Bölmənin adı: Redaktor seçimi

Qəfil ölüm, insanın qəflətdən oyanması üçün mühüm amildir

qzehra-yolu.com Heç kim nə qədər yaşayacağı və nə zaman öləcəyini bilmir. Qur᾿anın buyurduğu kimi: «Heç kim sabah nə olacağını və əcəlinin harada yetişəcəyini də bilmir»[49]. Allahın insana olan lütflərindən biri də insanın öz ölümünün nə zaman olacağını bilməməsidir. Əgər öz əcəlimizin vaxtını bilsəydik, daha çox qəflətə və qürura mübtəla olardıq. Əlbəttə, ruhi cəhətdən kamala çatmış insanlar fəqət Allah qarşısında müt᾿i olub, Read more [...]

Dəstəmazlı adamın bədənindəki sızanaq deşilib içindən qan gələrsə, dəstəmaz pozulurmu?

destemaz Dəstəmazı pozan hallar şəriət kitablarında (risalə və elmi-hallarda) ətraflı yazılıb. Şiə (cəfəri) məzhəbinə görə bədəndəki yaradan qan çıxması dəstəmazı pozmaz, qan ləkəsini yuyub yaranı pak etmək kifayətdir. Əhli-sünnət məzhəblərindən şafii və malikilərin də baxışı eynidir. Bu iki məzhəbə görə yaradan çıxan qan dəstəmazı batil etməz. Hənəfi məzhəbinə görə, sızanaq və yaradan çıxan qan əgər dağılıb ətrafa yayılarsa dəstəmazı Read more [...]

Dünya malını puç sayıb ona görə həsrət çəkməmək

dunya Allah-təalanın həzrət Musaya üçüncü öyüdü bu idi ki, dünya və dünya nemətləri ona böyük görünməsin. Dünya malını böyük sayan insan adətən yoxsulları saya salmır, varlılara həsəd aparır. İnsan bilməlidir ki, dünya nemətləri nə qədər böyük görünsə də, Allahın nəzərində heçdir: “De ki, dünya matahı cüzi bir şeydir və axirət dünyası təqvalılar üçün daha da üstündür.”[70] Əgər mömin qəbul etsə ki, hətta milyardlarla ölçülən Read more [...]

Orucun orqanizmə faydası barədə

ramazan, oruc Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Oruc tutun ki, sağlam olasınız” İnsanın mədəsi onun xəstəliklər evidir. Yeməkdən pərhiz etmək də onu müalicə etmək deməkdir. Tibb elminin inkişaf etməsi ilə bəzi həkimlər və mütəxəsislər başa düşüblər ki, günün bir hissəsinin tam ac qalmağın xəstəliklərə çox faydası vardır. Bu, xəstəlikləri müalicə etməyin ən gözəl vasitəsidir. (Erfan) Həkim rəylərindən birində deyilir: “Oruc vasitəsilə Read more [...]

Ramazan – Allahla ünsiyyətin baharı

ramazan 2015 Bu il təsadüfən təbiət baharı dua və Quran baharı ilə eyni vaxta düşmüşdür. Bir neçə gündən sonra insanın özünüislah və Allahla ünsiyyət baharı olan mübarək ramazan ayı başlayacaq. Məgər məsələnin bu cəhətini unutmaq olar?! Bütün səhvlər bu cəhətə qarşı diqqətsizlikdən irəli gəlir. Səhvi az, qəlbi Allahın mərifət və hidayət nuru ilə işıqlı olan, işarəsi bu xalqa, bizə və dünyanın bütün İslam aşiqlərinə yol açan, bələdçilik Read more [...]

Qаdın dа kişi ilә bәrаbәr siyаsәt vә dövlәt işlәrindә vәzifә tutа bilәrmi?

aile Cаvаb: İslаmın yеni zühur еtdiyi dövrdә dünyа ictimаiyyәtinin nәzәrindә qаdınа qаrşı iki fikir mövcud idi: 1. Bәzilәri qаdını hеyvаnlа bir sаnır vә оnlаrа görә qаdın cәmiyyәtin üzvü hеsаb оlunmurdu. Lаkin müхtәlif işlәrlә әlаqәdаr оlаrаq kölә kimi sахlаnılır, istismаr оlunurdu. Misаl üçün, nәslin аrtımındа vә sаir işlәrdә оnlаrа еhtiyаc duyulurdu. 2. Birinci qrupа nisbәtәn mәdәni sаyılаn bаşqа Read more [...]

