Bölmənin adı: Fiqh

Nəcasətə bulaşmış paltarı yumadan günün qabağında saxlayıb qurutmaqla pak olarmı?

zehra-yolu.com Nəcasəti pak edən vasitələrdən biri həqiqətən Günəşdir. Amma bu, bəzi şərtlər daxilində baş verməlidir. Günəş şüası hər şeyi pak etməz. Risalələrdə bunun şərtləri ətraflı izah edilib. Qısaca bunu qeyd edək ki, divar, yer səthi kimi iri və hərəkətsiz obyektlər Günəş şüası ilə nəcasətdən pak ola bilər. Hətta bunun da bəzi incə şərtləri vardır ki, əgər o şərtlər həyata keçməsə, divar və yer səthi pak sayılmaz. Paltar, qab və Read more [...]

Qurani-Kərimi oxuyan zaman qadın mütləq hicablı olmalıdır?

qadin Hicaba riayət etmək İslam dininin qadınlara vacib əmridir. Qadın mütləq naməhrəmlərdən örtünməlidir. Lakin bəzi hallarda hətta naməhrəmin görmədiyi zaman da hicaba riayət etmək məsləhətdir. Məsələn, Həzrət Fatimə (ə) hətta kor adamın yanında belə, hicabsız gəzmirdi. Quran oxumaq Allahla ünsiyyətdə olmaq deməkdir. Yaxşı olar ki, qadın Quran oxuyan zaman və ya başqasının Quran oxuduğunu dinləyən zaman hicaba riayət etsin, heç olmasa, başını Read more [...]

Bəzi kitablarda “iki fəcr” (Günəş doğuşu) ifadəsinə rast gəlirik. Bunun mənası nədir?

insan Astronomik baxımdan Günəşin doğuşu iki mərhələdə baş verir. Əvvəlcə şərq istiqamətində üfüqdə yuxarıya doğru yönəlmiş şaquli işıqlı zolaq görünür. Xalq dilində buna qurd qulağı deyirlər. Şəriətdə bu, fəcri-kazib, yəni yalançı Günəş doğuşu adlanır. Bu, hələ sübh azanının vaxtı deyil. Bundan bir neçə dəqiqə sonra həmin ağ zolaq üfüq xətti boyunca bərabər paylanır və üfüqi şəkildə işıqlı zolaq müşahidə edilir. Buna şəriətdə Read more [...]

Asqırmağın uğurlu ya uğursuz olmasına inanmaq düzgündürmü?

Allah Təbiətdə baş verən hər bir hadisə Allahın hikməti əsasında, müəyyən qanunauyğunluqların nəticəsində baş verir. Hadisələrin gedişatını və nəticəsini qabaqcadan bilmək asan iş deyil. Bu, peyğəmbərlərə və bəzi övliyalara qismət olan xüsusiyyətdir. İnsan hər hansı gülünc əlamət əsasında gələcəkdən xəbər verdiyini iddia edirsə, özünün dini cəhətdən savadsızlığını göstərmiş olur. Asqırmağı sınamaq, tək səbiri uğursuz, cüt səbiri Read more [...]

Özünü müsəlman sayan, amma namazın hər kəsə vacib olduğunu qəbul etməyən adamın hökmü nədir?

zehra-yolu.com Müsəlmanlığın şərtlərindən biri də dinin zəruri əmrlərini qəbul etmək və danmamaqdır. Əgər bir şəxs namaz, oruc kimi zəruri ibadətlərin vacib olduğunu inkar etsə, müsəlman sayılmaz. Diqqət yetirmək lazımdır ki, əvvəla, burada müstəhəb deyil, vacib hökmlərdən söhbət gedir. İkincisi, bir şəxs həmin hökmlərin zərurətini qəbul edirsə, amma hər hansı bəhanə ilə özü buna əməl etmirsə, dindən çıxmaz. Sualda qeyd edilən düşüncəyə Read more [...]

Qadın üç dəfə ərdə olubsa, hər dəfə əri rəhmətə gedib və ya onu boşayıbsa, yenidən ərə gedə bilərmi?

aile İslam dininə görə, qadın öz ərindən talaq aldıqdan sonra və ya əri dünyasını dəyişdikdən sonra iddə müddətini qoruyub saxlamaq şərti ilə istədiyi zaman yenidən ailə qura bilər. Bunun heç bir günahı yoxdur. Yetər ki, talağı şəriətdə buyurulan tərzdə düzgün verilsin və iddə müddətini tam qorusun. Xüsusilə, keçmiş zamanlarda, qadının təkbaşına dolana bilməsi çətin olduğu vaxtlarda ərini itirmiş və boşanmış qadının tez ərə getməsi Read more [...]

