Bölmənin adı: Quran

Nə üçün Quranda başqalarının qeybətini etmək qardaş meyitinin ətini yeməyə bənzədilir?

quran Cavab: “Hucurat” surəsinin 12-ci ayəsindəki bu bənzətmənin müxtəlif səbəbləri var: 1. Ölü özünü müdafiə edə bilmədiyi kimi, qeybəti olunan şəxs də söhbətdə iştirak etmədiyindən özünü müdafiə edə bilmir. 2. Ölüyə vurulan yara sağalmadığı kimi, qeybəti olunan şəxsin itirilmiş hörmətini qaytarmaq da mümkünsüzdür. İnsana vurulan maddi ziyanı ödəmək olur, amma açılmış eybi yenidən örtmək qeyri-mümkündür. İstər ciddi, istərsə Read more [...]

Quran хәtmi әn üstün әmәllәrdәndir

islam Quran qiraәti ilә tanış оlan çох insanlar gündәlik bir miqdar Qur’an охuyur, ya әn azı hәftәdә bir nеçә dәfә öz vaхtlarının bir hissәsini Qur’an tilavәtinә hәsr еdirlәr. Оnlar, adәtәn, Qur’anın müхtәlif yеrlәrindәn tilavәt еdirlәr. Әziz Qur’ansеvәr dоstlara tәklifimiz budur ki, tilavәtә Qur’anın әvvәlindәn başlayıb, Qur’an хәtminә müvәffәq оlmaq üçün tәrtiblә охusunlar. Bu halda bir әmәllә iki mükafat әldә еdirlәr: Read more [...]

Müsəbbihat surələri hansılardır?

quran Əvvəlində Allah-Taalaya təsbih edilən (yəni Allahın hər nöqsandan uzaq olduğunu təsdiqləyən) surələrə müsəbbihat surələri deyirlər. Bu ad Həzrət Mühəmməd Peyğəmbər (s) tərəfindən işlənmişdir. Dini kitablarda müsəbbihat surələri ilə bağlı hədislər mövcuddur. İmam Mühəmməd Baqir (ə) buyurmuşdur: “Hər kim yatmazdan əvvəl bütün müsəbbihat surələrini oxusa, İmam Mehdini görməyincə ölməz, öləndə Mühəmməd Peyğəmbərin (s) yanında Read more [...]

Mənbələrdə Quranın “Ğafir” surəsindən ayələr gətirilir, amma bəzi Quran nəşrlərində bu adda surə yoxdur. “Ğafir” surəsi hansıdır?

quran Qurani-Kərimin bəzi surələri fərqli adlarla tanınır. Məsələn, “Həmd” surəsinin digər adı “Fatihə”dir. “İxlas” surəsinə “Tövhid” və “Qül hüvəllah” surəsi də deyirlər. “İnsan” surəsinin ikinci adı “Həl-əta”dır. “Fələq” və “Nas” surələri “Müvəzzəteyn” adı ilə də tanınır. Surələrin bu cür fərqli adlandırılmasının səbəbi onların möhtəviyyatı və içindəki bəzi sözlərlə bağlıdır. Belə ki, bəzən Read more [...]

Quran haqqında olan ümumi məlumatlar

quran Әziz Qur`an aşiqləri! Qur`an haqqında olan bə`zi ümumi məsələləri əldə etmək istədikdə aşağıdakı verilmiş sualların cavabına diqqət yetirə bilərsiz: 1) Sual: Qur`an neçə surədən ibarətdir? Cavab: Qur`an 114 surədən təşkil tapmışdır. 2) Sual: Qur`an neçə cüz (hissə)-dən ibarətdir? Cavab: Qur`an 30 cüzdən ibarətdir. 3) Sual: Qur`an neçə hizbdən (hissənin qismindən) təşkil tapır? Cavab: Qur`an 120 hizbdən ibarətdir. 4) Sual: Read more [...]

Hansı hadisədən sonra və niyə Qurana hərəkələr qoyuldu?

quran Ərəblər İslam dinindən qabaq yazıda hərəkədən istifadə etmirdilər. Hətta oxşar formalı hərflərin üzərində nöqtə də qoymazdilar. Ərəbistanda şifahi ədəbiyyat, bəlağət sənəti (gözəl və ifadəli nitq bacarığı) və bununla əlaqədar yaddaş mədəniyyəti yüksək inkişaf etdiyi üçün, sözləri hərəkəsiz və nöqtəsiz oxumaq heç bir çətinlik törətmirdi. Lakin İslam dini qeyri-müsəlman xalqların arasında yayıldıqca, Quran yazısı üzərində Read more [...]