Fatimeyi-Zəhra (əleyha-səlam) zikrinin şəriətə mənsub olmasının səbəbi

teqva zikr Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alihi) qızı Fatiməyə (əleyha-səlam) hər namazdan sonra və yatan zaman onları deməsi üçün zikrlər öyrətdi ki, həzrət Fatimənin (əleyha-səlam) zikri adı ilə məşhurdur. Əllamə Məclisi (rə) deyir: Bu təsbihin şər`i olmasının səbəbini bir qayda olaraq İmamiyyə və başqaları rəvayət etmişlər. O idi ki, Əmirəl-mö`minin (əleyhis-səlam) buyurdu: Ev işlərində Fatimənin (əleyha-səlam) bərk zəhmət Read more [...]

Niyə Qurani-kərim 23 il ərzində hissə-hissə endirildi?

quran Allah Həzrət Mühəmməd Peyğəmbərə (s) Quranı birbaşa göndərib əmr edə bilərdi ki, onu bütövlükdə xalqa elan etsin. Lakin bu zaman Quran ayələrinin mənasını, daşıdıqları hökmü insanlar anlaya bilməzdilər. Quran 23 il ərzində hissə-hissə Peyğəmbərə vəhy olundu və Onun tərəfindən insanlara çatdırıldı. Hər bir şəraitə, hadisəyə, insanların əhval-ruhiyyəsinə, problemlərinə uyğun olaraq müvafiq ayələr gəlirdi. Məsələn, Məkkə dövründə Read more [...]

Qurani-Kərimin vicdan haqqında nəzəri

quran Quran insanda bir sıra fitri ilhamların olmasını heç də rədd etməmiş və «Şəms» surəsinin 7-8-ci ayələrində buyurmuşdur: «Və nəfsin və ma səvvaha fə᾽əlhəməha fucurəha və təqvaha». «And olsun nəfsi [insanı və ya insan nəfsini] yaradana; Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini [xeyir və şəri] öyrədənə». Yə᾽ni, Allah-taala insanlara vicdan adlı bir şey vermişdir ki, onunla nəyin pis və nəyin yaxşı olmasını, Read more [...]

Fitri mərifətə diqqətsizlik amilləri nədir?

Allah Əgər fitri olaraq Allahı tanımaq məsələsi ilə əlaqəli ayələrə diqqət yetirsək, bəzilərinin həmişə Allah haqqında fikirləşməmələrinin, bəzilərinin də tamamilə Allahı inkar etmələrinin dəlilini asanlıqla görəcəyik. Quran ayələrinə əsasən, fitri mərifətə diqqətsizliyin maneələri aşağıdakılardan ibarətdir: 1-Unutqanlıq: “Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu kimsələrə bənzəməyin.”[373] Bu və Read more [...]

Həzrət Zəhra (s.ə) ilə Qurani-Kərimin 3 oxşarlığı

qadin Böyük əxlaq alimi olan Ayətullah Cavadi Amuli Həzrət Zəhranın (s.ə) şəxsiyyəti haqqındakı nəzərlərini bizimlə bölüşmüşdür ki, onlara işarə edək: “Həzrət Fatimə (s.ə) haqqında iki mehvərdən danışmaq olar: bir mehvər elmi tədqiqatlardır ki, bizim üçün elmi səmərəsi vardır. Etiqadi nəticələrə malikdir və əxlaq, fiqh, hüquq mövzularını əhatə edir. İkinci mehvər bizim özümüzə aiddir. Biz gərək bu nəcib Xanımı (s.ə) özümüz üçün Read more [...]

Quranda fasiq alimlərin aqibəti

islam Quranda öz elminə əməl etməyən alimlər ulağa və itə oxşadılıb. “Ə’raf» surəsinin 176-cı ayəsində Allah-təala günahkar alimin (Bəl’əmi-baura) haqqında belə oxuyuruq: فَمَثَلُهُ كَمَثَلِ الْكَلْبِ اِنْ تَحْمِلْ عَلَيْهِ يَلْهَثْ اَوْ تَتْرِكْهُ يَلْهَثْ «Bu adamın itə oxşarı var: Onu qovsan da, sakit buraxsan da dilini çıxardıb elə hey ləhləyir». «Cümə» surəsinin 5-ci Read more [...]

