrasının bir hissәsi qapı arasında qaldı. Bunu görәn açıq-saçıq bir xanım, hamı eşitsin deyә uca sәslә dedi: “Axı bu nә geyimdir? Belә geyimlәr insana әziyyәtdәn başqa bir xeyir vermir. Bәzilәri özünә әziyyәt vermәyi xoşlayır.”

Nәhayәt hicablı xanım, ona irad tutan xanımın yanında әylәşdi vә heç kim eşitmәsin deyә ona sakitcә belә dedi: “Mәn bu әziyyәtә dözmәyә hazıram. Ona görә ki, әgәr nә vaxtsa sәnin hәyat yoldaşın öz vәzifәsinә әmәl etmәyib baxışlarını kontrol edә bilmәsә vә mәnim bәdәnimә baxarsa, onda sәnin hәyatın tәhlükәyә düşә bilәr vә sәnә qarşı soyuq olar. Sәnә olan mәhәbbәti vә diqqәti azalmasın deyə mәn özümü çәtinliyә salıb qızmar günәşin altında istiyә dözüb әziyyәt çәkirәm. Hәmçinin qışda şaxtalı, külәkli havada çadramı örtürәm ki, özümün vә sәnin ailәni qoruyum. Mәn dә sәnin kimi bir qadınam vә gözәlliyimin tәrifinә meylim var. Mәn dә sәnin kimi yayın istisindә tәrlәmәk istәmirәm vә çöldә-bayırda sәnin kimi rahat gәzmәk istәyirәm. Lakin bu istәklәrimә baxmayaraq üstündәn qırmızı xәtt çәkmişәm ki, az da olsa sәnin isti ailәni qoruyum. Vә bil ki, bütün bunları öz vәzifәm hesab edirәm.”

Hicablı qadın bunları deyib bir an sakit dayandı ki, bәlkә qarşısındakı xanım bir söz desin. Lakin onun sükut etdiyini görüb sözünә davam etdi: “Hәr bir insanın öz vacib vәzifәsindәn әlavә bir sıra hüquqları da vardır. Mәnim günahım nәdir ki, dar vә cәlbedici paltarlar geyinib bәdәnlәrini namәhrәmә nişan verәrәk, üz-gözünü vә saçlarını müxtәlif rәnglәrә boyamış qadınlar mәnim hәyat yoldaşımı öz ardınca çәkirlәr??? Gәl insafla fikir yürüdәk: Mәn sәnin bu geyimindәn narahat olub şikayәt etmәliyәm, yoxsa sәn mәnim geyimimdәn? Açıq-saçıq qadın bir müddәt sükut etdi vә sonra belә dedi: “Sәn düz deyirsәn. Heç vaxt bu mәsәlә barәsindә dәrindәn düşünmәmişdim. Sanki gözlәrimi açdın”… Nәhayәt üzrxahlıq edib utandığından başını aşağı saldı vә fikrә daldı.

islam.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.