Kəbə örtüyünə təbərrük etmək

Əbdül-məlik həzrət imam Kazim (ə)-dan soruşdu ki, bir kişi Kə᾽bə örtüyündən bir miqdarını alaraq onun bir hissəsi ilə öz ehtiyacını ödəmiş, bir hissəsi isə əlində qalmışdır. (Əlində qalan hissəni) sata bilərmi?

Həzrət (ə) buyurdu: İstədiyini satıb, istəmədiyini isə hədiyyə versin və ondan faydalanaraq, bərəkət tələb etsin. Soruşdum: Onunla ölüyə kəfən bükmək olarmı? Həzrət (ə) buyurdu: Xeyr.298

265. Əbdül-məlik ibni Utbə nəql etmişdir ki, həzrət imam Sadiq (ə)-dan soruşdum. Kə᾽bə örtüyündən əlimizə gələn parçanı bir hissəsini paltar olaraq geyinə bilərikmi? Həzrət (ə) buyurdu: (O parçadan) uşaqlar, Qur᾽an və balış üçün istifadə edib Allah izni ilə onun vasitəsiylə bərəkət axtarmaq olar.299

266. Həzrət imam Sadiq (ə) buyurub: Kə᾽bənin ipək parçasını götürüb onu Qur᾽an üzü və ya üzərində namaz qılmaq üçün namaz parçası — səccadə düzəltməyin heç bir eybi yoxdur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.