Bölmənin adı: Ramazan ayı

Ramazan ayında iftar vaxtı əvvəlcə iftar etmək daha yaxşıdır yoxsa namazı qılmaq?

ramazan 2015 Əlbəttə, dinimizdə ən çox təkid olunan ibadət namazdır. Namazı da öz vaxtının əvvəlində qılmaq böyük savaba malikdir və üzrsüz yerə namazı təxirə salmaq bəyənilmir. Ona görə də şərait imkan verirsə, məğrib azanı veriləndən sonra namazı qılmaq, sonra iftar etmək daha yaxşıdır. Belə bir variant da mümkündür ki, azandan sonra su, çay və ya yüngül bir yeməklə iftar açılsın, sonra namaz qılınsın, bundan sonra əsas yemək yeyilsin. Bu, həm Read more [...]

Ramazan ayı hansı gün sona çatır?

ramadan Ramazan ayının son günlərini yaşayırıq. Bu isə o deməkdir ki, yenə də bayramın hansı günə təsadüf etməsi ilə əlaqədar müzakirələr gündəmi zəbt edir. Təəsüf ki, bəzən İslam ehkamlarını və qaydalarını dərindən bilməyən şəxslər bu məsələ ətrafında İslamda tarixən mövcud olmuş müxtəlif rəyləri nəzərə almayaraq (inanırıq ki, bilmədən) aranı qatan, hətta məzhəblərarsı ədavət toxumu səpən iddialara yol açırlar. Odur ki, bəzi məsələlərə Read more [...]

Niyə Qədr gecələrinə “əhya gecələri” deyilir?

oruc, istigfar Ərəb dilində “əhya” (daha dəqiqi “ihya”) diriltmək, canlandırmaq mənalarını verir. Bu söz həm də oyaqlıq mənasını ifadə edir. Gecə yatmayan, oyaq qalan şəxsə də bu sözü aid edirlər. Dini mətnlərimizdə yuxu kiçik ölüm kimi təsvir edilir. Yuxu zamanı ruh qismən bədəndən çıxır, daha sonra Allahın izni ilə bədənə qayıdır. Ona görə də yatmaq ölümə, oyaq qalmaq isə diriliyə bərabər tutulur. Qədr gecələrində oyaq qalmaq, bütün gecəni Read more [...]

Qədr gecəsinin dəqiq hansı gecə olduğu niyə məlum deyil?

ramazan Bunu Allahın hikmətlərindən biri kimi qəbul etməliyik. Allah-Təala bəzi məsələləri insanlardan gizli saxlamışdır. Məsələn, duaların qəbul olduğu saatı, ən çox sevdiyi bəndəsini, ən çox razı qaldığı əməli və s. Səbəb bu ola bilər ki, insanlar savab əldə etmək üçün daha çox çalışsınlar və günahlardan uzaq olmaq üçün daha çox ehtiyatlı davransınlar. Məhz bu duanın qəbul olacağına ümid edərək, gün ərzində müxtəlif saatlarda dua etsinlər. Read more [...]

Əhya gecələri nə vaxta düşür?

ramazan, oruc Mübarək Ramazan ayını yaşamaqdayıq. Bu Müqəddəs ay ilə bağlı portalımızın elektron ünvanına çox sayda suallar daxil olur. Onların böyük hissəsi də bu il əhya gecələrinin hansı tarixə təsadüf etməsi ilə əlaqəlidir. İslam.az oxucuların nəzərinə çatdırır ki, ehtimal edilən əhya (Qədr) gecələri Ramazan ayının 19, 21 və 23-ü gecələridir. 2017-ci ildə bu gecələr iyunun 13-dən 14-nə, 15-dən 16-na və 17-dən 18-nə keçən gecələrdir. Bu gecələrdə Read more [...]

Oruc tutmuş şəxsin hovuzda çimməsinə icazə varmı?

ramazan Orucluq zamanı yuyunmağın və çimməyin heç bir maneçiliyi yoxdur. Əlbəttə, bu zaman ağız, burun və qulaq dəliklərindən su keçməməsinə diqqət yetirmək lazımdır. Oruc tutan şəxsin tamamilə suya baş vurmasına gəlincə, bu barədə alimlərin fikri fərqlidir. Əhli-sünnə məzhəbinə görə, oruclu ikən suya baş vurmaq orucu pozmasa da, bəyənilməz işdir. Suya baş vuran adam ağzını bağlamalı, burun və qulaq dəliklərini (əli ilə və ya pambıqla) qapamalıdır. Read more [...]

