Bölmənin adı: Vaciblər

Qadın hicaba keçdikdən sonra əvvəlki şəkillərini baxmaq üçün naməhrəmə verə bilərmi?

Hicab qadına vacib olan bir hökmdür və qadın mütləq naməhrəmlərin yanında örtünməlidir. Bunu etməyən qadın günah qazanır. Qadının real vəziyyəti ilə təsviri, şəkli, videosu da eyni hökmü daşıyır. Yəni qadın real həyatda kimlərdən örtünürsə, öz hicabsız təsvirlərini də həmin adamlardan gizlətməlidir. Burada qadının hal-hazırda hicablı olması və ya hicaba keçməzdən əvvəlki vaxtı fərq etməz. Hicab örtmədiyi zamanlar qadının səhvi kimi Read more [...]

Namazın fəzilətləri

namaz 1-Allah-taala buyurmuşdur: “Səbir etmək və namaz qılmaqla kömək diləyin! Həqiqətən, bu, Allaha itaət edənlərdən başqası üçün ağırdır.”[352] 2-İmam Baqir (ə) buyurmuşdur: “Qiyamət günü bəndədən soruşulacaq ilk əməl namazdır; əgər namaz qəbul olunsa, sair əməllər də qəbul olunacaqdır, əks halda sair əməllər ona heç bir fayda verməyəcəkdir.”[353] 3-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Namaz dinin sütunudur, onu bilə-bilə Read more [...]

Namaz zamanı qəlbin hardadırsa, özün də ordasan…

namaz Aşağıdakı əxlaqi tövsiyələr irfan əhlindən olan mərhum Mirzə İsmayıl Dulabiyə aiddir (tövsiyələri məalən, yəni mənasını gözləyərək, sərbəst tərcümə şəklində təqdim edirik). Etdiyin ziyarəti, qıldığın namazı, söylədiyin zikri, yerinə yetirdiyin ibadəti növbəti ziyarətə, namaza, zikrə və ibadətə kimi qoru, onları zay etmə. Yəni onların savabının davamlı olmasını təmin et. Bu gözəl əməlləri etməklə qazandığın ucalığı, savabı Read more [...]

Namazın sirlərindən agah olaq

namaz Məsumların (ə) nəzərində namazın yeri barədə məlumat əldə etmək üçün, hədislərə müraciət edək. Namazın sirləri. Namaz – Allah yanında Allaha yaxınlaşmaq və İlahi rəhmət vasitəsidir. Ürəyi və evi nurani edər. O zaman ki, insan namaz qılar, ətrafında olan hər bir şey Allahı zikr edər. Səcdə - Allaha yaxınlaşmanın ən yaxşı yoludur. Ona görə də hədisdə deyilir ki, uzun səcdə insana əzabdan nicat verər. Həmçinin kamil rüku insanı qəbir Read more [...]

Namazda mənəvi inkişafa nail olmaq üçün nə etmək lazımdır?

teqva Əgər kimsə namaza Allahla öz arasında olan pərdələri və maneələri aradan qaldırmaq hədəfi ilə baxarsa, ona aşiq olar. Çünki insan fitrətən sevir ki, kamala çatsın. Namaz - dinin sütunu və möminin meracı kimi mənəvi seyr-sulukun mühüm əsaslarındandır. Əgər insanın namazı islah olarsa, onun bütün işləri islah olar. Bu namaz zahiri və fiqhi əhkamla yanaşı xüsusi ədəbi və sirləri vardır ki, onlarla tanış olsaq namazın həqiqətlərinə daha çox Read more [...]

İnsanı namazdan saxlayan amillər

iman Namaz - dinimizin sütunudur və hər bir əməlimizin qəbul olması, onun qəbul olmasından asılıdır. Namaz qılmağa mane olan amillər vardır ki, əgər onları aradan qaldırmaq mümkün olsa, insan namaza tərəf meyl edər. (Tebyan) Bu maneələri tanıyaq: 1. Özünə etimad etməmək. Bəzən elə hallara rast gəlmək olur ki, insan namaz qılmağa başlayır və bəzi cahillər ona məsxərə edirlər. Bu zaman əgər insanın özünə etimadı olmazsa, namazı tərk edər və meydandan Read more [...]