Evdə tək olan adam namaz qılarkən qapı döyülsə, namazı kəsib qapını açmaq olarmı?

ibadet Namazı qeyri-ciddi və qeyri-zəruri səbəblər üzündən kəsmək günahdır. Namaz bəndənin Allahla söhbətidir, Allahın hüzurunda durduğu məqamdır. Bu məqamdan üzürsüz ayrılmaq ədəbsizlik sayılar. Yalnız zəruri hallarda namazı yarımçıq kəsməyə icazə verilir. Həyat üçün təhlükəli hal yaransa (güclü zəlzələ baş versə, evdə yanğın başlasa, körpə uşaq oda, bıçağa, elektrik cərəyanına sarı əl uzatsa və s.) namazı kəsmək və təhlükəni Read more [...]

Bir insan özü üçün sağlığında kəfən alıb qoyursa, bunun günahı varmı?

olum Dinimizdə çox təkid edilən əməllərdən biri də ölümü tez-tez yad etməkdir. Buna görə dəfn mərasimlərinə qatılmaq, məzarları tez-tez ziyarət etmək müstəhəb sayılır. Ölümü xatırlamaq insanın məsuliyyətini artırır, onu günahdan uzaqlaşdırır. İnsanın sağlığında özü üçün kəfən alıb hazır qoyması nəinki günah deyil, hətta müstəhəbdir. Bu kəfəni halal qazancdan almaq lazımdır. Öz qəbrini sağlığında qazdırmağa gəlincə, bunun Read more [...]

Nəcasətə bulaşmış paltarı yumadan günün qabağında saxlayıb qurutmaqla pak olarmı?

iman Nəcasəti pak edən vasitələrdən biri həqiqətən Günəşdir. Amma bu, bəzi şərtlər daxilində baş verməlidir. Günəş şüası hər şeyi pak etməz. Risalələrdə bunun şərtləri ətraflı izah edilib. Qısaca bunu qeyd edək ki, divar, yer səthi kimi iri və hərəkətsiz obyektlər Günəş şüası ilə nəcasətdən pak ola bilər. Hətta bunun da bəzi incə şərtləri vardır ki, əgər o şərtlər həyata keçməsə, divar və yer səthi pak sayılmaz. Paltar, qab və Read more [...]

Qurani-Kərimi oxuyan zaman qadın mütləq hicablı olmalıdır?

Peygember ve Xanım Zeyneb Hicaba riayət etmək İslam dininin qadınlara vacib əmridir. Qadın mütləq naməhrəmlərdən örtünməlidir. Lakin bəzi hallarda hətta naməhrəmin görmədiyi zaman da hicaba riayət etmək məsləhətdir. Məsələn, Həzrət Fatimə (ə) hətta kor adamın yanında belə, hicabsız gəzmirdi. Quran oxumaq Allahla ünsiyyətdə olmaq deməkdir. Yaxşı olar ki, qadın Quran oxuyan zaman və ya başqasının Quran oxuduğunu dinləyən zaman hicaba riayət etsin, heç olmasa, başını Read more [...]

Bəzi kitablarda “iki fəcr” (Günəş doğuşu) ifadəsinə rast gəlirik. Bunun mənası nədir?

ramazan Astronomik baxımdan Günəşin doğuşu iki mərhələdə baş verir. Əvvəlcə şərq istiqamətində üfüqdə yuxarıya doğru yönəlmiş şaquli işıqlı zolaq görünür. Xalq dilində buna qurd qulağı deyirlər. Şəriətdə bu, fəcri-kazib, yəni yalançı Günəş doğuşu adlanır. Bu, hələ sübh azanının vaxtı deyil. Bundan bir neçə dəqiqə sonra həmin ağ zolaq üfüq xətti boyunca bərabər paylanır və üfüqi şəkildə işıqlı zolaq müşahidə edilir. Buna şəriətdə Read more [...]

Qadın heyvanın başını kəsə bilərmi? Qadının kəsdiyi heyvanı yemək olarmı?

riya Dinimizdə heyvanı və ya ev quşunu kəsən şəxsin cinsi barədə qəti hökm yoxdur. Yəni heyvanı kəsən şəxsin mütləq kişi olması şərt deyil. Onun müsəlman olması, yetkinlik yaşına çatması və heyvanı kəsmək qaydalarını bilməsi, buna riayət etməsi kifayətdir. Bu şərtlər daxilində qadının da kəsdiyi heyvanın ətini yemək olar. Lakin bütün hökmlərdə olduğu kimi, burada da nüanslar var. İslam dini qadına zərif, qayğıya ehtiyaclı varlıq kimi baxır. Read more [...]