Namazı öz vaxtından qabaq qılmaq olarmı?

namaz İslam şəriətinə görə, bütün hökmlər yalnız vaxtı çatdıqdan sonra qüvvəyə minir və insan cavabdehlik qazanır. Hətta Allah da günah etməzdən qabaq insanı cəzalandırmaz, baxmayaraq ki, onun günah edəcəyini öz mütləq elmi ilə bilir. Əgər insan vaxtı çatmazdan əvvəl hər hansı hökmü yerinə yetirsə, vaxtı çatandan sonra həmin vəzifədən azad edilmiş sayılmaz. Yəni vaxtından qabaq qılınan namaz batildir. Bu halda həmin namaz qılınmış sayılmır Read more [...]

Doğrudurmu ki, hər kəs həyatı boyunca yeddi ölüyə qüsl verməli, 7 qəbir qazmalıdır?

olum Dininmizdə belə bir vacib əmr yoxdur. Bu, xalq dilində işlənən sözdür. Ümumiyyətlə, İslam dini insanlara başqalarının sevinc və kədərinə şərik olmağı tövsiyə edir. Yəni müsəlmanın son mənzilə yola salınmasında iştirak etmək, şərtlər imkan verdiyi halda cənazə qüslünə yardım göstərmək, cənazəsinin daşınmasına kömək etmək, qəbrinin qazılmasına əl yetirmək yaxşı əməl sayılır. Müsəlmanın dəfn mərasiminə qatılmaq xüsusi təkid Read more [...]

Övlad tərbiyəsində şeytanın səyi

qzehra-yolu.com Quran buyurur: “(Ey şeytan, Adəm övladından hər kəs sənin ardınca getsə) Öz malın və övladlarınla gedib onlarla şərik ol və yalan və`dələrlə onları aldadıb, məğrur et. Bəli! Şeytanın və`dəsi yalan və qürurdan başqa bir şey olmayacaqdır.”[84] Hədisdə deyilib ki, şeytanın şərik olması nümunələrindən biri də uşağın nütfəsinin haram yeməkdən bağlanmasıdır. Yə`ni, əgər uşağın nütfəsi atasının haram bir fikirdə olması zamanında Read more [...]

Nəfsin hiylələri müqabilində ayıq olmaq lazımdır

images Allah-təalanın həzrət Musaya müraciətində üçüncü mühüm nöqtə nəfsin ittiham edilməsidir. İnsan öz nəfsini qınayıb ona arxayın olmamalıdır. Bəli, azğın nəfs bəndəlik və ilahi təkliflərin icrası yolunda, Allah və dinlə tanışlıqda insanı aldada bilər. Nəfsin təlqinləri sayəsində insan həqiqəti təhrif olunmuş şəkildə tanıyıb doğru yoldan çıxa bilər. Allah-təala azğın nəfs istəklərinin təsiri altında doğru yoldan çıxan alimlər haqqında Read more [...]

Bu 4 vaxtda dua etməkdən qafil olmayaq

dua Allah Təala biz müsəlmanlara dua etməyi tövsiyə etmişdir və hər kim dua etməz, Uca Allah onu müşrik adlandırmışdır. Dua etməyin xüsusi zaman və məkanlarını bizə tanıtmışdır ki, dualarımız daha tez yerinə yetə bilsin. Bu zamanlardan biri də yağış yağan zamandır. Quran ayələrindən və hədislərdən belə nəticə çıxartmaq olur ki, yağış yağan zaman İlahi rəhmətin qapıları açılar. Ona görə də bu zaman edilən dualar səmaya qalxar və Allaha Read more [...]

Qurani-kərimin uzun surəsini oxuyarkən yarıda kəsib, bir müddətdən sonra və ya başqa gün davam etdirmək olarmı?

1374977852-reading-the-holy-quran-in-bahrain-during-ramadan_2298893 Qurani-kərimi oxumağın müddəti və həcmi barədə dinimizdə heç bir məhdudiyyət qoyulmayıb. İnsan istədiyi vaxt istədiyi qədər Quran oxuya bilər. Birdəfəyə Quranın bir neçə surəsini də oxumaq olar, cəmi bir ayəsini də. İslamın ilk illərində bəzi səhabələr Quranı üç gecəyə xətm edir, yəni bitirirdilər. Peyğəmbər bu hərəkəti bəyənilməz saysa da (insanı əziyyətə saldığı və başqa işlərdən uzaq qoyduğu üçün), amma qadağan da etməmişdi. Read more [...]

