Bölmənin adı: Müqəddəs məkanlar

Mənəvi aləmdə zaman

cenet İnsan vücudu iki varlığın birləşməsindən təşkil olunmuşdur. Bu iki varlıq insanın cismi və ruhudur. Bu iki şeyi bir-birindən ayıran xüsusiyyətlər olduğu halda, onları bir-biri ilə sıx əlaqələndirən xüsusiyyətlər də var. Bu xüsusiyyətlərdən biri də zamandır. İnsanın cisminə aid olan zaman məhduddur və tənzim olunmuş müəyyən proqramlar üzərində hərəkət edir. Misal üçün, bütün insanlar əvvəl körpə olurlar, sonra yavaş-yavaş yaşlanaraq Read more [...]

Kəbə evində əbədi iz

zehra-yolu.com Həzrəti Əlinin(ə) anası Allahla razi niyaz etdikdən sonra yaradanın hökmü ilə Kəbə evinin divarı yarılmış o, müqəddəs ana Kəbəyə daxil olaraq övladını Kəbədə dünyaya gətirmişdir Peyğəmbərin hicrətindən 23 il qabaq, cümə günü Rəcəb ayının 13-də Әbu Talibin ailəsində təkcə Məkkəyə deyil, bütün dünyaya nur saçan mübarək bir uşaq dünyaya gəldi. Bu təvəllüd haqqında Məkkə əhalisindən Qunəb adlı birisi belə deyir: Abbas ilə oturmuşduq Read more [...]

Kərbəla ziyarəti

zehra-yolu.com Hicrətin altıncı ilində Əli (ə) Siffeyn müharibəsinə gedərkən bir az Kərbəla torpağı götürüb iylədi və dedi: "Xoş olsun bu torpağın halına ki, bəziləri bu torpaqdan sorğu-sualsız behiştə gedəcəklər!" Kərbəla torpağı hələ qədim zamanlardan, hətta İsadan (ə) da qabaq yaşayış məskəni olmuşdur. Kərbəla kəndlər və abad məntəqələrin mərkəzində yerləşmiş, həmin məntəqədə Nəvaris, Qaziriyyə, Neynəva adında, həmçinin Şam şəhəri Read more [...]

Məkkə-Mədinə arasındakı ziyarətgahlar

zehra-yolu.com

1. Abdullah ibni Abbasın qəbri (Taif vadisində yerləşir.)

2. Həzrət Həvvanın qəbri (Cəddədə yerləşir.)

3. Peyğəmbərimizin anası həzrət Aminənin qəbri (“Əbva”-da, Mədinənin 45 km-liyində yerləşir.)

4. “Qədir Xum” məscidi (“Cohfə” məscidinin yaxınlığında yerləşir.)

5. Əbuzərin qəbri (Rəbəzə səhrasındadır).

6. “Bədr” müharibəsi şəhidlərinin qəbirləri (“Rəvha”-da Mədinənin 17 km-liyindədir.)

Fəzix məscidi

zehra-yolu.com İmam Baqir (ə): «Həzrət Peyğəmbər (s) xurma şərablarının dağıdıldığı gün bu məsciddə əyləşdiyinə görə‚ (xalq arasında) oranı «Fəzix məscidi», yəni «Xurma şərabı məscidi» adlandırdılar. Çünki ən çox dağıdılıb tökülən şərab, xurma şərabı idi. Leys əl-Muradi rəvayət edir: «İmam Sadiqdən (ə) bu məscidin nə üçün «Fəzix» adlandırılması haqqında soruşdum. Buyurdu (ə): «Xurma ağacının bir növü də‚ «fəzix» adlandırılır. Read more [...]

Həcc, İlahinin vacib buyuruğudur

zehra-yolu.com Hər bir müsəlmanın xüsusi şəraitə malik olması ilə ömründə bir dəfə həcc ona vacib olur. Əgər həyatda olarkən bu şəraitdə həcc yerinə yetirməmişdirsə, ölümündən sonra naib tutub yerinə yetirilməlidir. Din alimləri həccin vacib olmasını üç şəraitlə qeyd edirlər: 1. Bədənin bu əməli yerinə yetirməyə qüdrəti olsun. 2. Bu yolda ehtiyacı olan qədər malı olsun. 3. Həcc yolları açıq və xətərsiz olsun. Əgər bu üç şərt ələ gəlsə, Read more [...]

