Bölmənin adı: İslamda hüquq

Qonşu haqqı

zehra-yolu.com (birinci hissə) “Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın (yoldaş və) dosta, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), əlinizin altında olana (sahib olduğunuz qul və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz!” (Nisa, 36). Bu mübarək ayədə Allah qonşuları iki dəstəyə bölür və onların Read more [...]

İslamın şüarı – Birlik

zehra-yolu.com Mərhəmətli, rəhmli Allahın adı ilə Qurani-Kərimə əsasən bizim iki qrup insanlar müqabilində ayrı-ayri vəzifəmiz var. Xarici düşmənlər. (Qeyri müsəlmanlar) Onlar kafir və müşriklərdir. İslama və müsəlmanlara qarşı pis niyyətdədirlərsə onlara qarşı sərt və kəskin olmalıyıq.(1) Peyğəmbər (s) özü də bütün fəaliyyət müddəti boyunca yalnız Allahı inkar edən şəxslərlə (kafirlərlə) müharibələr aparmışdır. Başqa bir qrup isə dinimiz, Read more [...]

Qаdın dа kişi ilә bәrаbәr siyаsәt vә dövlәt işlәrindә vәzifә tutа bilәrmi?

Qadın Cаvаb: İslаmın yеni zühur еtdiyi dövrdә dünyа ictimаiyyәtinin nәzәrindә qаdınа qаrşı iki fikir mövcud idi: 1. Bәzilәri qаdını hеyvаnlа bir sаnır vә оnlаrа görә qаdın cәmiyyәtin üzvü hеsаb оlunmurdu. Lаkin müхtәlif işlәrlә әlаqәdаr оlаrаq kölә kimi sахlаnılır, istismаr оlunurdu. Misаl üçün, nәslin аrtımındа vә sаir işlәrdә оnlаrа еhtiyаc duyulurdu. 2. Birinci qrupа nisbәtәn mәdәni sаyılаn bаşqа Read more [...]

Qadın hüququnun müdafiəsi

zehra-yolu.com İyirminci əsrə qədər üzdəniraq mütərəqqi və azad ölkələrdə qadınların hüquqları barəsində azacıq belə, bəhs edilməmişdir. Amma müqəddəs İslam dini özünün yarandığı ilk gündən etibarən–14 əsr bundan əvvəl həmin qaranlıq, qadınların heç bir hüququ olmadan, kölə şəklində saxlandığı, onlarla heyvan kimi rəftar olunduğu bir dövrdə bu təbəqədən olan məzlumların hüquqlarını müdafiə edərək dünyaya hakim olan vəhşiliklərlə mübarizəyə Read more [...]

Kürəkənin hüquqları

zehra-yolu.com 49-cu hədisdə qeyd etdik ki, kürəkənlərin vəzifəsi budur ki, qayınata və qayınanasına özünün doğma ata-anası kimi baxsın. Bildiyimiz kimi, hər yerdə hüquq və vəzifələr qarşılıqlıdır. Belə ki, əgər kürəkənin vəzifəsi qayınana və qayınatasına hörmət edib onlarla öz doğma ata-anası kimi rəftar etməlidirsə, bunun müqabilində də onun qayınata və qayınanasının vəzifəsi budur ki, öz kürəkənlərinə qarşı öz övladı kimi məhəbbətlə, Read more [...]

Övladların maddi hüquqları

zehra-yolu.com Ailədə atanın vəzifəsi budur ki, nə qədər ki, övladlar uşaqlıq yaşlarındadırlar və işləyib qazanc əldə etməyə qüdrətləri yoxdur, onların maddi ehtiyaclarını (yemək, geyim, məskən, səhiyyə və s. kimi) təmin etsinlər. Övlad cavanlıq və böyük yaşlarında da əgər ata imkanlı və sərvətli olarsa, övladı isə yoxsulluqda yaşasa, ataya vacibdir ki, imkanı çatan qədər övladın ehtiyaclarını təmin etsin. Bu islami hökm və qanunda ata və ana öz Read more [...]

