Axşama kimi yaşayacağımdan əmin deyildim…

Məkkə… Yaşlı bir qoca və cavan bir dəliqanlı şəhərin bir tərəfində oturub kimsələrdən yardım istəyirdilər. Bu zaman onların qarşısında gözəl geyimli bir tacir dayandı və gəncin qarşısına bir kisə qızıl tulladı.

Bu vaxt gənc dilləndi:

Sağ olun, ancaq bu qədər qızıla ehtiyacım yoxdur.

Tacir dedi:

Olsun, mən bunu sənə verirəm. İstəsən xərclə, istəməsən fəqirlərə payla.

Gənc çox israr etmir. Tez ayağa qalxıb bu qızılı bütün tanıdıqları kasıblara paylayır. Elə həmin günün axşamı yaşlı qoca o gənci bir başqasından yardım istədiyini gördü. Qoca yaxınlaşıb gəncdən soruşdu:

Niyə o bir kisə qızıldan imtina etdin?

Özünə saxlamadan, hamısını kasıblara payladın?

Amma indi özün kimdənsə kömək istəyirsən….

Gənc dilləndi:

Axşama kimi yaşayacağımdan əmin deyildim…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.