Bölmənin adı: İslam tarixi

İslam tarixindən hikmətli sözlər (I hissə)

islam Alimlərdən biri yuxuda Peyğəmbəri görüb ondan soruşur ki, niyə keçmiş alimlərin kəşfü kəramətləri çox idi, amma bizim kəramətimiz azdır? Peyğəmbər ona cavab verir: «Ona görə ki, keçmiş alimlər bütün əməlləri iki hissəyə ayırmışdılar: vacib və haram. Onlar müstəhəbbini də vacib bilir, məkruhla mübahı isə haram sayırdılar. Buna görə də yalnız müstəhəbbi və vacib əməlləri icra edirdilər, qalan işlərin hamısından çəkinirdilər. Siz Read more [...]

İmam Əlinin (ə) şəhid edilməsində rolu olmuş Qətamın aqibəti necə oldu?

Imam Ali Qətam (və ya Qətamə) bint Şicnə (və ya Əlqəmə) Kufədə yaşayırdı. Zahiri görünüşcə çox yaraşıqlı olduğu yazılır. Onun ailə üzvləri İmam Əliyə (ə) düşmən idilər və xəvaric əqidəsini daşıyırdılar. Qətamın atası və qardaşı Nəhrivan savaşında İmam Əlinin (ə) qoşunu tərəfindən öldürülmüşdü. Onların intiqamını almaq üçün çalışan Qətam Əbdürrəhman ibn Mülcəmi təhrik edir ki, İmamı qətlə yetirsin. Mükafat olaraq Əbdürəhmana Read more [...]

Şüreyh qazı kim olub?

insani agahliq Şüreyh ibn Haris Kindi təxminən 60 il Kufə şəhərində qazılıq vəzifəsini yerinə yetirmişdir. Onu bu vəzifəyə Ömər ibn Xəttab təyin etmişdir. Sonrakı xəlifələrin də zamanında (bəzi fasilələri çıxmaqla) Şüreyh öz vəzifəsində qalmışdır. Şüreyhin 100 ildən artıq yaşadığını yazırlar. Zahiri görünüşcə kosa, xasiyyətcə zarafatcıl imiş. Şiə mənbələrində Şüreyh məzəmmətlə xatırlanır. Səbəbi budur ki, bəzi mənbələrdə Kufə valisi Read more [...]

İmam Əlinin (ə) xidmətləri və gətirdiyi yeniliklər

Imam Ali Alman alimi Rudolf Zaygerin “Elm və qılınc sahibi” kitabından Diqqətinizə təqdim edilən bu məqalədə vaxtilə Həzrət Əlinin (ə) rəhbərlik etdiyi islami hökumətin müxtəlif sahələrdə qazandığı nailiyyətlər və yeniliklər sadalanır. Əlbəttə, göstərilən xidmətlərin böyük bir hissəsi İmam Əlinin (ə) şəxsi keyfiyyətləri və ideal idarəetmə bacarığı nəticəsində əldə edilmişdi. 1. Həzrət Əli (ə) süffədə (Mədinə məscidinin yanındakı Read more [...]

Əsrin imamının, həzrət Mehdinin (ə) zühurunu gözləyənlər zülmün qarşısında susmalıdırmı?

zehra-yolu.com Cavab: Biz hər gecə, səhəri gün günəşin doğması intizarında oluruq. Amma bu o demək deyil ki, bütün gecəni işıqsız qalmalıyıq. Qış aylarında hamı yayın intizarını çəkir. Bununla belə, yayadək hamı soba qalayır və qızınır. Əsrin İmamının (ə) zühurunadək hamı öz qüvvəsi daxilində zülmlə mübarizə aparmalı, cəmiyyətin islahına çalışmalıdır. Hədisdə buyurulur: “Ən üstün əməl fərəc, yə`ni həzrət Mehdinin (ə) zühuru intizarında Read more [...]

İmam Hüseynin (ə) mübarək başı harada dəfn edilib?

meherrem Bu barədə müsəlman alimlərinin arasında fikir ayrılığı vardır. Müxtəlif mənbələrdə İmam Hüseynin (ə) kəsilmiş başının Kərbəlada ya Dəməşqdə, hətta Mədinədə, Nəcəfdə ya Qahirədə basdırıldığı məlumat verilir. Bəzi rəvayətlərə görə, aşura şəhidlərinin başları əsirlər karvanı ilə birlikdə Dəməşqə gətirilmiş və indi də məşhur olan məkanda torpağa tapşırılmışdır. İmamın başının Misirə aparıldığı da söylənilir, Read more [...]

