Bölmənin adı: Məhərrəm ayı

Muhəmməd ibn Əşəs və Qeys ibn Əşəs kimlər idi, Kərbəla faciəsində hansı rolu oynamışlar?

meherrem Onların atası Əşəs əvvəlcə İmam Əlinin (ə) tərəfində olmuş, onun əmri ilə Azərbaycan valiliyini icra etmişdi, sonra isə xəvaricə qoşulmuşdu. Anaları Ümmi-Fərvə xəlifə Əbubəkrin bacısı idi. Bacıları Cədə İmam Həsənin (ə) həyat yoldaşı idi və o həzrətə zəhər verərək şəhid etmişdi. Hər iki qardaş – həm Mühəmməd, həm də Qeys vaxtilə İmam Hüseynə (ə) məktub yazıb Kufəyə çağırsalar da, sonra əks cəbhəyə keçdilər. Onlar Read more [...]

Niyə Aşura gecəsində Yezidin qoşunu tərəfindən yalnız Həzrət Abbasa amannamə verildi?

meherrem İmam Əlinin (ə) həyat yoldaşlarından biri də Həzrət Abbasın və 3 qardaşının anası Ümmül-bənin künyəli Fatimə bint Hizam idi. Bu qadın Bəni-Kilab qəbiləsinə mənsub idi. Ərəblərdə qəbilə qohumluğu çox əhəmiyyətli sayılırdı. Hətta bəzən bir ərəb döyüş zamanı qarşı cəbhədə onun qəbiləsinə mənsub bir şəxsin olduğunu biləndə onu ölümdən xilas etməyə çalışırdı. Eyni qəbilənin üzvləri bir-birinə “qardaş, bacı” və ya yaşından Read more [...]

İmam Hüseynlə (ə) Yezid arasında qohumluq olubmu?

meherrem Onlar arasında uzaq qohumluq olub, hər ikisi Qüreyş qəbiləsindəndir. İmam Hüseyn (ə) Qüreyş qəbiləsinin Haşimilər qolundan, Yezid isə Əməvilər qolundandır. İmam Hüseynin (ə) beşinci nəsildən babası Haşimlə Yezidin beşinci nəsildən babası Əbdi-Şəms qardaş olmuşlar. Əbdi-Şəmsin oğlu Üməyyə öz əmisi Haşimlə rəqabətdə idi. Onların nəsli arasında da həmişə kəskin rəqabət və düşmənçilik olmuşdur. Amma İmam Hüseynlə (ə) Yezidin münasibətlərini Read more [...]

İmam Hüseynə (ə) aid edilən Sarullah ləqəbinin mənası nədir?

meherrem Ərəb dilindən tərcümədə “sar” qan və qanını almaq mənasını verir. Bəzi mənbələrdə İmam Hüseynin (ə) ləqəbləri sırasında “sarullah” ifadəsi də işlədilir. O cümlədən, Ziyarəti-Aşurada İmam Hüseynin (ə) ruhuna bu cür xitab edilir. İmam Hüseynin (ə) bütün hərəkatı, hədəfi Allaha xatir olduğu üçün onun qanı da rəmzi olaraq sanki Allahın qanına bərabər tutulur. Bu sözün simvolik məna daşıdığını unutmamalıyıq. “Allahın evi”, Read more [...]

İmam Hüseynin (ə) neçə övladı olub?

meherrem İmam Hüseynin (ə) beş həyat yoldaşından 4 oğlu və 2 qızı olmuşdur. Böyük oğlunun adı Əli Əkbərdir. O, İmam Hüseynin (ə) Ümmi-Leyla Səqəfiyyə adlı qadınla izdivacından doğulmuşdur. Əli Əkbər Kərbəlada şəhid olarkən təqribən 36 yaşı vardı. Görünüşcə Həzrət Mühəmməd Peyğəmbərə (s) çox bənzəyirmiş. İmam Hüseynin (ə) ortancıl oğlu İmam Əli Zeynülabidindir (ə), anası sonuncu Sasani şahənşahı III Yəzdgürdün qızı Şəhrbanudur Read more [...]

İmam Hüseynin (ə) mübarək başı harada dəfn edilib?

meherrem Bu barədə müsəlman alimlərinin arasında fikir ayrılığı vardır. Müxtəlif mənbələrdə İmam Hüseynin (ə) kəsilmiş başının Kərbəlada ya Dəməşqdə, hətta Mədinədə, Nəcəfdə ya Qahirədə basdırıldığı məlumat verilir. Bəzi rəvayətlərə görə, aşura şəhidlərinin başları əsirlər karvanı ilə birlikdə Dəməşqə gətirilmiş və indi də məşhur olan məkanda torpağa tapşırılmışdır. İmamın başının Misirə aparıldığı da söylənilir, Read more [...]

