“…onlar isə öləndə bizim yerimizdə olmağı istəyirlər”

Əməvi xəlifəsi Əbdülməlik ibn Mərvan öz sarayında, pəncərənin qabağında can verirdi.

Sarayın qabağından axan çayın sahilində bir paltaryuyan muzdla camaatın paltarlarını yuya-yuya zümzümə edirdi. Əbdülməlik paltaryuyanın qayğısız halını görüb həsədlə deyir: “Kaş, mən xəlifə yox, paltaryuyan olaydım”.

Xəlifənin sözlərini o dövrün məşhur ariflərindən olan İbn Hazimə çatdırırlar. İbn Hazim söyləyir: “Allaha həmd olsun ki, biz (rəiyyət) öləndə onların (xəlifələrin) yerində olmağı arzu etmirik, onlar isə öləndə bizim yerimizdə olmağı istəyirlər”.

islam.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.