Qiyamət günündə Muxtarın cəhənnəmə göndəriləcəyi, sonra İmam Hüseynin (ə) şəfaəti ilə xilas olacağı barədə xəbərlər düzgündürmü?

meherrem Qeyd edək ki, Muxtarın guya aşura qatillərinə ifrat cəza verməsi üzündən qiyamət günündə cəhənnəmə layiq görüləcəyi, heç bir məsumun ona məhəl qoymayacağı, yalnız İmam Hüseynin (ə) şəfaəti ilə cəhənnəmdən çıxarılacağı barədə mənbələrdə cəmi iki hədis vardır. Birincisi, bu hədislər sənəd etibarilə mötəbər deyil, çünki hər ikisinin rəvayət zəncirində dolaşıqlıq vardır. İkincisi, həmin hədislərdə Muxtarın guya cəhənnəmə Read more [...]

Yezidə lənət oxumaq olarmı?

meherrem Alimlərin Yezidə lənət oxumaq barədə görüşləri fərqlidir. Yezidin günahkar, şərabxor, əxlaqsız, meymunbaz, qəddar bir adam olması, Allahı, vəhyi, Quranı inkar etməsi tarixi mənbələrdə inkarolunmaz faktlarla təsbit edilib. Bununla belə, alimlərin bir qismi onu günahkar sayır, amma lənətə layiq bilmirlər. Bəziləri hətta Yezidin sonradan peşman olub tövbə etdiyinə inanırlar. Bəzi alimlər isə Yezidin Kərbəla faciəsində əli olduğu barədə məlumatları Read more [...]

Kərbəla faciəsinə nə səbəb oldu?

Muharram Sözü gedən qrup İmam Hüseyni (ə) qiyamçı kimi tanıtdırmaqda uğur qazandı. Zalım hökumətin ürəyi nə istəyir deyir. Bəs xalq nə üçün inanmalıdır, xalq nə üçün sakit qalmalıdır? Məni nigaran edən məsələ hadisənin bu yeridir. Deyirəm necə oldu ki, vəziyyət bu həddə çatdı? Necə oldu ki, İslam hökmlərinin və Quran ayələrinin xırdalığına varan İslam ümməti belə bir aydın hadisədə bu formada qəflətə və səhlənkarlığa düçar oldu, birdən-birə Read more [...]

Mübahilə nə deməkdir?

qzehra-yolu.com Mübahilə - qədim xalqlarda, xüsusilə, ərəblərdə mövcud olmuş bir ayindir. İki qarşı tərəf müzakirə vasitəsilə həqiqəti ortaya çıxara bilmirsə və tərəflərdən heç biri məğlub olmursa, o halda son variant kimi mübahiləyə əl atırlar. Hər iki tərəf Allaha dua edir ki, kim haqsızdırsa, Allah ona dərhal bəla göndərsin. Mübahilə çox məsuliyyətli bir addımdır, çünki insan özünün haqlı olduğuna yəqinliklə inanmalıdır ki, belə bir duanı etsin. Read more [...]

Dini mətnlərdə, xüsusilə, ziyarətnamələrdə adına rast gəldiyimiz Əba Əbdillah kimdir?

meherrem Əba Əbdillah (Əbu Abdullah) ifadəsi künyədir. Künyə ərəb dilinə məxsus müraciət formasıdır. Ərəblər insana oğlunun adı ilə “filankəsin atası” deyə müraciət edirlər; bu, hörmət əlaməti sayılır. Əba Əbdillah sözünün mənası “Abdullahın atası” deməkdir. Dini mətnlərdə bu künyə əsasən imamlardan ikisinə aid edilir. Daha çox hədis ədəbiyyatında altıncı imam Həzrət Cəfər Sadiq (ə) bu künyə ilə işarə olunur. Ziyarətnamə mətnlərində Read more [...]

Niyə Musa Peyğəmbərin (ə) ümməti 40 il səhrada sərgərdan gəzmişdi?

islam Həzrət Musa Peyğəmbər (ə) Bəni-İsraili Misirdən fironun zülmündən xilas edib onları doğma torpağa – Kənan diyarına tərəf istiqamətləndirdi. Bəni-İsrail yolboyu nankorluq edib, Allaha asi olur, Həzrət Musanın (ə) sözündən çıxırdı. Bütün yol boyunca Allah onlara gah mükafat, gah da cəza şəklində öz möcüzələrini göstərirdi. Nəhayət, gəlib Kənan yaxınlığına çatanda gördülər ki, onların torpağını düşmən xalqlardan biri ələ keçirib. Read more [...]