Aşura günündə hədik bişirmək barədə dini göstəriş varmı?

hedik Qeyd edək ki, hər bir millətin özünəməxsus mühərrəmlik ənənələri vardır. Xalqımızın və eləcə də, bəzi yaxın xalqların mühərrəmlik ənənəsinə görə aşura günündə hədik adlı paxlalı bitkilərdən hazırlanmış xörək bişirilir. Bu barədə dini mənbələrdə məlumat yoxdur. Aşura günü hədik bişirmək dini vəzifə deyil və vacibatdan da sayılmır. İnsanlar aşuraya ehtiram əlaməti olaraq bu yeməyi hazırlayırlar. Bişirilən hədiyi qohum-qonşuya Read more [...]

Kərbəla şəhidlərinin cənazəsini kim dəfn etdi?

Muharram Aşura günündə İmam Hüseyn (ə) və silahdaşları şəhid edildikdən sonra əksəriyyətinin başı bədənindən ayrılıb nizələrin ucuna taxıldı və Kufəyə aparıldı. Başsız bədənlərin üzərindən Yezidin əsgərləri at sürüb cənazələri təhqir etdilər. Bundan sonra qoşun Kərbəladan çıxıb getdi, cənazələr isə yerdə qaldı. Üç gündən sonra yaxınlıqda məskunlaşmış Bəni-Əsəd qəbiləsinin üzvləri gəlib şəhidlərin cənazəsini dəfn etdilər. Read more [...]

Kərbəlada Yezidin qoşununda da Peyğəmbər səhabəsi olubmu?

moharram Ötən sualların birinə verdiyimiz cavabda qeyd etdiyimiz kimi Kərbəlada İmam Hüseynin (ə) tərəfində vuruşub şəhid olan şəxslərin arasında bir neçə səhabə olmuşdur. Təəssüfləndirici haldır ki, qarşı tərəfdə, Yezidin qoşununda da bir neçə Peyğəmbər (s) səhabəsinin olduğu mənbələrdə öz əksini tapıb. Əlbəttə, on minlərlə əsgərin içində nə qədər səhabə olduğunu söyləmək çətindir. Lakin onların bəzilərinin adı mənbələrdə qeyd Read more [...]

Aşura günündə niyə İmam Hüseynin (ə) səhabələri təkbətək döyüşə çıxdılar, hamısı birlikdə döyüşmədi?

Muharram Aşura günündə niyə İmam Hüseynin (ə) səhabələri təkbətək döyüşə çıxdılar, hamısı birlikdə döyüşmədi? Aşura günündə İmam Hüseynin (ə) dəstəsi döyüşə birinci başlamadı. İlk həmləni düşmən tərəf etdi və İmamın silahdaşları müdafiəyə qalxdılar. İlk həmləni dəf edərkən İmamın təxminən 50 nəfər döyüşçüsü şəhid oldu. Sonra təkbətək savaşlar başladı. Doğrudur, ərəblərin müharibə qaydasına görə, savaşdan əvvəl Read more [...]

Məhərrəm – bir aydır ki…

Muharram İmam Rzadan (ə) məhərrəm ayı ilə bağlı belə bir hədis nəql edirlər: “Məhərrəm - bir aydır ki, cahiliyyət əhli bu ayda müharibə etməyi haram hesab edərdi. Amma bizim qanımızı o ayda halal saydılar. Bizim hörmətimizi o ayda qorumadılar. Övlad-əyalımızı əsir götürdülər. Xeymələrimizi oda çəkdilər, orada hər nəyimiz var idi, qarət etdilər və Rəsulun (s) hörmətini bizim barəmizdə riayət etmədilər”. Hədisin təhlilində ilk öncə fabulasını, Read more [...]

Aşiq və əzadarların mənəvi qibləsi

meherrem Həzrət Hüseyni (ə) tanımaq və sevmək kimi bir ləyaqət üçün zəmin olmalıdır insanın qəlbində. Bütün çətinliklərdə gözəlliyi görmə dərsinin ustadı – Həzrət Zeynəbi (s.ə) tanımaq üçün zəmin olmalıdır insanın qəlbində. Bu zəmin Allahın tofiqatına bağlıdır. Salam olsun sənə, Hüseyn can! Salam olsun sənə, ey aşiqlərin və azadələrin mənəvi qibləsi! Salam olsun sənə, ey ləyaqət və izzəti-nəfsin kamil daşıyıcısı, Əba Əbdillah! Salam Read more [...]