Namazda düşüncə və Allahın əzəməti

destemaz, qadin Namazda qəlbin iştirakı üçün görüləsi işlərdən biri namazdan qabaq bir neçə dəqiqə diqqəti Allaha yönəldib onun əzəməti haqqında düşünməkdir. İnsan həmin bir neçə dəqiqə ərzində dünya həvəslərini yaddan çıxarmaqla diqqətini namaza yönəltməyə çalışmalıdır. Belə bir təfəkkür sayəsində namazda diqqətə, qəlbin iştirakına nail olmaq mümkündür. Namazdan qabaq insan öz düşüncəsini nəzarət altına almalıdır. Diqqət namaza, namaz Read more [...]

Namaza diqqət və Allah hüzurunun dərkinin zəruriliyi

namaz Merac hədisinin davamında oxuyuruq: “Ey Məhəmməd, bəndələrimdən üç dəstəsinə təəccüb edirəm: Namaza dayanıb əllərini kimə doğru qaldırdığını, kimin qarşısında dayandığını bildiyi halda yuxulu olan bəndəmə; bu gün üçün ruzisi olduğu halda, sabahki ruzi üçün çalışan bəndəmə; Ondan razı olub-olmadığımı bilmədiyi halda xoşhal olan bəndəmə!” Rəvayətdə elə bir nöqtəyə işarə olunur ki, o hamımızın dərdidir. Bəli, əksərimiz Read more [...]

Allahı xatırlamağın yolu namazdır

cume namazi Allah Qur`anda buyurur: “فَاذْكُرُونِي أَذْكُرْكُمْ وَاشْكُرُواْ لِي وَلاَ تَكْفُرُونِ” “Belə isə məni xatırlayın ki, mən də sizi xatırlayım. Mənə şükür edin və (mənim ne`mətlərimə qarşı) kafir olmayın”[8]. Əgər Allahın bizə yardım etməsini və həmişə Onun diqqətinə layiq olmağımızı istəyiriksə, hər zaman Onu xatırlamalı və yada salamlıyıq. İmam Sadiq (ə) Allahın yada salınmağının Read more [...]

Xüms, onun dəlili və fəlsəfəsi nədir?

zehra-yolu.com “Xüms” İslamın vacib hökmlərindən biridir. Quran xümsün əhəmiyyətini bəyan edərkən onu imanla əlaqələndirmişdir: “Əgər siz Allaha və haqla batilin ayırd edildiyi gün bəndəmizə nazil etdiyimiz ayələrə iman gətirmisinizsə, bilin ki, ələ keçirdiyiniz hər hansı qənimətin beşdə biri Allahın, peyğəmbərin, onun qohum-əqrəbasının, yetimlərin, yoxsulların və yolçularındır. Allah hər şeyə qadirdir!” (“Ənfal” surəsi, ayə 41.) Xüms və Read more [...]

Namazın rüknləri və vacibatı

zehra-yolu.com Namaz vacib və müstəhəb hissələrdən təşkil olunmuşdur. Məşhur alimlər namazı insana bənzədərək onun üç üzvünə işarə etmişlər: 1- Baş və ya əsas üzvlər; Buna misal olaraq insanın həyatı üçün ən mühüm rol oynayan beyini və ürəyi göstərmək olar. Əgər onlar olmasa, insanın yaşayış və varlığından söz gedə bilməz. Bu cəhətdən də baş üzvlər insanın oyaq vaxtında, hətta yuxuda olduğu zaman avtomatik hərəkətdə olub onun həyatını Read more [...]

Namazın hikməti və əhəmiyyəti

namaz-7 Ey Əhməd! Bəndələrimin arasında üç dəstəyə təəccüb edirəm: Namaza duran bəndə bilir kimin qabağında durub və kim ilə danışır, amma bununla belə mürgü vurur. O bənəyə təəccüb edirəm ki, bir günün azuqəsi olduğu halda sabahkı günün ruzisinə görə narahatdır. O bəndəyə təəccüb edirəm ki, bilmir Mən ondan razıyam ya ona qəzəbliyəm, bununla belə gülür. (Təəccüblənmək, qorxmaq, kədərlənmək və.s. duyğular maddi varlıqlara məxsusdur. Read more [...]