Bir məscidin tarixçəsi (Nəcəfdəki Türklər məscidi)

zehra-yolu.com XIX əsrdə Nəcəf şəhərində yaşamış məşhur müctəhid Şeyx Mürtəza Ənsari Həzrət Mühəmməd Peyğəmbərin (s) sadiq səhabəsi Cabir ibn Abdullah Ənsarinin nəslindən idi. Şeyx Ənsari cəfəri məzhəbinin fiqhində faydalı islahatlar etmişdir. Fiqh elmindəki müstəsna xidmətlərinə görə onu “xatəmül-füqəha vəl-müctəhidin” (fəqihlərin və müctəhidlərin möhrü) ləqəbi ilə xatırlayırlar. Yüksək elmi mövqeyinə baxmayaraq, Şeyx Ənsari son Read more [...]

Kəbənin yanındakı yarımdairə şəklində divar nədir?

zehra-yolu.com Məkkədə Kəbənin şimal divarının qarşısında, Şam və İraq rüknlərinin (künclərinin) arasında hündürlüyü təqribən 1,3 metr olan yarımdairəvi divar var. Yarımdairənin içərisi mərmərlə döşənib. Bura Hicri-İsmail deyirlər. Rəvayətə görə, Həzrət İsmail Peyğəmbər (ə) anası Hacərlə birlikdə burada çadır qurub yaşamışlar. Hacərin məzarı da Hicri-İsmailin içərisində yerləşir. Bəzi rəvayətlərdə deyilir ki, Hicri-İsmaildə bir neçə peyğəmbər Read more [...]

Məscidi silib-süpürmək, məsciddə xidmət etmək savabdırmı?

zehra-yolu.com Bu, çox böyük savabdır. Allahın evində təmənnasız xidmət etmək, ibadət etməyə gələnlərin qulluğunda durmaq insana hədsiz savab gətirər. Övliyalar, alimlər həmişə bu yolla gediblər. Böyük şairimiz Füzuli Kərbəlada İmam Hüseynin (ə) hərəmində xuddamlıq (xidmətkarlıq) edib, ziyarətə gələnlərin qulluğunda durmağı özünə şərəf bilib. Səhihül-Buxaridə və Sünənü Əbu Davudda rəvayət edilir ki, Peyğəmbər məscidində təmizlik işləri ilə Read more [...]

Evin içində Məscid tikmək

zehra-yolu.com Ayişə rəvayət edir: «Allahın Rəsulu (s) evlərin içində məscid inşa etməyi‚ məscidləri təmiz saxlamağı və onlara ətir vurmağı əmr etdi.»  Ürvə ibn Zübeyr Peyğəmbərin səhabələrindən birinin vasitəsilə rəvayət edir: Allahın Rəsulu (s) həmişə bizə öz evlərimizin içində məscid tikməyi və onları təmiz saxlamağı məsləhət görərdi.  Ənsardan olan bir kişi gözlərinin nurunu itirdikdən sonra Peyğəmbərə (s) belə bir məzmunda xəbər Read more [...]

Mövlud münasibətilə İmam Rzanın (ə) müqəddəs hərəmi bəzədilib (Foto)

zehra-yolu.com 11 Zilqədə 148-cü hicri-qəməri tarixi İmam Rzanın (ə) mübarək və səadətli mövlud günüdür. Bu münasibətlə dünyada bayram tədbirləri keçirilir. Hazırda əziz İmamın (ə) Məşhəd şəhərindəki müqəddəs hərəmi bəzədilərək mövluda hazır vəziyyətə gətirilib. Fotolar İRNA-ya məxsusdur. /Deyerler.Org/ Read more [...]

Nә üçün еhrаm libаsı аdi libаslаr kimi tikili оlа bilmәz?

zehra-yolu.com Cаvаb: Hәcc mәrаsimi mütlәq аzаd şәkildә yеrinә yеtirilәn kоllеktiv ibаdәtlәrdәndir. Оnа görә dә bu ibаdәt zаmаnı bir-birindәn fәrqlәnәn gündәlik libаslаrdаn yох, iki hissә pаrçаdаn istifаdә оlunur. Bu yоllа ibаdәt еdәnlәr аrаsındа zаhiri bәrаbәrlik tәmin оlunur. Еyni tәrzdә gеyim bәşәriyyәtin böyük аmаllаrındаn оlаn bәrаbәrliyin bir tәcәssümüdür. Bаşqа sözlә, hәcc insаnlаrın Аllаh qаrşısındа Read more [...]