İslam tarixində ilk şəhidlər kim olub?

insani agahliq İslam tarixində ilk şəhidlər məşhur səhabə Əmmarın atası Yasir və anası Süməyyədir. Süməyyə, əri Yasir və oğlu Əmmar İslamın ilk illərində müsəlman olmuşdular. Məkkədə müsəlmanlara əziyyət verildiyi günlərdə ən ağır işgəncələrə məruz qalanlar da onlar idilər. Rəvayətə görə, Süməyyənin əllərini dəvələrin quyruğuna bağlayıb dəvələri əks istiqamətlərə sürürdülər. Əzələləri gərilən, sümükləri sınan Süməyyə bütün Read more [...]

İmam Hüseynin (ə) neçə həyat yoldaşı olub?

muharraç Tarix kitablarında İmam Hüseynin (ə) dörd və ya beş həyat yoldaşından bəhs edilir. Bunlardan biri sonuncu Sasani hökmdarı Yəzdcürdün qızı, müsəlmanlara əsir düşmüş Şəhrəbanu xanımdır (adı Şahzənan şəklində də nəql olunub). İmam Zeynülabidin (ə) bu izdivacdan doğulub. İmamın digər həyat yoldaşı Səqifə qəbiləsindən Əbu Mərvənin qızı Leyladır. O, Əli Əkbərin anasıdır. İmamın üçüncü həyat yoldaşı İmrəül-qeysin qızı Rübabdır Read more [...]

Elxani hökmdarlarından kim ilk dəfə İslam dinini qəbul edib müsəlman olmuşdur?

qzehra-yolu.com Əsası Hülaku xan tərəfindən qoyulmuş Elxanilər sülaləsi uzun müddət Yaxın Şərqdə, o cümlədən, Azərbaycan ərazisində hakimiyyətdə olmuşdur. Hülaku xan və ondan sonrakı bir neçə Elxani hökmdarı bütpərəst dinində idilər. XIII-XIV əsrlərin qovşağında Qazan xan (1295-1304) öz ordusu və saray əyanları ilə birlikdə İslam dinini qəbul edərək, özünə Mahmud adını götürdü. Onun apardığı uğurlu daxili və xarici siyasət, o cümlədən, inzibati Read more [...]

Quranın “Fil” surəsində adı çəkilən “əbabil” quşları nə deməkdir?

Allah Yəmən hökmdarı Əbrəhə döyüş filləri ilə birlikdə Kəbəni dağıtmaq üçün Məkkə üzərinə hücum edəndə Allahın əmri ilə bir dəstə quş Qırmızı dəniz tərəfdən uçub gəldi. Onların hər biri dimdiyində və iki caynağında daş tutmuşdu. Quşlar bu daşları əsgərlərin başına atdılar. Daşlar hər kimə dəyirdisə, bədənində yara əmələ gətirirdi və həmin əsgər tezliklə ölürdü. Təfsir kitablarında yazılıb ki, əbabil – çöl qaranquşuna Read more [...]

İmam Hüseynin (ə) qatillərindən biri – Übeydullah ibn Ziyadın aqibəti

meherrem Kərbəla faciəsinin qanlı cinayətkarlarından biri də Übeydullah ibn Ziyaddır. Onun atası Ziyad hicrətin birinci ilində və ya Bədr döyüşü baş verən gündə anadan olmuşdur. Atasının kimliyi mübahisə obyektidir. Camaat onu Übeyd Səqəfinin oğlu kimi qəbul edirdi. Amma Əbu Süfyan həmişə iddia edirdi ki, Ziyadın əsl atası odur. Elə buna görə hicri 44-cü ildə Müaviyə ibn Əbu Süfyan Ziyadı rəsmən öz qardaşı adlandırmış və bu barədə hər yerə Read more [...]

Həzrət Əli (ə) Peyğəmbərin (s) zamanındakı bütün savaşlarda iştirak edibmi?

Imam Ali Həzrət Əli (ə) Peyğəmbərin (s) zamanında baş vermiş bütün savaşlarda (birindən savayı) iştirak edib və bunların hər birində böyük şücaət göstərib. O həzrətin qatılmadığı yeganə savaş Təbuk müharibəsi idi. Peyğəmbər bu savaşa yola düşəndə Mədinə şəhərində Əli ibn Əbutalibi (ə) öz yerinə canişin qoydu. Peyğəmbər (s) qoşunla Mədinəni yenicə tərk etmişdi ki, şəhərdə qalan münafiqlər belə bir şayiə yaymağa başladılar ki, Read more [...]

