Hədislərdə qadının zəruri xərcləri

Bu fəsildə işarə etdiyimiz rəvayətlər qadınların kişilər barəsində müstəhəb haqlarını çatdırırdı. İndi isə qadınların zəruri haqlarını çatdıran bir neçə rəvayəti qeyd edirik.

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) qadınların kişilər üzərində olan ən zəruri halqları barəsində buyurur:

“Ərin vəzifəsi budur ki, həyat yoldaşının aclığını aradan qaldırsın, onun bədənini örtsün, üzünü ona turşutmaqdan çəkinsin.”

Yunis ibni Əmmar İmam Sadiq (əleyhissalam)-ı sevənlərdən biri idi. O deyir: Həzrət İmam Sadiq (əleyhissalam) öz oğlu İsmailin kənizini mənə ərə verib buyrudu: “Ona ehtiram et və onun barəsində yaxşılıq et.” Soruşdum: “Yəbnə Rəsulillah, onun barəsində necə yaxşılıq edim?” Həzrət buyurdu:

“Onun qarnını doyur, bədənini ört, günahlarını güzəştə get, bağışla.”[21]

Məazın arvadı bir gün Rəsuli Əkrəmin yanına gəlib qadınların ən zəruri hüquqları barəsində soruşdu. Həzrət buyurdu:

“Öz yediyi yeməklərdən arvadına da versin. Özünün geydiyi paltarlara münasib olanları arvadına da alsın, həmçinin onun atifi və cinsi hüquqlarını da unutmasın.”[22]

Bu hədislərdə qadının ən zəruri hüquqları, o cümlədərn, ailə ocağında ədalətə riayət olunması tövsiyə olunaraq kişiyə xatırladılır ki, məbada təkcə öz şəxsi ehtiyaclarının təmin olunması barədə fikirləşib, ailə üzvlərinin istəklərini unutsun. Çünki mümkündür ki, bəzi şəxslər otellərdə, restoranlarda və mehmanxanalarda ən dadlı, ləzzətli yeməklər yesin və ən yaxşı paltarlar geysin, amma öz ailə üzvlərini unutsun, yaxud onlara qarşı səhlənkarlıq etsin. Bu da ailə daxili ədalətin xilafınadır. Əgər İmam Sadiq (əleyhissalam) bir kənizin hüquqlarına riayət edilməsini tövsiyə edirsə, onda məlumdur ki, azad qadınların hüquqları son dərəcədə diqqət mərkəzində olmalıdır.

Müəllif: Əliəkbər Babazadə

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.