Ardıcıl olaraq həccə getmək

Hər ildə həccə getməyə tə᾽kid olunması:

333. Əzafir nəql etmişdir ki, imam Sadiq (ə) məndən soruşdu: Hər il həccə getməyinə maneə olan nədir? Dedim: Sənə fəda olum, əyalım buna maneə olur.

Buyurdu: Ölsən, ailənə kim kömək edəcəkdir? Ailənə sirkə və zeytun yağı yedizdir, amma hər ildə onları həccə apar.373

334. Həzrət imam Sadiq (ə) İsa ibni Mənsura buyurdu: Duz və çörək yeyib, amma hər il həccə getməyi bacarsan belə et.374

335. Əbu Həmmam nəql etmişdir ki, həzrət imam Rza (ə)-a dedim: Əlinə pul çatan borclu bir şəxs, o pul ilə borcunu ödəsin yoxsa həccə getsin? Həzrət (ə) buyurdu: Onun bir hissəsi ilə borcunu ödəyib, qalan hissəsi ilə həccə getsin. Dedim: Onun əlinə çatan pul yalnız həcc səfərinin məxarici qədərdir. Həzrət (ə) buyurdu: Bir il borcunu ödəyib, o biri il həccə getsin. Dedim: Bu pul hökumət tərəfindən verilsə necə? Həzrət (ə) buyurdu: Sizin üçün heç bir eybi yoxdur.375

336. Həzrət imam Sadiq (ə) buyurub: Hər il həccə getməyinizə mane olan nədir? Dedilər: Pulumuz çatmır. Həzrət (ə) buyurdu: Sizlərdən birinizin qardaşı həccə getdikdə, ona bir qurbanlıq pulunu verib, onun tərəfindən yeddi dəfə təvaf edərək qurban kəsməsini istəməsi həmçinin ərəfə günü olduqda ehram paltarlarını geyinərək məscidə gedib günəş batanadək ardıcıl olaraq dua etməyi bacarmırmı?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.