Namaz haqqına layiqincə əməl olunmasının əlamətləri

zehra-yolu.com Birincisi namazın ümumiləşdirilməsidir. Böyük naşükürlükdür ki, bir şəxs İslam mühitində yaşasın, amma hər bir müsəlmanın ən üstün vəzifəsi olan namazı qılmasın. Belə bir şəxs Allahın və Allah bəndələrinin yanında xəcalətli, özünə qarşı isə müqəssirdir. Çünki özünü namazın faydalarından məhrum etmiş və namaz işində səhlənkarlığa yol vermişdir. İslam cəmiyyətində hamı - qoca, gənc, yeniyetmə, hər hansı bir ictimai, yaxud ailə Read more [...]

Namaz zamanı alış-veriş dayansın!

zehra-yolu.com Həcdə görülməsi ehtimal olunan yanlış işlərdən biri odur ki, bəzi şəxslər camaat namazlarında iştirak etmək əvəzinə, müstəhəb təvaf əvəzinə, Məscidül-həramın, yaxud Peyğəmbər (s) məscidinin ətirli fəzasında olmaq əvəzinə dəyərsiz və puç bərbəzəklərin, bazarların və mağazaların ardınca getsinlər, müsəlmanların maraqlarına qarşı biganə və laqeyd olan hökumətlərin cibini doldursunlar, onların fəhləsinin və oliqarxının cibini iranlının Read more [...]

Namazın üç xüsusiyyəti

zehra-yolu.com Namazda üç əsas xüsusiyyət var; onlar insanların mənəvi paklığında və psixoloji tərbiyəsində namaza böyük rol bəxş edirlər. Birincisi budur ki, İslamda müəyyən olunmuş formada – yəni xüsusi hərəkət və zikrlərə malik olan namaz təbii şəkildə namaz qılanı günah və çirkinlikdən uzaq durmağa çağırır: “Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirir“. Bu ardıcıl dəvət hər kəsi bataqlıqlardan xilas edib yüksəltmək Read more [...]

Namaz – Allahın insanlara ilk hədiyyəsi

zehra-yolu.com Zikr, xatırlama və özünəgəlmə Allah-Taalanın peyğəmbərlər vasitəsi ilə insanlara verdiyi ilk hədiyyədir. Bu mühüm amil həyata keçməyincə peyğəmbərliyin məqsədlərindən heç biri həyata keçməz. Mənəviyyatı unutmaq bütün qurtuluş və yaxşılıq qapılarını insanın üzünə bağlayır. Bugünkü materialist dünyanın xoşbəxtlik açarı insanların özünə gəlməsində və yaranışın məqsədini maddi məsələlərin fövqündə axtarmasındadır. Çünki Read more [...]

İnsan həmişə namaza ehtiyaclıdır!

zehra-yolu.com Ürəkdən və diqqətlə qılınan, zikrlə dolan, insanın öz Allahı ilə söhbət etdiyi, Ona könül verdiyi, insana daim ən uca İslam maarifini öyrədən namaz insanı puçluqdan, məqsədsizlikdən və zəiflikdən xilas edir, həyat üfüqünü onun gözündə aydınlaşdırır, ona iradə və məqsəd bəxş edir, qəlbini azğınlığa, günaha və aşağılığa yönəlmədən xilas edir. Məhz buna görə namaz bütün hallarda, hətta döyüşdə və həyatın ən çətin sınaqlarında Read more [...]

Namaza əhəmiyyətsiz yanaşmağın nəticələri

zehra-yolu.com Namaza əhəmiyyət vermək Allahın böyük mükafatları ilə nəticələndiyi kimi, namaza diqqətsiz yanaşmaq da bir çox ilahi əzabları insanlara nazil edir. Qur`ani-kərimdə namaza əhəmiyyətsiz yanaşmaığın bəlaları haqqında olan bir neçə ayəni diqqətinizə çatdırırıq. Namaz qılmamaq insanın dünya və axirət həyatını çətinləşdirir Allahı xatırlamaq, onu zikr etmək böyük səadətə səbəb olduğu kimi, Onu yaddan çıxartmaq, namaz və s. dini vacibatlara Read more [...]

