Bir gəncin ölüm anı- Doktor Khalidin dilindən

Və Saat 1:45 idi. Çox yaxşı yadımdadı günorta vaxtlarında idi. O sıralar bir əməliyyatda idim. Birdən təcili olaraq məni çağırdılar. “Doktor Khalid bir xəstəmiz var. Boynundan güllələnib, Bu an ölmək üzrədi” dedilər. Mən isə əməliyyatda olduğumu söylədim. Mənə vəziyyətin təcili olduğunu söylədilər. Çıxa bilirsənsə əməliyyatdan dərhal cıx dedilər. “Qanı hazırlıyın dərhal gəlirəm” dedim. Əməliyyatı yarıda buraxdım və getdim.
Gəldiyimdə xəstə huşsuz bir şəkildə və xəstənin boynu şişmiş bir vəziyyətdə idi. Xəstənin vəziyyətini araşdrmağa başladım. Güllənin boynundakı yerinə baxırdım. Bir əməliyyata ehtiyac varmı deyə fikirləşərkən…….

Birdən komadakı huşsuz gənç oyandı və çox qəribə bir baxışla mənə baxdı. Sağ əlini uzadıb belə dedi: “Ey Doktor özünü yorma, vallahi mən bu an ölürəm. Və vallahi bu an xeyir dolu bir yerdəyəm. Bu an yerimin cənnətdə olduğunu görürəm. Anamı və atamı vida etmək istəyirəm.” Saçlarım havaya dikildi, dilim tutuldu. Dərhal anasının və atasının yanına getdim. “Oğlunuz sizi görmək istiyir” dedim. Anası isə “oğlum yaşıyır mı?” deyə soruşdu. Məndə: “oğlunuz böyük bir xeyir içindədi ” dedim. Anası bir daha soruşdu: “oğlum yaxşıdır mı?”. Məndə təkrardan oğlunuz xeyir içindədi dedim. Anası “xahiş edirəm həqiqəti deyin oğlum yaxşıdır mı?” dedi. Məndə: Bəli, oğlunuz xeyrin üzərində dedim.

Sonrasında qaçaraq evladının yanına getdilər. Mən isə uzaqdan onları eşidir və görürdüm. Oğul anasının sağ əlini alıb öpürdü. “Ana məni bağışda” dedi. Sonra atasının sağ əlini alıb öpdü. “Ata məni bağışda” dedi. Sonra hər ikisinin əlini alıb, ürəyinin üstünə qoydu və belə dedi: “Ata Ana bağışlıyın məni, duanızda unutmayın!…Əşhədü ənla ilahə illallah və əşhədü ənnə muhammədən rəsulullah” dedi və ruhu bədənindən ayrıldı…..Mən maraq ilə atasından soruşdum: Sənin oğlun nəyin nəsi? O da mənə belə cavab verdi: “Mənim bu oğlum məscitdə böyüdü, mənim bu oğlum sübh namazına qalxmaq üçün həmişə özünə söz verər, mənim bu oğlum gələcəyin ibadət sahibidir, mənim bu oğlum Quran əzbərləməyi və əzbərlətməyi özünə qanun etmişdir, mənim bu oğlum lisey 2 də məktəb birincisi idi”….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.