Kəbənin içində nə var?

zehra-yolu.com Kəbənin içərisinin divarları və döşəməsi mərmərlə örtülüdür. Ortada 3 taxta dirək vardır, bunlar Kəbənin damını saxlayır. Qapıdan sağ tərəfdəki küncdə Kəbənin damına qalxmaq üçün pilləkən vardır. Divarlarda müxtəlif Quran ayələri və müqəddəs kəlmələr yazılmış mərmər plitələr quraşdırılıb. Kəbənin tavanından çəkilmiş ip boyunca çoxlu çilçıraq və qəndil asılıb. Bunları əsasən müxtəlif dövrlərdə hökmdarlar Kəbəyə Read more [...]

Məscidlərin haqqını yerinə yetirin- Təhiyyət (Salam) namazı

zehra-yolu.com Əbuzərdən nəql olunur: «Allahın Rəsulunun (s) hüzuruna getdim. O‚ məsciddə oturmuşdu. Onun tənha olmasını fürsət bildim. Mənə buyurdu: «Ey Əbuzər! Məscidə salam ver.» Dedim: «Necə salam verim‚ ey Allahın elçisi?» Buyurdu: «İki rəkət namaz qıl.»  Əbuzərdən nəql olunur: «Allahın Rəsulu (s) məsciddə olarkən onun yanına getdim və oturdum. O‚ buyurdu: «Ey Əbuzər! Namaz qılmısanmı?» Dedim: «Xeyr». Buyurdu (s): «Qalx və namaz qıl!» Ayağa Read more [...]

On iki İmam adları, yaşları və qəbirləri

zehra-yolu.com 1- ci İmam Əmirəlmöminin Əli (əleyhissalam) - yaşı 63. Qəbri Nəcəfdə (İraq) 2- ci İmam Həsən Müctəba (ə.) - yaşı 47, qəbri Mədinədə (Bəqi qəbristanlığında) 3- cü İmam Hüseyn (ə.) - yaşı 57, qəbri Kərbəladə (İraq). 4- cü İmam Zeynəlabidin (ə.) - yaşı 57, qəbri Mədinədə (Bəqi) 5- ci İmam Mühəmməd Baqir (ə.) - yaşı 57, qəbri Mədinədə (Bəqi) 6- cı İmam Cəfər Sadiq (ə.) - yaşı 65, qəbri Mədinədə (Bəqi) 7- ci İmam Museyi Read more [...]

Məscidi əziz tutmayan nə pis insandır

zehra-yolu.com Dinimiz məscidə ehtiram etməyi o qədər mühüm sayır ki, hətta bu ehtiramı lazımi səviyyədə təmin etməyəni lənətlənmiş hesab edir. İmam Cəfər Sadiqdən (ə) nəql edirlər: “Məlundur, məlundur o kəs ki, məscidi böyük və əziz tutmaya”. Bəlli olur ki, hər bir kəs ki, məscidin böyüklüyünü və əzəmətini yaşatmır, ona lazımi qiymət, dəyər vermir, lənətə səbəb olan iş görmüş olur. Bu o dərəcədə ciddi məsələdir ki, mübarək hədisdə Read more [...]

Kəbə, ilk ev

zehra-yolu.com Qurani Kərim, “Ali İmran" surəsində buyurur:“Həqiqətən, insanlar üçün ilk bina olunan ev (məbəd) Məkkədəki evdir ki, şübhəsiz bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır. Orada aydın nişanələr - İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin-amanlıqdadır. Onun yoluna gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu (bu borcu) inkar edərsə, (özünə zülm etmiş olar). Read more [...]

Məscidə getməyin fəzilət və dəyəri

zehra-yolu.com Həzrət Məhəmməd (s) buyurmuşdur: Məscidə tərəf addım atan şəxs‚ (hər addımın) müqabilində (bir) savab qazanar.  Məscidə sarı yola düşən şəxs‚ atdığı hər addımın müqabilində on savab qazanar.  Məscidə tərəf yola düşən şəxs‚ evinə qayıdanadək atdığı hər addımın müqabilində on savab qazanar. Həmçinin, onun əməl dəftərindən on günah silinər və nəticədə o‚ on mərtəbə ucalar.  Evindən məscidə getmək niyyəti ilə addım Read more [...]