Ramazan – özünüislah və ibadət ayı

oruc ayi Nəyiniz varsa, İslamdandır. Nəyiniz varsa, Allaha güvənməkdən və Onunla əlaqədəndir. Allahla əlaqəni unutmayın. Qarşıdan ramazan ayı - özünüislah ayı, ibadətin, Quranın, Allah zikrinin, Allahı yad etməyin, tövbə və yardım istəyinin baharı gəlir. Onun qədrini bilin. Xalqın müxtəlif təbəqələri, xüsusən də gənclər ramazan ayını qənimət bilib Allaha sığınsınlar, Onun hidayət və diqqətini istəsinlər, Ona arxalansınlar və düşmənlərindən Read more [...]

Ramazan ayını və Quran baharını qənimət bilmək

ramazan Ramazan ayını qənimət bilin. Bu günləri oruc tutmaqla, bu gecələri zikr və dua ilə keçirin. Dua mövsümü bu mübarək aydır. İnsan dua vasitəsi ilə həmişə Allahla əlaqə qurmalı olsa da, diqqət yetirmək lazımdır ki, Quranın "Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam, dua edib Məni çağıranın duasını qəbul edərəm"[7] ayəsi Bəqərə surəsində oruca və ramazan ayına aid olan mübarək ayələrin arasında gəlmişdir. Və bu, Read more [...]

Orucun insanın mənəvi təkamülünün əsas şərtlərindən biri olması

ramazan Əvvəla buyurur: "Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi"[4]. Biz bilirik ki, namaz və zəkat yalnız İslam ümmətinə məxsus deyil. Əziz İslam Peyğəmbərindən (s) qabaqkı peyğəmbərlər də namaz və zəkatı öz hökmlərinin başında qeyd etmişlər: "O... mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu".[5] Həzrət İsa peyğəmbər (ə) öz dinləyicilərinə buyurur ki, Allah mənə namaz və zəkatı tövsiyə Read more [...]

Ramazan – Allahla ünsiyyətin baharı

news Bu il təsadüfən təbiət baharı dua və Quran baharı ilə eyni vaxta düşmüşdür. Bir neçə gündən sonra insanın özünüislah və Allahla ünsiyyət baharı olan mübarək ramazan ayı başlayacaq. Məgər məsələnin bu cəhətini unutmaq olar?! Bütün səhvlər bu cəhətə qarşı diqqətsizlikdən irəli gəlir. Səhvi az, qəlbi Allahın mərifət və hidayət nuru ilə işıqlı olan, işarəsi bu xalqa, bizə və dünyanın bütün İslam aşiqlərinə yol açan, bələdçilik Read more [...]

Ramazan – Allaha qayıdış üçün ən yaxşı fürsət

o-DATES-RAMADAN-facebook İlin dəyişdiyi ay, ilahi rəhmət və bağışlanma ayı olan mübarək ramazan ayının yaxınlaşdığı bir vaxtda bizim də öz daxilimizdəki əyri-əskikliklərdən, çirkinlik və pisliklərdən üz çevirməyimiz - yəni bağışlanmaq istəməyimiz çox münasib görünür. Bağışlanmaq diləmək və tövbə etmək - Allaha qayıtmaq, pis əməllərə arxa çevirmək və yenilik yaratmaqdır: "Rəbbinizdən bağışlanmanızı diləyin, sonra Ona tövbə edin ki, müəyyən bir müddət Read more [...]

Ramazan tədarük ayıdır

ramadan Ramazan ayı tədarük ayı, güc toplama ayıdır. Ramazan ayı elə bir aydır ki, camaat bu ayda özünü qeyb xəzinələrinə, ilahi mənəviyyata çatdırmalıdırlar. Bacardıqları qədər qidalanmalıdırlar. Özlərini inkişaf üçün hazırlamalıdırlar. …Bu ayın, bu günlərin qədrini bilməlisiniz. Ramazan ayının gündüzləri, gecələri hamınız ilahi süfrə başında əyləşmisiniz. Bu fürsətdən istifadə edin. Bu ayda nə yaxşı iş görsəniz, nə haqq söz Read more [...]