Yezid necə bir şəxs idi və necə öldü?

meherrem Yezid ibn Müaviyə Əməvilər soyunun Süfyanilər qoluna mənsubdur. Hicri 25-ci ildə (miladi 645-ci il) doğulmuşdur. Anası Bəni-Kəlb qəbiləsindən Bəcdəlin qızı Meysun idi. Bəni-Kəlb qəbiləsi bədəvi qəbilələrdən sayılırdı. Buna görə, Yezid anasının tərbiyəsi altında böyüyərək, bədəvilərə xas olan adət-ənənələrə (ov və şeirə meylilik, əyləncəyə aludəlik və s.) yiyələndi. Zahiri görünüşcə kök, bədəni tüklü idi. Yezid cavanlığından Read more [...]

İmam Hüseynin (ə) türbəti şəhadətdən əvvəl Cəbrayıl (ə) vasitəsilə gətirilmişdir

moharram, meherrem İmam Hüseyn (ə) şəhid olmazdan əvvəl Cəbrayıl (ə) bu xəbəri Allah Təala tərəfindən Peyğəmbərə (s) gətirmişdi. Cəbrayıl (ə) Kərbəla torpağından bir parça Peyğəmbər (s) üçün gətirmişdi. Bu, o torpaq idi ki, İmam Hüseyn (ə) orada şəhid olacaqdı. Həzrət Peyğəmbər (s) də bu torpağı həyat yoldaşı Ümmi Sələməyə verir və buyurur ki, nə zaman bu torpaq qana çevrilsə, bil ki, övladım Hüseyni (ə) şəhid ediblər. (Həvzəh) İmam Sadiq Read more [...]

Kəbənin ətrafında nə yerləşir?

Mekke, Hecc Kəbənin şimal divarının qarşısında, Şam və İraq rüknlərinin arasında yarımdairəvi divarla əhatələnmiş əraziyə Hicri-İsmail deyilir. Divarın hündürlüyü təqribən 1,3 metrdir. Yarımdairənin içərisi mərmərlə döşənib. Rəvayətə görə, Həzrət İsmail Peyğəmbər (ə) anası Hacərlə birlikdə burada çadır qurub yaşamışlar. Hacərin məzarı da Hicri-İsmailin içərisində yerləşir. Bəzi rəvayətlərdə deyilir ki, Hicri-İsmailin hüdudları daxilində Read more [...]

Hürrün tövbəsindən nələri öyrənməliyik?

dua Məhərrəm ayı Peyğəmbər (s) və Əhli-beytinin (ə) qəm və qüssə ayıdır. 61-ci Hicri-Qəməri ilinin Məhərrəm ayından bəri Əhli-beyt (ə) davamçaları hər il əzadarlıq keçirirlər. Bu müsibəti dillə təsvir etmək olmaz. Bundan da böyük müsibət ola bilərmi? İmam Əlinin (ə) oğluna, Peyğəmbərin (s) ciyərparəsinə Nəbinin vəfatından heç 50 il keçməmiş silah çəkdilər. Özü də o kəslər ki, özlərini həmin Peyğəmbərin (s) ümməti hesab edirdilər. Read more [...]

İmam Əlinin qardaşı Cəfər ibn Əbutalibə niyə “təyyar” (uçan) ləqəbini aid edirlər?

Imam Ali Hicri 8-ci (miladi 629-cu) ildə Həzrət Mühəmməd Peyğəmbər (s) müsəlmanları hədələyən Bizans təhlükəsinə cavab olaraq, təqribən 3 min nəfərlik bir qoşunu Cəfər ibn Əbutalibin başçılığı altında Bizans tabeçiliyində olan Şam vilayətinə yolladı. İslam.az-ın məlumatına əsasən, Mötə adlı məntəqədə müsəlmanlar nəhəng Bizans ordusu ilə qarşılaşdılar. Gərgin döyüşdə Cəfər bayrağı əldə tutaraq şücaətlə savaşırdı. Onun sağ qolunu Read more [...]

Peyğəmbərin son Həcc ziyarəti

Mekke, Hecc Hicrətin onuncu ili zi-qə’də аyındа Peyğəmbər (s) həcc ziyаrətinə yollаndı. Bu səfərdə həcc hökmlərini xаlqа tə’lim etdi. İslаmdаn əvvəl Qüreyşin özünəməxsus qаnunu vаr idi. Kə’bə evinin pərdəsini və аçаrını əldə sаxlаmаq, hаcılаrа su verib xidmət etməklə yаnаşı digər qəbilələrdən fərqli olаrаq ziyаrət də edirdilər. Peyğəmbər (s) bu səfərdə Qüreyşin tə’yin etdiyi qаnunu ləğv etdi. Cаhiliyyət dövründə Read more [...]