Yalnız Allah bəndələrinin dərk edə biləcəyi bir müsibət

moharram, meherrem “Əba Əbdillah (ə)” ifadəsinin mənası çox zaman bəziləri tərəfindən anlaşılmır. Alimlər deyir ki, bu heç də “hansısa Abdullah adında olan bir insanın atası” mənasında deyil. Burada söhbət bir keyfiyyət daşıyıcılığından gedir. Əba Əbdillah (ə) - yəni “Allah bəndəsinin atası”. Allaha bəndəlik məktəbi var. İmam Hüseyn (ə) Allah bəndələrin atasıdır. Bu Allah bəndəliyi məktəbinin şagirdlərinin atası İmam Hüseyndir (ə). İmam Hüseyn Read more [...]

İnsan özünü islah etməsə, seçim anında büdrəyəcək

meherrem Aşura bizə həm də arxayın olmamaq dərsi keçir. Yəni namaz qılırsan, oruc tutursan, ibadət edirsən – lap yaxşı, amma arxayın olma. Çünki bu xüsisiyyətlər zahirdə ola-ola insanlar Kərbəlada Peyğəmbər (s) balasını, cənnət cavanlarının ağasını tikə-tikə doğradılar. İnsanın ruhi naqislikləri, mərəzləri o qədər baş qaldırır ki, zəmanə İmamını (ə), yerlə səmaların bağlantı, ittisal səbəbini qətlə yetirir, tikə-tikə doğramağa qədər Read more [...]

Məhərrəm-Səfər əyyamının Aşura zirvəsi

muharrem Məhərrəm ayına daxil olmuşuq. Bu ayın zirvəsi - Aşura günüdür. Nədir Aşura? Bu, bir əbədi, bir susmaz həyəcan təbilidir. Qiyamət gününədək insan vicdanına yönələn bir həyəcan təbili. Bu təbil insana onun yüksək və şərəfli bir vəzifəsini xatırladır. AZAD İNSAN OLMAQ vəzifəsini. Gerçəkdə Aşura bir tam, harmonik vəhdətdir… Burada Xeyir və Şərin əbədi vücudi qarşıdurması, bəzən Xeyirlə Şəri ayıran tük qədər nazik sərhəd Read more [...]

Əhli-beytin (ə) Aşuradan sonra başlanan missiyası

moharram Məhərrəm-Səfər əyyamının günlərinə də nəzər salmaq çox önəmlidir. Aşuradan sonrakı günlər bir sıra əlamətdar xüsusiyyətləri ilə yadda qalıb. Yəni, hadisələr yalnızca Aşura gününün bitməsi ilə yekunlaşmayıb. Məhərrəm ayının on birinci günü, yəni Aşura gününün səhəri bir neçə önəmli hadisə baş verir. Bunlardan biri əsirlər karvanının yola düşməsidir. Ömər ibni Səd (lən) Aşura cinayətinin başa çatmasından sonra Məhərrəm Read more [...]

Qiyamət günündə Muxtarın cəhənnəmə göndəriləcəyi, sonra İmam Hüseynin (ə) şəfaəti ilə xilas olacağı barədə xəbərlər düzgündürmü?

meherrem Qeyd edək ki, Muxtarın guya aşura qatillərinə ifrat cəza verməsi üzündən qiyamət günündə cəhənnəmə layiq görüləcəyi, heç bir məsumun ona məhəl qoymayacağı, yalnız İmam Hüseynin (ə) şəfaəti ilə cəhənnəmdən çıxarılacağı barədə mənbələrdə cəmi iki hədis vardır. Birincisi, bu hədislər sənəd etibarilə mötəbər deyil, çünki hər ikisinin rəvayət zəncirində dolaşıqlıq vardır. İkincisi, həmin hədislərdə Muxtarın guya cəhənnəmə Read more [...]

Aşura günü gün ərzində ya da günortaya kimi dükanların bağlanmasının səbəbi nədir?

muharram Həqiqətən, bəzi dindar bölgələrdə bu ənənə mövcuddur. Aşura günü ticarətlə məşğul olmamaq dinimizin vacib əmri deyil və həmin gün zəruri alver etmək günah sayılmaz. Lakin bəzi hədis və rəvayətlərdə aşura günü dünya işləri ilə məşğul olmamaq, alver etməmək, evə təzə əşya almamaq, evi bəzəməmək tövsiyə edilib. Bunun iki səbəbi vardır. Birinci səbəb budur ki, insanlar həmin günün mahiyyətini unutmasınlar, dini mərasimlərə qatılsınlar, Read more [...]