Fitrənin ödənilməsi ilə bağlı hökmlər

qehli beyt Fitrə zəkatı ilə bağlı digər bir məsələ də var. Qonaq qonaq olduğu müddətdə sizin ailənizdən sayılır. Demək, bayram axşamı gün batmazdan öncə evinizə bir qonaq gəlsə, gün batanadək və bayram gecəsi başlananadək qalsa, onun fitrəsi də sizə vacibdir. Fitrəsi başqasına vacib olanın isə üzərinə hər hansı bir məsuliyyət düşmür. Lakin əgər bilsək ki, fitrəni verməli olan adam verməyib, vacib ehtiyata görə özü verməlidir. Yəni əgər siz bu Read more [...]

Fitrəni necə ödəməli?

qzehra-yolu.com Hər bir kəsin özü və ailəsindən olan digərləri üçün təqribən üç kiloqram miqdarında ən çox istifadə olunan yeyinti məhsullarından verməlidir. Yəni, camaatın adətən yemək üçün istifadə etdiyi qida məhsulu, misal üçün, buğda verməlidir. Bu məsələ ilə bağlı müxtəlif fikirlər var. Dörd dənli bitkidən başqa qida məhsulu vermək olarmı? Bunlardan hansı daha məqsədəuyğundur? Bütün bu suallara müxtəlif alimlər tərəfindən fərqli cavablar verilmişdir. Read more [...]

Oruc, təqvaya aparan pilləkan

ramazan Oruc, təqvaya doğru bir pilləkəndir. Onun təmin olunması üçün sizin vücudunuz, ürəyiniz, ruhunuz vasitədir. Təqva budur ki, insan bütün əməllərində, davranışında gördüyü işin Allahın razılığına, ilahi əmrə uyğun olub-olmadığını nəzərə alsın. Bu nəzarətin, pəhrizin, daim özünü qorumanın adı təqvadır. Təqvanın əks tərəfi qəflət, diqqətsizlik, bəsirətsiz hərəkətdir. Allah həyati məsələlərdə möminin diqqətsizliyini bəyənmir. Read more [...]

Təqva üçün zəmin yaratmaq

Qadın “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!” "(Bəqərə", 183) Yəni, oruc bizə təqvalı olmaqda kömək edir. Təqva, özünü qorumaq deməkdir. Əlbəttə, rəvayətlərdə təqvanın nümunələrini müəyyənləşdirmişlər – vacibləri həyata keçirmək, haramları tərk etmək. Təqvanın mənası budur ki, insan özündən muğayat olsun. Yəni öz Read more [...]

Ramazan ayının nailiyyəti

oruc Orucda məqsəd ilahi təqvadır. Bu (təqva), ramazan ayının ən böyük nailiyyətidir. Ümidvaram ki, mən və siz bu ayın bərəkəti ilə öz davranışımıza, danışığımıza, hisslərimizə, düşüncələrimizə ilahi təqvanı, o böyük ehtiyatı hakim edək və özümüzü insani kamilliyə bir addım da yaxınlaşdıraq. Oruc haqqında qısa bir söhbət də var. Hansı ki, bu mübarək ayda ümdə vəzifədir. Allah-Taala insanı elə yaratmışdır ki, onun tərbiyə olunmağa Read more [...]

Oruc və onun müxtəlif mərhələləri

oruc İlahi vəzifə kimi yad etdiyimiz oruc əslində bir ilahi təşrifatdır, bir ilahi nemətdir, oruc tutmağa müvəffəq olanlar üçün qiymətli bir fürsətdir. Əlbəttə, çətinlikləri də var. Bütün uğurlu və faydalı işlər çətinliksiz ötüşmür. Bəşər çətinliyə dözmədən bir yerə çata bilməz. Oruca dözməkdə olan bu çətinlik, orucdan insana nəsib olacaq şeyin yanında çox azdır. İnsan oruc üçün sərf etdiyi az zəhmətə görə çox xeyir əldə edir. Read more [...]

