İnsaf izzətli olmaq üçün vasitədir

Əmirəl-möminin(ə) buyurur:

«…Kim başqaları ilə insaflı davransa, Allah-təala onu izzətli edər.»[761]

İnsaf ən yaxşı əməllərdəndir:

İmam Sadiq(ə) buyurur:

«Əməllərin ən üstünü bunlardır:

1) xalqa qarşı insaflı davranaraq, özünə rəva bildiyini onlara da rəva bilmək;

2) mal-dövlətdə qardaşınla bərabər olmaq;

3) Allahı həmişə xatırlamaq.

Təkcə «Sübhanəllah…» demək Allahı yad etmək deyildir, əksinə Allahı yad etmək dedikdə, məqsəd Allahın əmrlərinə itaət edib, haram buyurduqlarından çəkinməkdir.[762]»

İnsaf Allaha yaxınlaşmaq üçün vasitədir.

İmam Sadiq(ə) buyurmuşdur:

«Sorğu-sualdan qurtarana qədər hamıdan çox xalqın mərhəmətinə yaxın olanlar üç dəstədən ibarətdirlər:

1) qəzəblənən zaman qüdrət və qüvvətindən istifadə edib əlaltılarına zülm etməyənlər;

2) iki nəfər arasında qəzavət edərkən bir arpa dənəsi qədər heç bir tərəfə yönəlməyənlər;

3) istər zərərinə və istərsə də xeyrinə olsun, hər iki halda haqqı deyən şəxslər.[763]»

Ən az hüquq.

Müəlla ibn Xüneys İmam Sadiq(ə)-dən müsəlmanın müsəlmana olan haqqının nə olduğunu soruşduqda İmam (ə) buyurdu:

-Müsəlmanın müsəlmana olan haqqı yeddidir. Bunun yeddisi də vacibdir. Əgər bu hüquqlardan birinə riayət etməzsə, Allahın vilayət və itaətindən çıxmış, günaha batmışdır.

Ərz etdim:

-Ey mənim mövlam, bu hüquqları mənə söyləyin.

İmam Sadiq(ə) buyurdu:

-Mən səni çox sevirəm. Qorxuram, bu hüquqları pozasan, bilib, amma əməl etməyəsən.

Müəlla dedi: -Allaha pənah aparıram.

İmam Sadiq(ə) buyurdu:

-Müsəlmanın müsəlmana olan haqqı ən azı budur ki, özünə rəva bildiyini ona da rəva bilsin, özü üçün bəyənmədiyini onun üçün də bəyənməsin.

Müəllif: Ayətullah Məhəmmədrza Məhdəvi Kəni

Tərcümə edən: Ceyhun Cəfərov

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.