Müsəlmanların bir-birinə qarşı haqları

zehra-yolu.com Müqəddəs İslam dininin ən böyük və ən gözəl çağırışlarından biri müsəlmanların arasında, onların bütün sinfi və məqam fərqləri ilə belə, qardaşlığa çağırmasıdır. Keçmişdə və hal-hazırda müsəlmanların ən pis və yararsız işlərindən biri bu islami qardaşlığın tələbinə diqqət yetirməmələri, səhlənkarlığa, laqeydliyə yol vermələri olub. Çünki bu qardaşlığın ən sadə tələblərindən biri İmam Sadiq (əleyhis-salam)-ın buyurduğu Read more [...]

Әr-Аrvadlıq vəzifələri ilə tanışlıq zərurəti

zehra-yolu.com Gәnc zövcәlәr bilmәlidirlәr ki, аilә dә ictimаi bir tәşkilаt kimi nәzәrdә tutulmuş mәqsәdlәrә dоğru hаnsısа bir üsullа hәrәkәt еtmәlidir. Gәnc аilә bu üsulu bilmәli vә öz vәzifәlәrini yеrinә yеtirmәlidir. Bә`zi gәnclәr öncә hаzırlıq оlmаdаn, vәzifә vә hüquqlаrını bilmәdәn аilә qururlаr. Оnlаrın nәzәrindә аilә tәşkili sаdә bir mәsәlәdir. Аmmа bеlә bir münаsibәt аilә hәyаtının ilk аylаrındа оrtаyа Read more [...]

QARDAŞIN HAQQI

zehra-yolu "Qardaşının haqqı barəsində onu bilməlisən ki, o sənin əlindir və onunla iş görürsən. Arxa və dayağındır. Ona pənah aparırsan. Etimad etdiyin qüvvəndir. O, hücuma keçdiyin qüvvəndir. Allaha qarşı günah etdikdə ondan silah ünvanı kimi istifadə etmə. Ondan Allahın yaratdıqlarına qarşı zülm atəşi kimi istifadə etmə. Özünə görə dost ol. Düşməninə görə ona kömək ol. Şeytandan xilas olmaqdan ötrü ona kömək edib, azda olsa haqqını yerinə Read more [...]

HÜQUQ VӘ QANUNLARA RİAYӘT ETMӘK

happ (9) Allah-taala yaradılış aləmində insan və digər məxluqlar üçün müəyyən qanun və hüquqlar təyin etmişdir ki, onlara riayət etmək vacib və zəruridir. Qayda-qanunlara riayət etmək hər şeydən əvvəl ictimai həyatda başqalarının əmin-amanlıqlarının təmin olunmasına səbəb olur. Asayiş və sabitlik baxımından insanların canı, malı, tutduqları mövqe və digər məsələlər yalnız o zaman təmin oluna bilər ki, hər bir şəxs yaşadığı cəmiyyətdə üzərinə Read more [...]

XOŞHAL EDƏNİN HAQQI

selamm (3) “Allahın, sənin xoşhal olmağını onun ilə yerinə yetirdiyi şəxsinhaqqı odur ki, əgər onun məqsədi sənin şadlanmağın olubsa, onda əvvəlcə Rəbbinin şükrünü yerinə yetir sonra isə səni xoşhal edənin haqqı müqabilində hər nə qədər layiqdirsə, mükafatın ver və ehsan etməklə, bu yaxşılığın əvəzini çıxmağa çalış. Onun yaxşılığı, sənin ehsanının başlanması ilə bir olsun. Əgər onun hədəfi sənin şadlığın olmayıbsa, onda Allaha Read more [...]

İSLAMDA QADIN VƏ KİŞİ AZADLIĞI

İnsanın yaranışı onun həyati məsələlərdə müstəqilliyi və seçimdə ixtiyarı əsasındadır. Heç bir şəxsin digərini qul şəklinə salıb, ondan öz məqsədləri üçün istifadə etməyə haqqı yoxdur. Hər bir insanın azadlığını, hürriyyətini, müstəqilliyini və ixtiyarını əlindən almaq çox böyük bir günah, qatı cinayət və insanlığa xəyanətdir. Azadlıq, hürriyyət, müstəqillik, ixtiyar və bu kimi məfhumlar insan vücudunun varlıq xəmiri ilə Read more [...]