“Məryəm” surəsində adı çəkilən İsmail Peyğəmbər (ə) niyə “sadiq əl-vəd” adlandırılıb?

quran Ayədə buyurulur: “Kitabda (Quranda) İsmaili də yada sal! O öz vədinə sadiq və bir elçi, bir peyğəmbər idi” (Məryəm, 54). Burada haqqında danışılan peyğəmbərin hansı İsmail olması barədə fikir ayrılığı vardır. Bəzi təfsirlərdə onun İbrahim Peyğəmbərin (ə) oğlu Həzrət İsmail olduğu, bəzi təfsirlərdə isə İsmail adını daşıyan başqa peyğəmbər olduğu göstərilir. Qurai-Kərimin yuxarıdakı ayəsi həmin Həzrət İsmailin (ə) öz vədinə Read more [...]

Quran oxumağın zahiri və batini ədəbi

quran Əhli-Beyt (ə) – Quran əhli olmuşdular. Evləri Cəbrayilin (ə) endiyi məkan və vəhy yeri idi. Ona görə də Quranın ədəbini də onlardan öryənmək lazımdır. Zahiri ədəbi. Məsumların (ə) nurani kəlamlarından belə nəticəyə gəlmək olur ki, Quranı müqəddəs bili,b ona ehtiram göstərmək lazımdır. Onunla məhəbbətlə rəftar etmək lazımdır. Quranın zahiri ədəbləri ilə tanış olaq: 1. Paklıq, təharət, dəstəmaz. Əmirəl-möminin (ə) buyurur: “Bəndənin Read more [...]

Qurani-kərimdə “şiə” sözü işlənirmi? İşlənirsə, başa düşdüyümüz Əli şiəsi mənasını verirmi?

Allah “Şiə” sözünün ərəb dilindən tərcüməsi “tərəfdar, dəstə, firqə” deməkdir. Qurani-kərimdə də bu söz həmin mənada işlədilmişdir. Quranda bu söz həm müsbət, həm də mənfi qruplaşma mənalarında işlədilir. Müsbət qruplaşma mənasına misal olaraq aşağıdakı ayəni misal çəkmək olar: “Həqiqətən, İbrahim də onun (Nuhun) şiəsindən idi” (Saffat, 83). Mənfi məna yüklü ayələrə isə bunu misal çəkə bilərik: “Sonra hər bir firqədən Read more [...]

Quranda hidayətin qisimləri

quran Qurani-kərimdə hidayətin dörd qismindən söz açılmışdır: 1-Ümumi təkvini hidayət: Bu, Allah-taalanın məxluqlara hakim etdiyi nizam-intizamdan ibarətdir. Belə ki, bütün varlıqlar bir-birlərilə həmahəng və əlaqəli şəkildə, müəyyən hədəfə doğru hərəkət edirlər. Allah-taala Qurani-kərimdə belə buyurmuşdur: “Rəbbimiz hər şeyə öz surətini və şəklini verən, sonra da onu hidayət edən (doğru yol göstərən) Allahdır.”[350] Belə bir hidayət Read more [...]

Quran tilavәti vә hikmәt әhli

quran Hikmәt әhli vә din alimlәrinin hәyatında Quran qiraәtinin хüsusi yеri ilә tanış оlmaq üçün bu barәdә nümunәlәri nәzәrdәn kеçiririk. Qоy bu nümunәlәr bizim üçün dәrs vә idеal оlsun. İmam Raztd (r) vә Qur’an qiraәti: Hәzrәt imamın (r) hәyatından bu mәsәlә ilә bağlı iki еşitmәli, охumalı хatirәni yada salırıq: Bir dәfә Nәcәfdә оlarkәn gözlәri ağrıyırdı. Hәkim оnun gözlәrini müayinә еtdikdәn sоnra dеdi: “Siz Read more [...]

Niyə Qurani-kərim 23 il ərzində hissə-hissə endirildi?

quran Allah Həzrət Mühəmməd Peyğəmbərə (s) Quranı birbaşa göndərib əmr edə bilərdi ki, onu bütövlükdə xalqa elan etsin. Lakin bu zaman Quran ayələrinin mənasını, daşıdıqları hökmü insanlar anlaya bilməzdilər. Quran 23 il ərzində hissə-hissə Peyğəmbərə vəhy olundu və Onun tərəfindən insanlara çatdırıldı. Hər bir şəraitə, hadisəyə, insanların əhval-ruhiyyəsinə, problemlərinə uyğun olaraq müvafiq ayələr gəlirdi. Məsələn, Məkkə dövründə Read more [...]