Dərman satışı ilə məşğul olan şirkətlərdə kənar adamı şirkətə cəlb etmək üçün mükafat verilir. Bu halaldırmı?

qeza qeder Hər hansı halal məmulatın satışı sahəsində işləmək qadağan deyil. Bu gün halal məmulatların satışı ilə məşğul olan şirkətlərdə işə düzəlmək və satışdan faiz qazanmaq da icazəlidir; bir şərtlə ki, satış zamanı alıcı aldadılmasın, ona ziyanlı, xarab məhsul satılmasın. Bəzən şirkət öz üzvünə təklif edir ki, əgər başqa bir adamı da şirkətə işə cəlb etsə, ona mükafat verəcək. Yalan və fırıldaqçılıq olmamaq şərti ilə başqasını Read more [...]

Adam özünə ölüm arzulaya bilərmi?

iman ve elm Əvvəla, dinimizdə istər özünə, istərsə də başqalarına qarğış etmək bəyənilmir. Dil bizə ona görə verilib ki, onu müsbət, xeyirli və halal yerlərdə istifadə edək. Müqəddəslərimiz qarğış etməz, hətta öz düşmənləri üçün də hidayət duası edərdilər. İkincisi, həyat Allahın bizə lütfü və əmanətidir. Biz öz həyatımızın tam maliki deyilik ki, ona son qoymaq və ya bunu arzu etmək ixtiyarı da bizdə olsun. Hər kəsin əcəli Allaha məlumdur Read more [...]

Hilal (Ay) İslamın rəmzi sayılırmı?

Dunya, Allah Qədim mədəniyyətlərdə Ay simvolu geniş yayılmış olsa da, İslamın ilk dövrlərində dini rəmzlər arasında Ay (hilal) görüntüsünə rast gəlmirik. Nə Peyğəmbərin (s), nə imamların (ə) yazı və şəxsi əşyalarında, nə də xilafətin simvollarında Ay fiquru görünmür. Nəzərimizcə, İslam tarixində ilk dəfə Ay (hilal) fiqurundan Osmanlı dövlətində istifadə edilmişdir. Osmanlı dövlətinin banisi Osman Qazı yuxuda görür ki, ustadı Şeyx Ədəbalının Read more [...]

İnsanın təqlid etdiyi müctəhid dünyasını dəyişərsə, nə etməlidir?

images Cəfəri məzhəbinə əsasən, özü müctəhid olmayan və ehtiyata əməl etməyən şəxs mütləq şəriətdə nəzərdə tutulmuş şərtlərə cavab verən bir müctəhidə təqlid etməli, yəni şəriət hökmlərini həmin müctəhidin fətvaları əsasında yerinə yetirməlidir. Təqlid edilən müctəhid diri olmalıdır. Yəni bir insan dünyasını dəyişmiş bir müctəhidə təqlid etməyə başlaya bilməz. Amma əgər müctəhidin sağlığında insan ona təqlid edibsə, müctəhid Read more [...]

İnsanın təqlid etdiyi müctəhid dünyasını dəyişərsə, nə etməlidir?

zehra-yolu.com Cəfəri məzhəbinə əsasən, özü müctəhid olmayan və ehtiyata əməl etməyən şəxs mütləq şəriətdə nəzərdə tutulmuş şərtlərə cavab verən bir müctəhidə təqlid etməli, yəni şəriət hökmlərini həmin müctəhidin fətvaları əsasında yerinə yetirməlidir. Təqlid edilən müctəhid diri olmalıdır. Yəni bir insan dünyasını dəyişmiş bir müctəhidə təqlid etməyə başlaya bilməz. Amma əgər müctəhidin sağlığında insan ona təqlid edibsə, müctəhid Read more [...]

Namazın sonundakı salamlar kimə ünvanlanır?

iman Namazın sonunda 3 salam verilir. Bu salamların mənası və ünvanı barədə fərqli fikirlər vardır. Birinci salam, mətnindən də göründüyü kimi, Həzrət Mühəmməd Peyğəmbərə (s) ünvanlanıb. Bundan sonra bəndə özünə və digər saleh bəndələrə salam verir. Saleh bəndələrə peyğəmbərlər, imamlar, övliyalar, mömin müsəlmanlar, mələklər və mömin cinlər aiddir. Namazı bitirən şəxs Allahın əzabından qurtulmaq vədini alır, buna görə də onun özünə Read more [...]