KİTAB ƏHLİNİN HAQQI

"Kitab əhlinin (İslam dinin pənahında olanların) sənin boynunda haqqı budur ki, Allahın onlardan qəbul etdiyini sən də qəbul et. Allahın onlardan ötrü təyin etdiyi əhdə və peymana vəfadar ol. Onları məcbur olduqları və istədiklərinə tərəf irşad et. Onlarla alverdə Allahın hökmünə əməl et. İslam pənahında, Allahla və Peyğəmbəri ilə əhdlərinə vəfa etdiklərinə görə onlara zülm etmə. Çünki, bizə çatıb ki, Allah buyurur: "Hər kim əhd bağladığı Read more [...]

HANSI MÜƏLLİMİ SEÇƏK?

Allah-taala, Quranda bu mövzunu bizə aydınlaşdırır ki, hansı müəllimlə dərs oxuyaq və kimin dərsində oturaq. Buyurur: “İnsan hələ bir yeməyinə baxsın! Həqiqətən, biz yağışı bol yağdırdıq. Sonra yeri yaratdıq. Belə ki, orada dən göyərtdik.” Ayənin zahiri mənası, insanın yeməkləri barəsindədir. Çünki, yağış yağması, yerin yarılıb dən bitməsi və bitkilərdən söz açılıb. Lakin, vəhyə alim olan İmamlarımız (əleyhissalam) bunları Read more [...]

MİLLƏTİN HAQQI

“Ümumiyyətlə, millətinin sənin boynunda haqqı odur ki, qəlbinin dərinləyində onların səlamətçiliyini istə, rəhmət və mərhəmət qanadını onlara aç. Pisləri ilə güzəştlə rəftar edib, onlarla ünsiyyətdə ol və islah olmalarını istə. Onlara, özlərinə və sənə yaxşılıq etdiklərinə görə təşəkkür et. Onların özlərinə yaxşılığı, sənə yaxşılığı kimidir. Çünki, sənə əziyyət verməkdən çəkinib, zəhmətə salmayıblar. Onların hamısına Read more [...]

VALİDEYNLƏRİN ÖVLAD ÜZƏRİNDƏ OLAN HÜQUQLARI

Valideynlərin hüquqlarını qorumaq olduqca ağır, incə və dəqiq məsələdir. Bunun öhdəsindən yalnız həqiqi mömin gələ bilər. Hansı ki, o möminin xüsusiyyətləri Quranda qeyd olunmuşdur: «Aralarında hökm vermək üçün Allahın (Allahın kitabının) və Peyğəmbərinin yanına çağırıldıqları zaman möminlərin sözü ancaq «Eşitdik və itaət etdik!» deməkdən ibarətdir. Nicat tapanlar da məhz onlardır! Allaha və onun Peyğəmbərinə itaət edənlər, Allahdan Read more [...]

Qаdın dа kişi ilә bәrаbәr siyаsәt vә dövlәt işlәrindә vәzifә tutа bilәrmi?

Birinci qrupа nisbәtәn mәdәni sаyılаn bаşqа qrupun bir fikrincә isә, qаdın cәmiyyәtin nаtаmаm üzvü hеsаb еdilirdi. Qаdınа hәttа şüursuz uşаq, yахud bir әsir kimi bахılırdı vә оnun hüquqlаrı kişilәrin iхtiyаrındа idi. Qаdını ilk dәfә dünyаdа cәmiyyәtin kаmil üzvü sаyаn vә оnu hәqiqi mәnаdа qiymәtlәndirәn Islаm dini оlmuşdur: “İstәr kişi, istәrsә dә qаdın оlsun, Mәn hеç birinizin әmәllәrini puçа çıхаrmаrаm. Read more [...]

EHSAN EDƏNİN HAQQI

"Sənə yaxşılıq və ehsan edənin haqqı odur ki, ona təşəkkür edəsən və yaxşılığını yada salasan. Onun barəsində yaxşı sözlər yayıb,özünlə Allah arasında ona dua edəsən. Çünki, sən bu işinlə ona qarşı gizlin və aşkarda təşəkkür etmiş olursan. İmkan tapanda, onun yaxşılığının əvəzinin çıx. İmkanının yoxsa, bu fikirdə olub, özünü belə bir işə hazırlaşdır! " Hər bir insanını batinində ona yaxşılıq edənə qarşı, təşəkkür Read more [...]