Nə üçün namazda möhürə səcdə edirik?

zehra-yolu.com Namazda sual doğuran əsas məsələlərdən biri də səcdənin nə üçün torpaq üzərində edilməsidir. Bismillahir-Rəhmanir-Rəhim. Çoxumuzu maraqlandıran, bəlkə narahat edən suallardan biri də namazda səcdə ilə, daha doğrusu üzərinə səcdə etdiyimiz şeylərlə bağlıdır. Nə üçün namazda möhürə (yəni torpağa) səcdə edirik? Cavab: Əhli-beyt (ə) məzhəbində səcdə yalnız torpaq, yaxud torpaqda bitən (yeyilmək və geyinmək üçün istifadə olunmayan) Read more [...]

Möminlər namazlarını qoruyurlar

zehra-yolu.com buyurur: وَالَّذِينَ هُمْ عَلَى صَلَاتِهِمْ يُحَافِظُونَ “Və onlar (mö`minlər) ki, namazlarını qoruyurlar” . Namaz iki halda qoruna bilər: 1. Namaz qılan şəxs namazın hökmlərinin düzgün icrasına, surə və zikrləri doğru qiraət etməsinə diqqət yetirməlidir. Namazda qorunması lazım olan şərtlərə və onların mə`nəvi yönlərinə diqqət edək: a) Namaz qılan şəxsin bədəni və paltarı nəcisdən pak olmalıdır. Read more [...]

İman sahibləri namaz qılanlardır

zehra-yolu.com İmam Sadiqdən (ə) iman haqqında soruşulduqda buyurdu: الايمان ان يطاع الله فلا يعصی “İman, Allahın əmrlərinə tabe olub, göstərişlərinə qarşı çıxmamaqdır” . Başqa bir rəvayətdə o Həzrətdən (ə) İslamın nə olduğu haqqında sual edildikdə cavab verir: فقال دین الله اسمه الاسلام و هو دین الله قبل ان تکونوا حیث کنتم و بعد ان تکونوافمن اقر بدین الله فهو مسلم Read more [...]

Namaz heç bir halda tərk edilməyən ibadətdir

zehra-yolu.com İslam dinində vacib əməllər müəyyən şərait çərçivəsində insanlara vacib olur. Məsələn, Həcc ziyarəti bu səfərə getmək üçün kifayət qədər pulu və s. imkanları olan zaman vacib edilir və yoxsul təbəqənin nümayəndələrinə borc alıb bu dini vəzifəni yerinə yetirmək əmr edilməmişdir. Yaxud, oruc tutmaq istəyən şəxs sağlam olmalıdır. Oruc tutmaq hər hansı bir şəxsin sağlamlığına zərər yetirə biləcəyi halda ona bu işi görmək vacib deyil, Read more [...]

Üzüklә nаmаz qılmаğın fәzilәti

zehra-yolu.com Оn bеş bәlа Hәzrәt Fаtimәyi-Zәhrа (s) buyurur ki, аtаmdаn nаmаzа qаrşı süstlük vә sәhlәnkаrlıq еdәn kişi vә qаdınlаr hаqdа sоruşdum. Buyurdu: “Nаmаzınа qаrşı süstlük vә sәhlәnkаrlıq еdәni Аllаh оn bеş bәlаyа düçаr еdәr: 1. Ömrünün vә ruzisinin bәrәkәtini оndаn аlаr; 2. Zаhiri sаlеhlәr kimi оlmаz; 3. Әmәllәri sаvаbsız оlаr; 4. Duаsı qәbul оlmаz; 5. Sаlеhlәrin duаsındаn fаydаlаnmаz; 6. Хаr Read more [...]

“Еy Әli! Gеcә nаmаzı qıl, gеcә nаmаzı qıl, gеcә nаmаzı qıl!”

zehra-yolu.com İslamda namaz “Nаmаz qıl. Hәqiqәtәn, nаmаz insаnı pisliklәrdәn uzаqlаşdırır.” “Cәhәnnәm әhlindәn sоruşаrlаr: Hаnsı әmәl sizi cәhәnnәmlik еtdi? Cаvаbındа dеyәrlәr: Biz nаmаz qılаnlаrdаn vә еhsаn еdәnlәrdәn оlmаdıq.” İmаm Sаdiq (ә) buyurub: اِنَّ الصَّلَاةَ سِتْرٌ وَ كَفَّارَةٌ لِلذُّنُوبِ “Nаmаz insаnlаrlа cәhәnnәm оdu аrаsındа bir qаlхаndır vә günаhlаrın Read more [...]