Şərdən, bəladan, oğrudan hifz edən – “Ələq” surəsinin fəzilətləri

quran “Ələq” surəsi Qurani-Kərimin 96-cı surəsidir ki, Məkkədə nazil olmuşdur və 9 ayəsi vardır. İmam Sadiq (ə) buyurur: “Hər kim “Ələq” surəsini gecə və ya gündüz oxuyarsa və ondan sonra dünyadan gedərsə, dünyadan şəhid getmiş olar. Şəhidlərin dərəcəsində o kəslər kimi olar ki, Peyğəmbərin (s) bayrağı altında cihad etmişdir”. (Tebyan) Bu surə Həzrət Peyğəmbərə (s) nazil olan ilk surədir və Quranın vacib səcdəsi olan dörd surəsindən Read more [...]

Qurani-Kərimin vicdan haqqında nəzəri

quran Quran insanda bir sıra fitri ilhamların olmasını heç də rədd etməmiş və «Şəms» surəsinin 7-8-ci ayələrində buyurmuşdur: «Və nəfsin və ma səvvaha fə᾽əlhəməha fucurəha və təqvaha». «And olsun nəfsi [insanı və ya insan nəfsini] yaradana; Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini [xeyir və şəri] öyrədənə». Yə᾽ni, Allah-taala insanlara vicdan adlı bir şey vermişdir ki, onunla nəyin pis və nəyin yaxşı olmasını, Read more [...]

Ərəb dilini bilmədən Quran oxumağın xeyri varmı?

quran Quran Allah-təalanın müqəddəs kitabıdır. Qurani-kərimlə, onun hörmətini saxlamaq şərti ilə edilən hər cür ünsiyyət insana xeyir və savab gətirir. Əlbəttə ki, Quranın ayələrini anlayaraq, tərcüməsini bilərək oxumaq daha yaxşıdır və insana daha böyük savab verir. İnsan imkan çərçivəsində ya ərəb dilini öyrənib, Müqəddəs Kitabı orijinalda oxumalı, ya da heç olmazsa, tərcüməsini mütaliə etməlidir. Amma Quran elə möcüzəli kitabdır ki, hətta Read more [...]

Ölüyə Quranın “Yasin” surəsini oxumaq olarmı?

quran Biz bu suala yenə məşhur əhli-sünnə alimlərinin topladığı hədislərlə cavab verəcəyik. Məhəmməd Həqqi həzrətləri "Sirlər Xəzinəsi" kitabında ("Hazinətül-Esrar" tərcüməsi Türk dilində səh.578) Tirmiz Mekat ibn Yaşardan nəql edir ki, (1038-ci hədis) Peyğəmbər(s) buyurub: "Yasin" surəsi Quranın qəlbidir. Axirət yurdunu diləyərək bunu oxuyan insan mütləq bağışlanar. O halda bu surəni ölüləriniz üzərində də oxuyun." "İslami həqiqətlər" kitabında Read more [...]

Quranın sair səmavi kitablardan əsas fərqi nədir?

quran Quranın digər səmavi kitablardan əsas fərqi onun təhrif olmamasıdır. Qurani-kərimdən başqa bütün səmavi kitabların orijinalı ya itmiş, ya da təhrif olunmuşdur. Məsələn, bəzi peyğəmbərlərə göndərilmiş səhifələr (sühüf) itib-batmışdır; yalnız hədislərdə bu səhifələrin bəzi fraqmentlərinə rast gəlirik. Tövrat, Zəbur və İncil isə müharibələr və yanğınlar nəticəsində məhv olmuş, sonralar insanların hafizəsinə əsasən bərpa edilmişdir. Read more [...]

Quranı əzbərləyib dərk etməyin fəziləti

quran Peyğəmbər (s) buyurur: «Ümmətimin böyükləri Qur’an oxuyan və gecələrini ibadətlə keçirənlərdir.» «Qur’an oxuyanlar Cənnət əhlinin arifləri olacaqlar».[396] «Allah-taala Qur’anı yaşadan qəlblərə əzab verməyəcəkdir.» «Qur’an əhli Cənnətdə peyğəmbərlərdən sonra sakin olarlar. Elə isə Allahın yanında böyük məqam sahibləri olduqları üçün onların hüquqlarını tapdalamayın.» «Qur’an bəxş olunan şəxslər, əgər Allahın Read more [...]