Nə üçün İslamda üzü üstə yatmaq bəyənilməz hal sayılır?

q Hədislərdə deyilir ki, şamlı (suriyalı) bir nəfər İmam Əlidən (ə) yatmağın növləri barədə soruşanda İmam cavab vermişdi: “Yatmağın dörd növü var: Peyğəmbərlər arxası üstə uzanarlar; onların gözləri yatmaz və vəhyin intizarında olar. Möminlər sağ böyürləri üstə üzü qibləyə sarı yatarlar. Hökmdarlar və şahzadələr sol böyürləri üstə uzanarlar ki, yedikləri həzm olsun. İblis, onun qardaşları (yəni köməkçiləri), ağıldan məhrum Read more [...]

Üzümüzü Kəbəyə tutub namaz qılmağımızı əmr etmiş Allahın bizim ibadətimizə ehtiyacı varmı?

namaz Cavab: Hamı evini üzügünəşə tiksə, günəşin işığı artmaz və əksinə, hamı evini arxası günəşə tiksə, onun işığı azalmaz. Günəşin insanlara heç bir ehtiyacı yoxdur. Amma insanlar günəşin işıq və istiliyinə ehtiyaclı olduqlarından evlərini üzü günəşə tikirlər. Namazı əmr etmiş Allahın bizim ibadətimizə heç bir ehtiyacı yoxdur. Amma insanlar Allaha üz tutmaqla onun lütfündən faydalanır və inkişaf edirlər. Qur`anın “İbrahim” surəsinin Read more [...]

Söyüşə söyüşlə cavab vermək düzgündürmü? Bir adamı söysələr nə etməlidir?

teqva Söyüş dinimizin ən çox bəyənmədiyi bir əməldir və dillə edilən günahlardan biridir. Söyüşə heç bir zaman icazə verilmir. Müqəddəslərimiz heç vaxt dillərinə söyüş almamış, onları söyənlərə söyüşlə cavab verməmiş, öz tərəfdarlarını da söyüşdən çəkindirmişlər. Söyüş elə qorxunc bəladır ki, insanda adətə çevrilir və cəmiyyət içində onu tərbiyəsiz bir şəxs kimi tanıtdırır. Əsl mömin hətta söyülsə və təhqir olunsa belə, Read more [...]

Haram mallar da satılan mağazada belə malların satışı ilə bilavasitə məşğul olmamaq şərti ilə işləmək olarmı?

koran İslam dini halal qazanc üzərində çox təkid edir. Hədislərdə haram qazancın fəsadları geniş şərh edilmişdir. Ona görə də dinimiz haram qazanc əldə etməyi qəti surətdə qadağan edir. Lakin bu qəti qadağan haram qazancın bilavasitə bağlı olduğu sahələrə aiddir. Əgər mağazada halal mallarla yanaşı haram mallar da satılırsa, yaxud bankda şəriət baxımından halal xidmət göstərilməsi ilə yanaşı haram xidmət növləri də varsa, insan həmin haram sahəyə Read more [...]

Məsciddə dərs alan qadın heyz günlərində dərsə gedə bilərmi?

Peygember ve Xanım Zeyneb İslam dinində məscidin bəzi hökmləri vardır ki, bu hökmlərin bir qismi vacib, bir qismi isə müstəhəbdir (bəyəniləndir). Məscidin vacib hökmlərindən biri budur ki, boynunda cənabət qüslü olan adam və heyzli qadın məscidə girə bilməz. Hətta bu halda məscidin içinə nə isə qoymaq və içəridən nə isə götürmək də bəyənilmir. Qeyd edək ki, bu hökm məscidin binasına aiddir. Məscidin həyətində yerləşən, amma məssiddən sayılmayan binalar bura daxil Read more [...]

4 rükətli namazda təşəhhüd oxumağı unudan və ayağa qalxan şəxs nə etməlidir?

namaz Namaz əməllərindən hər hansı birini unudan şəxs ondan sonrakı rükn sayılan əmələ başlamayıbsa, unudulmuş əməli yerinə yetirməılidir. Rükn o əməllərdir ki, onların sayını istər qəsdən, istərsə də səhvən azaldıb-artırmaq, eləcə də, yerinə yetirməmək namazı batil edər. Hər rükətin ilk rüknü rüku sayılır. Əgər adam məsələn, zöhr namazını qılan zaman ikinci rükətin axırında təşəhhüdü söyləməyi unudub ayağa qalxsa, üçüncü Read more [...]