Məscidin memarı namaz qılan olmalıdır

Allah yanında ən sevimli yer məsciddir. Çünki, bu ibadət ocağında insanlar dünya bağlılığından ayrılır və Allaha həmdü-səna edirlər. Rəsuli-əkrəm (s)buyurur:
احب البلاد الی الله مساجدها
“Allahın ən sevimli yeri məsciddir” .
Pəhrizkarların səngəri, ibadətgahı məscidlərdir. Allahın rəsulu (s) bu haqda buyurur:
المسجد بیت کل تقی
“Məscid pəhrizkarların-təqva əhlinin evidir” .
Təqvalı şəxs dünyanı mehmanxana hesab edib məscidi isə öz doğma evi hesab edir. Bu barədə İslam peyğəmbəri (s) buyurur:
کونوا فی الدنیا اضیافا و اتخذوا المساجد بیوتا
“Dünyada qonaq kimi yaşayın, məscidi isə eviniz hesab edin” .
Həsən ibn Məhəmməd Deyləmi “İrşad əl-qülub” kitabında Həzrət Əlidən (ə) belə nəql edir:
“Mənim üçün məsciddə oturmaq Cənnətdə oturmaqdan daha üstündür. Çünki, Cənnətdə oturmaq məni sevindirir, lakin məsciddə oturmaq isə Allahın razılığına səbəb olur”. Əmirəlmö`mininin belə buyurmasına səbəb bu ayədir:
وَرِضْوَانٌ مِّنَ اللّهِ أَكْبَرُ
“Allahın razılığı isə hər ne`mətdən böyük və dəyərlidir” .
İslam dinində məscidə getməyin böyük fəziləti olduğu kimi, məscid tikib, onu xalqın ixtiyarına verməyin də böyük savabı var. İslam dinində ilk məscid banisi və memarı Allahın həbibi Məhəmməd peyğəmbərdir (s). O Həzrət (s) bu dəyərli işi igörən şəxslər haqqında buyurur:
من بنی مسجدا و لو مثل مفحص قطاه بنی الله له بیتا فی الجنه
“Hər kəs bir məscid tiksə, Allah onun üçün cənnətdə bir ev tikər. Hətta onun tikdiyi məscid dəvə quşu yumurta qoya biləcəyi qədər kiçik olsa belə” .
Məscid tikməyin böyük əhəmiyyət daşıması ilə əlaqədar olaraq İslam dinində bu böyük məsuliyyət hər kəsə verilmir. Məscid tikən şəxs Allaha, Qiyamət gününə inamlı, namaz qılıb, zəkat verən olmalıdır. Qur`ani-kərimdə oxuyuruq:
إِنَّمَا يَعْمُرُ مَسَاجِدَ اللّهِ مَنْ آمَنَ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ وَأَقَامَ الصَّلاَةَ وَآتَى الزَّكَاةَ وَلَمْ يَخْشَ إِلاَّ اللّهَ فَعَسَى أُوْلَـئِكَ أَن يَكُونُواْ مِنَ الْمُهْتَدِينَ
“ Allahın məscidlərini o şəxslər abad edirlər ki, Allaha, qiyamət gününə inanır, namaz qılır, zəkat verir, Allahdan başqa heç kəsdən qorxmurlar. Ümid var ki, onlar hidayət əhli olsunlar” .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.