Quranın ərəb dilində olmasının səbəbləri

quran “Quran” kəlməsinin mənası Quran kəlməsinin mənası haqqında beş cür fikir söylənib. Onların hamısından artıq nəzərə çatan budur: Quranقران “qərəə” قراء maddəsindən olub oxumaq mənasındadır. Bu sözümüzə dəlil olaraq göstərə bilərik: birinci vəhy ki, Peyğəmbər (s)-ə nazil oldu, həmən oxumaq اقراء maddəsi ilə başlandı. Bundan əlavə də başqa ayələrdə də bu məqsədi təsdiqləyən məqamlar vardır. Quranın ərəb dilində Read more [...]

Kiçik surələrdə böyük dəyərlər – “Maun” surəsi

islam بسم الله الرحمن الرحيم أَرَأَيْتَ الَّذِي يُكَذِّبُ بِالدِّينِ فَذَلِكَ الَّذِي يَدُعُّ الْيَتِيمَ وَلَا يَحُضُّ عَلَى طَعَامِ الْمِسْكِينِ فَوَيْلٌ لِّلْمُصَلِّينَ الَّذِينَ هُمْ عَن صَلَاتِهِمْ سَاهُونَ الَّذِينَ هُمْ يُرَاؤُونَ وَيَمْنَعُونَ الْمَاعُونَ “Maun” surəsinin Read more [...]

Qurandan bir cüz oxumaq nə deməkdir?

quran Ərəb dilində “cüz” hissə, parça deməkdir. Qurani-kərimi rahat oxumaq və əzbərləmək məqsədilə 30 bərabər hissəyə bölmüşlər. Bunlara cüz deyilir. Hazırki Quran nüsxələrində hər cüz təqribən 20 səhifə həcmindədir. Hər cüz iki hissəyə bölünür, bu hissələrə də “hizb” deyirlər. Quran oxunuşu ənənələrindən biri də onu cüz-cüz oxumaqdır. Bəzən məscidlərdə Quran vərəqlərini 20 səhifə şəklində cüzlərə bölür, cildləyir və Read more [...]

Qurani-kərimin uzun surəsini oxuyarkən yarıda kəsib, bir müddətdən sonra və ya başqa gün davam etdirmək olarmı?

1374977852-reading-the-holy-quran-in-bahrain-during-ramadan_2298893 Qurani-kərimi oxumağın müddəti və həcmi barədə dinimizdə heç bir məhdudiyyət qoyulmayıb. İnsan istədiyi vaxt istədiyi qədər Quran oxuya bilər. Birdəfəyə Quranın bir neçə surəsini də oxumaq olar, cəmi bir ayəsini də. İslamın ilk illərində bəzi səhabələr Quranı üç gecəyə xətm edir, yəni bitirirdilər. Peyğəmbər bu hərəkəti bəyənilməz saysa da (insanı əziyyətə saldığı və başqa işlərdən uzaq qoyduğu üçün), amma qadağan da etməmişdi. Read more [...]

Quranın ecazkarlığına açılmış pəncərə

qzehra-yolu.com Nə üçün müqəttəə hərfləri? Bildiyimiz kimi, Quranın bir çox surələri müqəttə hərfləri ilə başlamışdır. Buna aid «Əlif-lam-mim», «Əlif-lam-mim-ra», «Yasin» və digər ayələri nümunə göstərmək olar. Bəzi rəvayətlərə əsasən, bu müqəttəə hərflərinin ehtimal olunan məna açılışlarından biri budur ki, Allah bu böyük möcüzənin, yəni Quranın sadəcəolaraq «əlifba» hərflərindən təşəkkül tapdığı bildirmək istəyir. Görün, bu Read more [...]

Quranda düzlük və sədaqət

quran Islаmın yalana olan münasibəti bəlli oldu. Burada düzlük və sədaqət barədə də söhbət açmağı məqsədəuyğun hesab edirik. Tövbə surəsinin 119-cu ayəsində deyilir: «Ey iman gətirənlər! Allahdan qorxun və [imanında, sözündə, işində] doğru olanlarla olun!...» Başqa bir ayədə isə Allah-taala düz danışan və düz yolda olanlara böyük nemət (Cənnəti) müjdə verir: «Allah buyurdu: Bu, [qiyamət günü] elə bir gündür ki, düz danışanlara düzlükləri Read more [...]