Ramazan ayında ömrə əməlinin fəziləti

zehra-yolu.com  Yusif ibni Əbdillah ibni Səlam, nənəsi Ümmü Məqildən nəql etmişdir ki, həzrət Peyğəmbər (s) sonuncu vida həcci yerinə yetirdikdə bizim bir dəvəmiz var idi ki, Əbu Məqil onun Allah yolunda işlədilməsini vəsiyyət etmişdi. Mən xəstələndim, Əbu Məqil isə dünyadan getdi. Həzrət Peyğəmbər (s) həccə gedib,qayıtdıqdan sonra hüzuruna getdim. O Həzrət (s) buyurdu: «Ey Ummu Məqil! Nə üçün bizimlə birlikdə həccə gəlmədin?» Dedim: Həcc üçün hazırlaşmışdıq Read more [...]

Mədinənin fəziləti və adları barədə incə bir məna

zehra-yolu.com Mədinənin adlari  İbni Ömər nəql etmişdir ki, həzrət Peyğəmbər (s) heç bir səfərdən qayıdarkən—Ey təmiz! Ey şəhərlərin ağası!—sözünü deməmiş Mədinə şəhərinə daxil olmazdı.  Həzrət Peyğəmbər (s) buyurub: «Allah-taala mənə göstəriş vermişdir ki, Mədinəni «Təybə» (pak) adlandırım»  Əbu Hüməy nəql etmişdir ki, həzrət Peyğəmbər (s) ilə birlikdə Təbuk döyüşündən qayıdırdıq ki, Mədinə şəhərinə çatdıqda, o Həzrət Read more [...]

Məkkə şəhərinin bir neçə məscidi

zehra-yolu.com 1. “Məscidül-Həram” Bu elə bir məsciddir ki, burada qılınan bir rükət namaz, başqa məscidlərdə qılınan min rükət namaza bərabərdir. Dördbucaq şəklində olan Kəbə binası bu məscidin tən ortasında yerləşir. Bu məscidin 7 minarəsi var. Minarələrin hündürlüyü 90 m-dir. Kəbənin “Həcərül-əsvəd” olan küncündə bir minarə, qalan künclərində isə iki minarə yerləşir. 2. “Cin” məscidi. Bu məscid “Əbu Süfyan” bazarının yaxınlığında Read more [...]

Məsciddə dünyəvi məsələlər haqqında danışmaq

zehra-yolu.com Məhəmməd peyğəmbər (s) buyurmuşdur:  Bir gün gələcək ki‚ camaat dünyəvi məsələlərdən başqa bir şey fikirləşmədikləri halda məscidə toplaşacaqlar. Allahın onlara heç bir ehtiyacı yoxdur. Buna görə də‚ onlarla həmsöhbət olmayın.  Dünyanın sonu gəldikdə‚ mənim ümmətimin arasında bir qrup insan peyda olacaqdır ki; məscidlərə yığışar‚ yalnız dünya və dünya məhəbbəti haqqında danışarlar. Onlarla həmsöhbət olmayın ki‚ onlar Read more [...]

Məscidə ehtiram göstərməyin savabı

zehra-yolu.com Məscidə ehtiram göstərməyin zəruriliyi  Həzrət Məhəmməd (s): «Heç vaxt məscidə «musəycid» (məscidcik) deməyin. Çünki məscid Tanrıya ibadət olunan bir evdir. Heç vaxt Qurani-kərimə «musəyhif» (kitabça) deməyin. Çünki Allahın kitabı kiçik yad olunmaqdan çox-çox ucadır. Həmçinin, (heç bir) kişiyə «rüvəycil» (kişicik)‚ qadına da‚ «mürəyyə» deyə müraciət etməyin.»  İmam Əli (ə): «Müsəlman «rüvəycil»‚ məscid «müsəycid»‚ Read more [...]

Görkəmli müasir müctəhidlərin Cəmkəran məscidi barəsində fikirləri

zehra-yolu.com Ayətullah Bürucerdi: "Əgər imkanım olsaydı, gündəlik vacib namazlarımı müqəddəs Cəmkəran məscidində qılardım". Ayətullah Mər`əşi Nəcəfi: "Müqəddəs Cəmkəran məscidində çoxlu kəramətlər müşahidə etmiş və qırx çərşənbə axşamı gecəsini sübhə qədər orada qalmağa müvəffəq olmuşam". Ayətullah Xameneyi: "Müqəddəs Cəmkəran məscidi, bəhrələnməli olduğumuz tükənməz xəzinədir". Ayətullah Bəhcət: "Müqəddəs Cəmkəran məscidi Read more [...]