Yer kürəsinin fırlanması və dairəvi şəkildə olması

dunya Məqalənin əvvəlində işarə etdiyimiz Yasin surəsinin mübarək ayələri Qurani-Kərimin elmi möcüzələrindən biridir. Ptolomey İslamdan əvvəlki xristiyan dünyasında yaşamışdır. O, dini və elmi ictimaiyyət için - də batil və əsassız bir fikir və əqidəni irəli sürürdü və onu əsaslandırmaq üçün xristyanlığın dini inanclarından da istifadə edirdi. İddia edirdi ki, Yer kürəsi və bütün ulduzlar sabitdirlər, hərəkətsizdirlər və yerdəyiş- mədən Read more [...]

Allahın ədaləti və insanların cəhənnəmdə əbədi qalması məsələsi

qyardım Bildiyimiz kimi, Quranın bir çox ayələrində Allah kafir və bir sıra günahkar insanlara Cəhənnəmdə əbədi qalacaqlarını vəd etmişdir. Məsələn, «Tövbə» surəsinin 68-ci ayəsində deyilir: Yəni, «Allah münafiq kişi və qadınlara, kafirlərə içində əbədi qalacaqları cəhənnəm odu vəd etmişdir.» Eləcə də, Allah tərəfindən mömin kişi və qadınlara Cənnətdə əbədi qalacaqları vəd edilmişdir. Məsələn, həmin surənin 72-ci ayəsində oxuyuruq: Yəni, Read more [...]

Müsəlmanların xəstələrin görüşünə getmələrinə sövq olunmaları

zehra-yolu.com Bunun hər bir müsəlmanın üzərinə düşən ilahi və dini vəzifə olduğunu bəyan etdikdən sonra, nəql olunmuş hədis və rəvayətlərdə müxtəlif üsullarla bu xeyirxah işə sövq olunduqlarına toxunulur. Peyğəmbər (s) bu haqda buyurur: Müsəlman bir şəxs öz xəstə müsəlman qardaşının görüşünə getdiyi zaman Allah-taala tərəfindən ona belə bir xitab olunar: Cənnətin uca məqamlarından birinə nail oldun. [Bu xeyirxah işinlə] həm özünü, həm də müsəlman Read more [...]

Lənətə və cəhənnəm əzabına layiq olan günah – rüşvət

quran Rüşvət cəmiyyətin tərəqqisini, sağlamlığını və saflığını hədələyən ən mühüm bəlalardan biridir. Qumar, sələmçilik, şərab, möhtəkirlik, yaltaqlıq kimi mənfi hallar cəmiyyət üçün nə qədər qorxuludursa, rüşvət də bir o qədər təhlükəlidir. Rüşvətin yayıldığı cəmiyyətdə heç bir inkişafdan, demokratik islahatdan, hüquqi münasibətdən söhbət gedə bilməz. Çünki rüşvət – başqasının hüququnu tapdamaq, qanunsuzluğa don geydirmək, Read more [...]

Allah-təalanın insana xeyirxahlığı

qadin Qüdsi bir hədisdə Allah-təala Həzrət Musaya xitabən buyurur: “Ey Musa, mö’min bəndə mənim ən sevimli məxluqumdur. Əgər ona bir çətinlik üz verirsə, onun xeyiri həmin çətinlikdədir... Mən bəndəmin məsləhətini, xeyrini daha yaxşı bilirəm.” Aydın məsələdir ki, biz dost bildiyimiz şəxsin çətinliyə düşməsini istəmirik. Əgər Allah-təala öz bəndəsini çətinliyə salırsa, bunun hikməti vardır. Allah tərəfindən müəyyən edilmiş çətinliyi Read more [...]

İmam Hüseynə(ə) əzadarlıq etməyin fəzilət və səbəbləri

meherrem Məhərrəmlik, aşura, Kərbələ hadisəsi və İmam Hüseyn(ə) üçün əzadarlıq edib ağlamaq barədə bir sıra suallar olunur. Üç sualdan ibarətdir ki, bu sualların üçünün də kökü bir mövzuya qayıdır. Birinci sual belədir ki, nə üçün biz hər il İmam Hüseynin(ə) ildönümü mərasimində qara geyib əzadarlıq edirik? Min üç yüz ildən artıq bundan öncə baş vermiş bir hadisəyə görə hər il əzadarlıq edib mərasimlər qurmağın mənası nədir? Nə Read more [...]