İxlasi kimdən öyrəndin?

Cüneyd Bağdadidən “İxlası kimdən öyrəndiniz?” –deyə soruşduqda belə cavab verdi: “Məkkeyi-Mükərrəmədə ikən bir bərbər gördüm. Ona “Allah rizası üçün mənim saçımı düzəldərsənmi?” –dedim.

Bərbər: “Əlbəttə” –dedi.

O əsnada vəzifəli bir adamın saçını təraş edirdi. Dərhal əlini saxlaylb:

“Lütfən ayağa qalxın. Əgər bir adam Allah rizası üçün bir şey istədisə, o iş hər şeydən əvvəl gəlir” –dedi və mənim saçımı təraş etməyə başladı.

Sonra da cibimə bir az pul qoyub “Ehtiyacların üçün xərcləyərsən!” –dedi.

Mən bu mənzərə qarşısında heyrət etdim və əlimə keçəcək ilk pulu ona hədiyyə etməyə niyyətləndim. Az bir zaman keçdikdən sonra Bəsrədən bir kisə qızıl göndərdilər. Bu bir kisə qızılı bərbərə vermək üçün yanına getdim. Səbəbini soruşdu, niyyətimi ona dedim. Mənə belə cavab verdi:

“Sən Allah rizası üçün məni təraş et, -dedin. Mən də dediyini etdim. İndi bunları götürsəm, niyyətimdə və ixlasımda dəyişmə olacağından qorxuram.” –dedi.

islam.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.