MÜŞAVİRİN HAQQI

"Sənin müşavirininvə öz nəzərlərini sənin ixtiyarında qoyanın haqqı budur ki, sənin nəzərinlə düz gəlməyən nəzəriyyəyə işarə etdiyinəgörə onu müttəhim sayma. Çünki, nəzəriyyə mərhələsində insanlar müxtəlif olub, nəzəriyyələri fərqlidir. Əgər məşvərət etdiyin şəxsin nəzəriyyəsinə qarşı bədbinsənsə, onu qəbul etməkdə azadsan. Sənin yanında məşvərət almağa layiq görülən halda, onu müttəhim etmək yaxşı deyil. Əgər öz Read more [...]

KÖLƏ AZAD EDƏNİN HAQQI

"Sənə azadlıq neməti bağışlayıb azad edənin haqqı odur ki, biləsən, o, öz malını sənin azad olmağına xərc edib, səni köləlik və onun vəhşətindən azadlıq izzəti və aramlığa çıxartdı. Səni mülk olmaq əsirliyindən xilas edib, köləlik həlqələrini boynundan uzaqlaşdırdı. İzzət yelini sənə hazır etdi. Səni, qəhr zindanından azad edib, çətinliklərdən qurtardı.Ədalət dilni sənə açdı. Bütün dünyanı sənə mübah etdi. Əsirlikdən azad Read more [...]

ATANIN ÖVLADA ŞƏRİ HAQQI

Mühəqqiq Ərdəbili yazır: “Ağıl və rəvayətlər, valideynin üzünə ağ olmağın haram olduğuna dəlalət edir. Ayələr və rəvayətlər, valdeynə itaətin vacib olmasını bildirir." Sonra yazır: Fəqihlər deyirlər: “Əgər İmam tərəfindən cəbhəyə getmək əmri verilməsə və ya kafirlər müsəlmanların ölkələrinə hücum etməyən halda, ata-ana övladlarını döyüşə getməkdən saxlaya bilərlər.” Şəhid Saninin “Qəvaid" kitabında bu mövzudakı ifadəsi Read more [...]

HƏQQULLAH VƏ HƏQQUNNAS

İslam alimləri ümumiyyətlə, hüquqları iki qismə bölüblər. Həqqullah və həqqunnas! İmam Xomeyni «Təhrirul-Vəsilə» kitabında yazır: "Hüquqlar bütün şaxələrinə baxmayaraq iki qismə bölünür. Həqqullah və həqqunnas." Həmin kitabda, bu barədə başqa bölümə işarə olunmuşdur. Bu əsasla ki, həqqullah iki qisimdir: Sırf həqqullah. Məsələn, zina etməyin cəzası, ləvvatlığın həddi və sair. İkincisi, Həqullah və həqqünnas ilə müştərək olan Read more [...]

Azançının (Müəzzin) haqqı

"Azan verənin haqqı budur ki, biləsən, Pərvərdigarını sənə xatırladıb, nəsibinə (bəhrənə) tərəf dəvət edir. Allahın sənə vacib buyurduqlarını yerinə yetirməkdə, sənə ən yaxşı köməkçidir. Onu, bu xidmətinə görə sənə ehsan edən kimi qiymətləndir. Əgər sən evinin içində, onun işinə bədbinsənsə, bədbin olmamalısan. Sən bilirsən ki, şübhəsiz, o Allahınnemətidir. Allahın neməti ilə yaxşı rəftar et. Allah tərəfindən başqa heç bir Read more [...]

AİLƏ HƏYATINDA İDARƏÇİLİK

Qurani-Kərim buyurur: “Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər. Bu Allahın onlardan birini digərinə üstün etməsi və kişilərin öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir. Əməli saleh qadınlar (ərlərinə) itaət edib Allahın himayəsi sayəsində gizlin şeyləri (ərlərinin sirlərini, mal-dövlətini, namus və şərəfini) qoruyub saxlayırlar. (Ey kişilər!) Özbaşnalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, yola (gəlməsələr) Read more [...]