Aşura günü şeytanlar (lən) aşura barədə şəkk-şübhə yaratmaq üçün insanların arasına girər

Muharram Dəyərli ürəfalardan biri çox gözəl buyurur: “Amma bu əyyamın qədrini gerçəkdə o kəslər bilər ki, keçən il var idilər və Aşuranı dərk etmişdilər, amma indi aramızda yoxdurlar, dünyalarını dəyişiblər. İndi Axirət aləmindədirlər. Və bu feyzi bir daha dərk etmək imkanı əllərində yoxdur. Onlar artıq bilirlər ki, insanların əlində nə boyda böyük və əzəmətli bir nemət var imiş. Təəssüf edərlər ki, indi artıq o nemət ixtiyarlarında deyil”. Read more [...]

Necə oldu ki, Aşura baş verdi?

meherrem Aşura gününün ən önəmli mövzularından biri budur ki, insan gərək Aşuranın niyə baş verməsi barədə düşünsün. Necə oldu ki, Aşura baş verdi? Peyğəmbərimizin (s) vəfatından az bir vaxtdan sonra ümmət necə olur ki, Peyğəmbərin (s) özündən bildiyi, onun haqqında ən ali sözlər söylədiyi bir şəxsi qətlə yetirmək halına gəlir? Dəyərli mütəfəkkirlərin nəzərində bu hadisənin baş verməsinin ən ciddi və əsas səbəbi budur ki, toplumda fəal Read more [...]

Haram pul yeyən adam aşura günündə təziyə məclisində iştirak etməklə günahlarını yuya bilərmi?

moharram Çox təəssüf ki, bir çox məsələlərdə olduğu kimi, İmam Hüseyn (ə) əzadarlığı mövzusunda da bəzi təhrif və mövhumatlar meydana çıxarılmışdır. Bəzi şəxslər bütün il boyunca günah içində olduqları halda, aşura günündə təziyə məclisində iştirak etməklə öz günahlarını tərtəmiz yuduqlarını düşünürlər. Bu düşüncənin heç bir əsası yoxdur. Kərbəla şəhidlərinə matəm saxlayanlara Allah tərəfindən böyük mükafatlar veriləcəyi, Read more [...]

Аşura qiyamının tarixi kökləri

moharram (birinci hissə) Çoxlarının zənn etdiyinin tam əksinə olaraq, Kərbəla faciəsinin hərəkətverici amilləri öz-özünə və qəflətən meydana çıxmamışdır. Onun daha dərin köklərini axtarmaq üçün Həzrət Məhəmməd Peyğəmbərin (s) dövrünə müraciət etməliyik. Doğrudur, İmam Hüseyn (ə) hərəkatı hicri 60-cı ilin rəcəb ayında - Müaviyyənin vəfatından dərhal sonra başlamış və hicri 61-ci ilin məhərrəm ayına kimi təqribən altı ay sürmüşdür. Read more [...]

İmam Hüseynə(ə) əzadarlıq etməyin fəzilət və səbəbləri

meherrem Məhərrəmlik, aşura, Kərbələ hadisəsi və İmam Hüseyn(ə) üçün əzadarlıq edib ağlamaq barədə bir sıra suallar olunur. Üç sualdan ibarətdir ki, bu sualların üçünün də kökü bir mövzuya qayıdır. Birinci sual belədir ki, nə üçün biz hər il İmam Hüseynin(ə) ildönümü mərasimində qara geyib əzadarlıq edirik? Min üç yüz ildən artıq bundan öncə baş vermiş bir hadisəyə görə hər il əzadarlıq edib mərasimlər qurmağın mənası nədir? Nə Read more [...]

Yezid necə bir şəxs idi və necə öldü?

meherrem Yezid ibn Müaviyə Əməvilər soyunun Süfyanilər qoluna mənsubdur. Hicri 25-ci ildə (miladi 645-ci il) doğulmuşdur. Anası Bəni-Kəlb qəbiləsindən Bəcdəlin qızı Meysun idi. Bəni-Kəlb qəbiləsi bədəvi qəbilələrdən sayılırdı. Buna görə, Yezid anasının tərbiyəsi altında böyüyərək, bədəvilərə xas olan adət-ənənələrə (ov və şeirə meylilik, əyləncəyə aludəlik və s.) yiyələndi. Zahiri görünüşcə kök, bədəni tüklü idi. Yezid cavanlığından Read more [...]