Dərk edənlər və etməyənlər üçün Ramazan

ramazan Nəhayət ki, müsəlmanlar üçün bağışlanma və oddan xilas olma, şeytan və şeytanxislətli insanlar üçün işgəncə, münafiqlər üçün isə ağır sınaq ayı - on bir ayın sultanı Ramazan gəldi. Keçən Ramazan ayından bura qədər etdiyimiz bütün günahlar üçün bir daha bağışlanma şansını bizlərə nəsib eyləyən Allaha həmd olsun. "Namaz qılmayanın orucu qəbul olurmu?" və ya yenə də eyni suallar Ramazan ayının gəlişi ilə İslamın beş əsas şərtindən Read more [...]

Oruc – Haqqın məhəbbətini cəlb etməyin zəminələrindəndir

oruc, istigfar (Ustad Ənsarianın nəzərlərinə istinadən) Mübarək Ramazan ayının mənəvi fürsətində İlahi məhəbbəti əldə etmək üçün zəminələr hazırdır və bu mənəvi fəzadan bəhrələnmək və Haqqın rəhmət və məhəbbətinin cazibəsini işə salmaq insanların səylərindən asılıdır. Hədisə görə Rəsulallah (s) buyurur: “Allah Təala bəzi hallar və işləri, məsələn: az yeməyi, az danışmağı və az yatmağı sevir. Bəzi işlərlə, məsələn: çox yeməklə, Read more [...]

Ustad Ənsarian oruc tutanın 3 mühüm xüsusiyyəti barədə

islam Mübarək Ramazan ayı artıq daxil olub. Lakin, orucun fəzilətləri və oruc tutan insanın xüsusiyyətləri barədə mübarək dinimizin tövsiyələri hər zaman aktualdır. Bu baxımdan, tanınmış mütəfəkkir və əxlaq ustadlarımızın dəyərli fikirləri İlahi təqva yolunun yolçularının diqqət mərkəzindədir. Bu günlərdə tanınmış tədqiqatçı və mütəfəkkir Ustad Hüseyn Ənsariyan oruc tutanları qarşısında çıxışı zamanı demişdir: Vacibata əməl etmək, Read more [...]

Bədənin orucundan çətin olan – ruhun orucu

ramazan 2015 Oruc - elə bir əməldir ki, bütün İlahi dinlərdə vacib sayılmışdır. Belə ki, Tövrat və İncil kitabında da orucun vacib edilməsinə aid ayələr vardır. Həzrət Musa (ə) 40 gün oruc tutur. İncildə oxuyuruq ki, Həzrət İsa (ə) da 40 gün oruc tutur. (Tebyan) Orucun insana fərdi, ictimai və müalicəvi təsiri vardır. Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq ki, buyurub: “Oruc tutun ki, sağlam olasınız”. Oruc insan ruhunu paklaşdırdığı kimi, Read more [...]

Ramazan – ruhlarda, qəlblərdə, yaşayış və iş yerlərində yenilik fürsəti

ramazan Şübhəsiz, biz dini vəzifəmizə uyğun olaraq, mübarək ramazan ayında və Allahın yaratdığı bütün faydalı imkanlarda bizə verilən zikr, ibadət və dua nemətini qənimət sayıb qüdrət, izzət və əzəmət mənbəyi - yəni Allah-Taalanın müqəddəs zatı ilə mənəvi əlaqə yaratsaq, şübhəsiz, həm bizim ruhlarımızda, qəlblərimizdə və əsl insani kimliyimizdə, həm də onun ardınca yaşayış, iş və mübarizə yerlərimizdə əsaslı və ideal yenilik yaranacaq, Read more [...]

Orucun orqanizmə faydası barədə

ramazan, oruc Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Oruc tutun ki, sağlam olasınız” İnsanın mədəsi onun xəstəliklər evidir. Yeməkdən pərhiz etmək də onu müalicə etmək deməkdir. Tibb elminin inkişaf etməsi ilə bəzi həkimlər və mütəxəsislər başa düşüblər ki, günün bir hissəsinin tam ac qalmağın xəstəliklərə çox faydası vardır. Bu, xəstəlikləri müalicə etməyin ən gözəl vasitəsidir. (Erfan) Həkim rəylərindən birində deyilir: “Oruc vasitəsilə Read more [...]