Aca yemək verməyin fəziləti

Quran:
«Allahı sevdiklərinə görə miskinə, yetimə və əsirə yemək verərlər. (Deyərlər) Biz yalnız Allahın razılığına xatir sizə yemək veririk, sizdən nə mükafat istəyirik, nə də təşəkkür.»( Dəhr, ayə 8, 9)
«Ya ac günlərində qohum olan yetimi, ya tamamilə yoxsullaşmış insanı yedirtmək.»( Bələd, ayə 14-16)
Hədis:

* İmam Əli (ə): «Bədənlərin xörəyi qida məhsulları, canların (ruhun) xörəyi isə yemək yedirtməkdir.»( Mişkətul-Ənvar, səh. 325)
* İmam Əli(ə): «Yediyin şey gedəcək, yedirtdiyin şey bol və bərəkətli olacaqdır.»( Ğurərul-Hikəm , hədis9634)
* İmam Baqir (ə): «Allah-taala yemək yedirtməyi və qurban kəsməyi sevər.»( əl-Məhasin, c.2, səh.143 , hədis1370)
* İmam Sadiq (ə): «Cənnətə və bağışlanmağa səbəb olan amillərdən biri ac insana yemək verməkdir.» Sonra Allah-taalanın bu kəlamını oxudu: «Ya aclıq günündə yemək yedirtməkdir… (Bələd, ayə14)» (əl-Məhasin, c.2, səh.145, hədis1381)
* İmam Sadiq (ə): «Əmirəl-möminin(ə) yemək və qidalanma cəhətdən Allahın Rəsuluna (s) ən çox bənzəyən insan idi. Özü (arpa) çörək, sirkə və yağ yeyər, camaata isə (buğda) çörək və ət yedirərdi.»( əl-Məhasin, c.2, səh. 279 , hədis1901)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.